525.Az

Azərbaycanlı aktrisa intihar etmək istəyib

[29.09.12]
Azərbaycanlı aktrisa intihar etmək istəyib

Keçmiş teleaparıcı, "Pərvanələrin rəqsi" teleserialında baş rolun ifaçısı Fidan Axundova həyatındakı ağır günlərdən danışıb.

Day.Az saytının məlumatına görə, F.Axundova serial çəkilişlərindən əvvəl onun haqqında yayılan şayiələrə də aydınlıq gətirib.

"Üç dəfə özümü öldürmək istəmişəm. Həmin anlarda həyatdan o qədər bezmişdim ki, artıq yaşamaq istəmirdim, ölmək istəyirdim ki, heç kimi görməyim. Hətta yaxınlarım da məni ölü hesab edirdilər. Bu şayiələri isə mənim ailəmə zərbə vurmaq istəyən adamlar yayırdılar. Məhz onlara görə intihar etmək istəyirdim", - deyə aktrisa ATV telekanalının "Ümid var" verilişinə bildirib.

Aktrisa hazırda xoşbəxt olduğunu və çətin günlərin arxada qaldığını deyib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.