525.Az

Suriya Türkiyədən üzr istədi

[04.10.12]
Suriya Türkiyədən üzr istədi<b style="color:red"></b>

Suriya İnformasiya Nazirliyi bu gün Türkiyəyə atılan top mərmisinə görə üzr istəyib.

525.az-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Suriya nazirliyi baş vermiş hadisəylə bağli araşdırmalara başladıldığını bildirib. Suriyanin informasiya nazirliyi türk xalqına və həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Bu gün Suriyadan Türkiyəyə açılan top mərmisi nəticəsində ana və 4 uşağı həlak olub, 9 nəfər isə yaralanıb. Hadisədən bir qədər sonra Türkiyə Suriyaya cavab verərək onun hərbi hədəflərini bombalayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.