525.Az

Misir Mərdanov Ziya Məmmədovun bacısını müdafiə etdi

[29.09.12]
Misir Mərdanov Ziya Məmmədovun bacısını müdafiə etdi

Bir neçə gün öncə bəzi KİV-lər nəqliyyat naziri Ziya Məmmədovun məktəb direktoru işləyən bacısı Məhbubə Məmmədovanın rüşvət alması barədə məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri Nərimanov rayon 66 nömrəli məktəbin direktoru M.Məmmədova valideynlərdən pul yığdırıb.

Modern.az saytı təhsil naziri Misir Mərdanovdan bu iddialarla bağlı eksklüziv açıqlama alıb:

“Mən o xanımı yaxşı tanıyıram. Azərbaycanın ən yaxşı müəllimələrindəndir. Bu yazılanlar, deyilənlər ona qarşı böhtandır. Ona görə də, mən deyilənlərə inanmaq istəmirəm”.

Qeyd edək ki, Məhbubə Məmmədovaya bir neçə il əvvəl “Əməkdar müəllim” fəxri adı da verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.