525.Az

Bakı Biznes Universitetində dünya təhsil sisteminə inteqrasiya gedir

[28.09.12]
Bakı Biznes Universitetində  dünya təhsil sisteminə inteqrasiya gedir

Respublikamızda təhsil sisteminin dünya standartlarına uyğun qurulması istiqamətində əsaslı işlər görülür. Bu baxımdan Bakı Biznes Universiteti də (BBU) maddi-mənəvi və mədəni dəyərlərimizə yiyələnən mütəxəssis hazırlığını həyata keçirmək üçün əhəmiyyətli işlərə imza atır. Nüfuzlu ali tədris ocaqlarından biri kimi respublikamızda fəaliyyət göstərən yerli, birgə və xarici müəssisələr üçün ixtisaslı mütəxəssis hazırlamaqla ölkəmizin əmək bazarında aktiv fəaliyyət göstərir. Universitetdə kredit sistemi tətbiq edilir, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dünya təhsil sisteminə inteqrasiya prosesi gedir. Universitetdə tədrisin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi sistemi Avropa Kredit Transferi Sisteminə uyğunlaşdırılır. Hazırda universitetdə bakalavr pilləsi üzrə 15, magistratura pilləsi üzrə isə 5 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu ixtisaslarda tədris prosesi Dövlət Təhsil Standartları və baza təhsil proqramları əsasında hazırlanmış və universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor tərəfındən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir. 2011/12-ci tədris ilində Universiteti bitirən bakalavrlardan 39 nəfəri magistraturaya qəbul imtahanlarını müvəffəqiyyətlə veriblər.

Professor - müəllim heyətinin böyük əksəriyyətini elmlər doktoru, professorlar, elmlər namizədləri və dosentlərin təşkil etdiyi BBU-da müəllim - tələbə mobilliyinə xüsusilə diqqət yetirilir. Tədris olunan fənn proqramları kafedralar tərəfındən yeniləşdirilib, müvafıq fakultələrin elmi şuralarında baxılıb və universitetin tədris-metdik şurasında təsdiq edildikdən sonra Təhsil Nazirliyindən qrif alınıb. Son 3 ildə 200-dək proqram yeni dövlət standartlarına uyğunlaşdırılaraq Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Universitetin kitabxana fondunda 29497 nüsxə ədəbiyyat var. Ondan 17789 nüsxə tədris ədəbiyyatı, 3583 elmi ədəbiyyat, 8125 normativ - sorğu ədəbiyyatı və digər xarakterli ədəbiyyatlar təşkil edir. Son beş il ərzində kitabxana fonduna orta hesabla hər ildə 5390 nüsxə kitab, 18 adda elmi, elmi - texniki və ictimai - siyasi jurnal cəlb edilib.
BBU ABŞ, Fransa, Qazaxıstan, Yunanıstan, Türkiyə, Almaniya, Gürcüstan və sair ölkələrin tanınmış bəzi universitetləri ilə əməkdaşlıq haqda müqavilələr imzalayıb. Əldə edilmiş razılığa əsasən tələbə, magistr, aspirant və müəllim mübadiləsi sahəsində bir sıra yüksək nəticələrə nail olunub. Universitet xarici qurumlarla əlaqələri genişləndirərək Yaponiyanın, Böyük Britaniyanın, Almaniyanın, Fransanın, ABŞ və Türkiyənin səfirlikləri və bir sıra digər təşkilatlarla məsələn, Açıq Cəmiyyət İnstitutu, BMT-nin Resurs Mərkəzi, YUNESKO, YUNİSEF, Dünya Bankı, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, BP, Chevron, BMT-nin inkişaf proqramı və digər təşkilatlarla ikitərəfli münasibətlər yaradıb.

S.MÜRVƏTQIZI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.