525.Az

Sevinc Babayevanın oğlu: "Anam Türkiyəyə öz pasportu ilə gedib"

[29.12.12]
Sevinc Babayevanın oğlu: "Anam Türkiyəyə öz pasportu ilə gedib"<b style="color:red"></b>

“Anam Türkiyəyə öz pasportu ilə daxil olub. Başqa sənədi olmayıb. "Məryəm Solmaz" adını o, Türkiyədə istifadə edib”

525.az-ın məlumatına görə, bu fikirləri Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının ölümü ilə bağlı BBC azərbaycancaya açıqlamasında bildirib. Ayxan Məmmədov anasının Türkiyəyə saxta sənədlərlə daxil olması ilə bağlı xəbərləri "yalan" adlandırıb.

"Anam Türkiyəyə öz pasportu ilə daxil olub. Başqa sənədi olmayıb. "Məryəm Solmaz" adını o, Türkiyədə istifadə edib", mərhumun oğlu əlavə edib.

Ayxan Məmmədov onu da deyib ki, anası hələ sentyabr ayından Türkiyəyə gəlib burada yaşayırdı.

O, başqa suallara cavab verməkdən imtina edib və bütün suallara hüquq-mühafizə orqanlarının cavab verməli olduğunu bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.