525.Az

Türkiyə Suriyaya nota verib

[29.09.12]
Türkiyə Suriyaya nota verib

Sentyabrın 28-də Suriya ərazisindən atılan top mərmisi Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Akçakale qəsəbəsinə düşüb.

APA-nın xəbərinə görə, partlayış nəticəsində dağıntı olsa da, ölən və yaralanan olmayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu olayla əlaqədar Suriyaya etiraz notası göndərdiklərini bildirib: “Akçakale və digər sərhəd rayonlarında bütün təhlükəsizlik tədbirləri görülüb. Hadisə haqqında BMT və NATO-nu məlumatlandırdıq. Sərhədlərimizin pozulmasına qarşı əks tədbirlər görmək hüququmuz var. Türkiyə sərhədlərindəki vəziyyətə nəzarət edəcək qüdrətə sahibdir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.