525.Az

Türkiyə xarici işlər naziri BMT-də Qarabağ münaqişəsindən danışdı

[29.09.12]
Türkiyə xarici işlər naziri BMT-də Qarabağ münaqişəsindən danışdı

BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında Türkiyəni təmsil edən Xarici işlər Naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.

APA-nın turkishjournal.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyəli nazir öz çıxışında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

“Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll yolunun tapılmasına ehtiyac olduğu barədə danışırıq. Lakin son 20 il ərzində bu istiqamətdə hər hansı bir konkret addım atılmayıb”.

Əhməd Davudoğlu həmçinin Suriyada vəziyyət, Myanma, Fələstin və Kipr məsələləri barədə BMT baş Assambleyasının iclasında Türkiyənin mövqeyini bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.