525.Az

"Müsəlmanların məsumiyyəti" filminin rejissoru həbs edildi

[28.09.12]
"Müsəlmanların məsumiyyəti" filminin rejissoru həbs edildi

Dünya müsəlmanlarının hiddətinə səbəb olan "Müsəlmanların məsumiyyəti" filminin prodüseri Nakulu Besli Nakulu həbs olunub.

Rusiya mətbuatının verdiyi məlumata görə, Nakulu vaxtından əvvəl azadlığa buraxılmağın şərtlərini pozmaq ittihamı ilə həbs olunub. Qeyd edək ki, 2011-ci ildə o, bank fırıldaqçılığına görə 21 aylıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. 2012-ci ilin iyun ayında onu vaxtından əvvəl azadlığa buraxıblar. Azadlığa buraxılmanın bəzi şərtləri də var idi. Onun İnternetə çıxışı olmamalı və polisin icazəsi olmadan təxəllüsdən istifadə etməməlidir.

Prodüser özünü misirli polis Sem Beysil kimi təqdim etmişdi.

ANS PRESS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.