525.Az

Nazir: «Azərbaycanda bəzi turizm şirkətləri müştərilərini aldadır»

[28.09.12]
Nazir: «Azərbaycanda bəzi turizm şirkətləri müştərilərini aldadır»

Azərbaycanda xarici ölkələrə turist səfərləri təşkil edən bəzi turizm şirkətləri müştərilərini aldatmaqla məşğul olur.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü münasibətilə Bakıda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Nazirliyə bununla bağlı şikayətlər və müraciətlər daxil olur: «Bəzən xidmətlərə görə əlavə haqq alınması, hotellərin əvvəlcədən vəd edildiyindən aşağı səviyyəli, məsələn, 5 ulduz əvəzinə 4 və ya 3 ulduz olması, vəd olunan gündə 3 dəfə yemək əvəzinə 1 dəfə yemək verilməsi kimi hallar var».

Ə.Qarayevin sözlərinə görə, belə hallar nəticəsində müştərilər bu xidmətlərdən narazı qalırlar.

Nazir belə halların yolverilməz olduğunu və imzalanmış müqaviləyə dəqiqliklə əməl olunmasının vacibliyini bildirərək xaricə səfərlər təşkil edən turizm şirkətlərinə ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, belə hallara yol verən turizm şirkətləri müştərilərin pulunu qaytarmalıdır: «Əks halda, qanun qarşısında məsuliyyət daşıyıb cavab verəcəklər».


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.