525.Az

Türkiyə Suriyanı bombaladı (YENİLƏNİB)

[04.10.12]
Türkiyə Suriyanı bombaladı<b style="color:red"> (YENİLƏNİB)</b> Bu gün Suriyanın bombalaması nəticəsində, Akçakaledə 5 türk vətəndaşı öldükdən sonra Türkiyə hökuməti hərəkətə keçib. Suriyanın İdlib şəhərindəki bəzi hərbi hədəflər bombalanıb.

525.az-ın xəbərinə görə, Türkiyə Suriyaya qarşılıq verərək, ordakı hədəfləri top atəşinə tutub.

Artıq Suriya mətbuatı da xəbəri təsdiq edib.

Türkiyə Baş Nazirlikdən hadisəylə bağlı açıqlama:

“Bu gün saat 16 radələrində Suriyanın açdığı top atəşi nəticəsində, Şanlıurfanın Akçakale bölgəsində 5 vətəndaşımız həyatını itirdi, 9 vətəndaşımız isə yaralandı. Bu mənfur hücuma  anında qarşılıq verilib, radarla təsbit olunan Suriyadakı nöqtələrə top atəşi açılaraq hədəflər vurulub.  Hadisəylə bağlı baş nazir Rəcəb Tayyip Ərdoğanın təlimatlarıyla  Xarici İşlər Nazirliyi lazımi diplomatik müdaxilələrə dərhal başlayaraq, BMT-nin Baş Katibi Pan Gi Mun və təşkilat üzvləri bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları edib.

Bu çərçivədə NATO baş katibi Anders R;asmussen ilə də telefonla danışlıb və NATO Şurası təcili olaraq toplanıb.

Türkiyə beynəlxalq hüquqlar çərçivəsində Suriya rejimin daxili təhlükəsizliyimizə müdaxilələri əsla qarşılıqsız qalmayacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.