525.Az

Bakıda qız hoteldə intihar etdi

[04.10.12]
Bakıda qız hoteldə intihar etdi<b style="color:red"></b>

Dünən axşam saatlarında Bakının Səbail rayonu ərazisində intihar hadisəsi baş verib.

525.az-ın anspress.com-a istinadən verdiyi məlumata görə, 21 yaşlı Əliyeva Vəfa Mobil qızı Fikrət Əmirov küçəsi 4 ünvanda yerləşən “Landmark” otelinin 20-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisədən sonra əraziyə Səbail rayon Polis İdarəsi və prokurorluğunu əməkdaşları gəlib. Meyit ilkin olaraq xarici müayinədən keçirilib. Daha sonra isə Vəfa Əliyevanın meyiti ətraflı müayinədən keçirilməsi və ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Səbail rayon şöbəsinə aparılıb.

Restoranın işçilərinin sözlərinə görə, Vəfa Əliyeva dünən təxminən saat 17 radələrində obyektə müştəri kimi daxil olub. Hadisə şahidləri iddia edir ki, mərhum xanım orada bir qədər spirtli içki qəbul edib və hesabı da vaxtında ödəyib. Bir saniyə içində restoran işçilərinin gözlərindən yayınan Vəfa Əliyeva oturduğu masadan qalxaraq pəncərəyə yaxınlaşıb və özünü aşağı tullayıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.