525.Az

NATO Türkiyəyə dəstək oldu

[04.10.12]
NATO Türkiyəyə dəstək oldu<b style="color:red"></b> NATO Suriyadan atılan top mərmisinin ardından Türkiyənin anında qarşılıq verməsi səbəbindən bu gecə təcili toplanıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Brüseldə toplanan müttəfiq ölkə təmsilçilərinin toplantısında baş vermiş hadisə müzakirə olunub. Vaşinqton anlaşmasına əsasən üzv ölkəyə müdaxilələr və Suriyanın Türkiyəyə atəş açması qəti şəkildə qınanılıb. 

NATO rəsmi Şamdan Türkiyəyə qarşı hərbi əməliyyatlara son verməsini tələb edib.

Şimali Atlantika Alyansına yaxın qaynaqlar bildirir ki, Vaşinqton anlaşmasının 5-ci maddəsinə əsasən hərəkət etmək üçün hələ tezdir. Bu maddəyə görə, NATO üzvü hər hansı hücuma məruz qaldıqda üzv ölkələr hamısı birlikdə döyüşürlər. Ancaq sərhəd təhlükəsizliyini artırmaq üçün tədbirlər görüləcəyi gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.