525.Az

"Məndə "hər şeyi etmək arzusu" var" (FOTOLAR)

[04.10.12]
"Məndə "hər şeyi etmək arzusu" var"<b style="color:red"> (FOTOLAR)</b>

Yeni mövsümdən start götürən “Veda” serialında Mehpare rolunu canlandıran Fahriye Evcenin müsahibəsi

-“Veda”nın ilk bölümü necə idi?
- Uğurlu alındı. Seriala olan reaksiyalar çox müsbətdir. Həmişə özümə tənqidi yanaşıram. Özümü bir tərəfə qoysam işin gedişatında bir qüsur tapmadım. Bütün serial heyətini təbrik edirəm.
 
- Özünüzü niyə ayrı tutursuz?
  
- Özümə baxanda həmişə nəsə qüsurlar axtarıb tapıram. “Yaprak Dökümü”ndə də bu hal məndə 5 il davam etdi.     

- “Veda” romanının yazarı Ayşe Kulinlə görüşmüsən?

- Mən də onun fikrini öyrənməyə çalışdım, çünki çox önəmli idi. Biz ağlındakı dünyanı ona yenidən təqdim edirik və ola bilsin yaratdığımız obrazların özəllikləri fərqli olsun. Ayşe Kulin çox şad olduğunu deyəndə rahatladım. Ondan tərif eşitmək qürurvericidir.

- Romanı oxumuşdun?

- Oxumamışdım. Layihəyə gələndə oxudum. Mehpare xarakterini oxuduqca özümə “daha oxuma” deyirdim. Ona görə də Mehpare olan hissələri ötürüb oxudum. Çünki ssenaridəki Mehpareylə romandakını qarışdıra bilərdim.

- Serial haqqında oxuculara məlumat verə bilərsiz?

- Malikanənin qulluqçusu Mehpare evin kiçik oğluyla bir birinə aşiq olurlar. Mehpare yaxşı təhsilli olsa da, layiq olmadığı yerdədir. Davamını serialda görərsiz… Mehparedə məndə olan “hər şeyi etmək arzusu” var.

- “Evim sensin” filmindən danışaq. Film təqdim olunmasa da tanıtım çarxları artıq diqqəti çəkib.

- Mehpare də, filmdəki Leyla obrazım da məhəbbət qadınlarıdır. Filmin təqdimatı noyabrda olacaq. Çox danışmaq istəmirəm, amma çox güclü ssenari və görüntü var.

- Əksər qadınlar keçmiş sevgilisinə salam belə verməkdən çəkinir, amma sən Özcan Denizlə kinoya çəkildin.

- İnsanlar yaxşı ayrılanda bir birlərindən heç olmasa hal-əhval soruşurlar. Biz Özcan bəylə bir yerdə yaşayanda heç bir layihədə bir yerdə olmayacağımızı demişdik. Ayrılmağımızdan il yarım keçdi və bu problem aradan qalxdığı üçün filmə başladıq. Artıq bir yerdə deyiildik deyə, eyni layihədə çalışmağımıza problem yox idi. Çünki Özcanla pis ayrılmadım

- Bu halda ayrılığın tez-tez yada düşməsi problem olmur?

- İkimiz də  sevilən aktyorlarıq. Biz kinoya xidmət edirik. Şəxsi həyatımızı işimizə qatmırıq.

- İngilis, türk, alman və ispanca bilirsən. Xarici dildə bir layihədə olmağı düşünürsən?

- “Sinyora Enrica ile İtalyan Olmak” filmində italyanca bilmədən bir sınağım olub. 5 dəqiqə yarımlıq epizod üçün iki həftə təlim keçdim. Əvvəl Türkiyədə etmək istədiklərimi edim, zamanı gələndə xarici ölkələrə də gedərəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.