525.Az

Rusiya Qəbələ RLS-in icarə müddətini üç il artırmağı təklif edir

[28.09.12]
Rusiya Qəbələ RLS-in icarə müddətini üç il artırmağı təklif edir

Moskva bu müddət ərzində Bakı ilə uzunmüddətli müqaviləyə dair kompromis variant tapacağına ümidvardır

Rusiya Qəbələ radiolokasiya stansiyasının icarə müddətini üç il artıra bilər, lakin bu müddət üçün icarə haqqı əvvəlki kimi qalacaq. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə danışıqlar prosesinəd iştirak edən mənbə bildirib.

 Onun sözlərinə görə, hazırda danışıqlarda qüvvədə olan müqavilənin müddətinin 2-3 il artırılması, o cümlədən bununla bağlı maliyyə məsələləri müzakirə olunur: “Bu müddət ərzində Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı fikir ayrılıqlarının aradan qalxacağına, həmçinin uzunmüddətli sazişlə bağlı kompromisə gələcəyimizi güman edirik”.

 Xatırladaq ki, Qəbələ RLS-in icarəyə verilməsinə dair Rusiya ilə imzalanmış on illik müqavilənin müddəti dekabrın 24-də başa çatır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.