525.Az

Qənirə Paşayeva Almaniya Prezidentindən bu ölkədə hücuma məruz qalan türkləri soruşdu

[22.04.13]
Qənirə Paşayeva Almaniya Prezidentindən bu ölkədə hücuma məruz qalan türkləri soruşdu<b style="color:red"></b> Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da Almaniya Prezidentindən bu ölkədə hücuma məruz qalan türkləri soruşub.

525.az-ın məlumatına görə, bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya Prezidenti Yoahim Qauk çıxış edib. Çıxışdan sonra o, AŞ PA millət vəkillərinin bir sıra suallarını da cavablandırıb.

Millət vəkili Qənirə Paşayevanın ona ünvanladığı: "Mənim sualım Almaniyada yaşayan türklərlə bağlıdır. Son dövrlər Almaniyada türk əsilli vətəndaşlara qarşı hücumlar getdikcə artır və ölkənizdə yaşayan türk əsilli vətəndaşlar bundan ciddi şəkildə narahat olduqlarını bildirirlər. Prezident olaraq, türk vətəndaşlarınızın bu narahatlığı sizi narahat edirmi və bu halların qarşısını almaq üçün hökumətin addımları sizi qane edirmi? Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatları ilə mübarizənin səviyyəsini yetərli sayırsınızmı?" sualına Almaniya Prezidenti belə cavab verib: "Almaniyada hücumlar təşkil edilib. Lakin qətl məqsədi güdən bu kiçik qatillər qrupunu hər hansı Nasional Sosialist (NS) quruma bərabər tutmaq olmaz. Bu, xoşagəlməz və miskin fəalların nisbətən kiçik qrupudur. Partiya hüdudları daxilində və ya ondan kənarda belə qruplar müəyyən narahatlığa səbəb olur, lakin onlar türk icması üçün elə də böyük təhlükə deyillər ki, biz bütün cəmiyyət boyu barrikadalar ucaldaq. Almaniya qanunun aliliyinə əsaslanır və irqçilik və ksenofobiya ilə mübarizə üçün kifayət qədər resurslara malikdir, həmçinin Almaniya hüquq sistemi beynəlxalq normaları ehtiva edir. Mən NS təşkilatların əhalinin bütün bir qrupu üçün təhdid törətməsi fikrini bölüşmürəm. İnteqrasiya daim bizim gümdəliyimizdədir və mən bu müzakirələrdə olduqca yaxından iştirak edirəm. Sələfim vəzifəsini tərk edəndə mən ona və Almaniya cəmiyyətinə vəd verdim ki, inteqrasiya mühüm məsələ olaraq qalacaq və əlbəttə ki, bu, bizim türk əsilli vətəndaşlarmıza da şamil olunur".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.