525.Az

Kamal Abdullanın yeni hekayəsi- Sabahkı "525-ci qəzet"də

[29.12.12]
Kamal Abdullanın yeni hekayəsi- <b style="color:red">Sabahkı "525-ci qəzet"də</b> Sabahkı "525-ci qəzet"də Kamal Abdullanın yeni "Dünyanın ən uca boylu karliki" hekayəsini oxuyun. İlin son "525-ci qəzet"ini səhər köşklərdən almağı unutmayın:

Elə bu zaman Şişman Hənifə qəfildən söhbətə müdaxilə etdi:
 -- O, dünyanın ən ucaboylu karliki idi. Yəni, karliklərin arasında ən ucaboylusu idi. Özü bunu bir dəfə mənə fəxrlə demişdi.
 ........
 Qəribə idi, Karlik Babacanın divardan baxan şəkli çox  canlı idi, ucları yuxarı burulmuş bığları, elə bil, tərpənirdi, qaşları alnına doğru qalxıb çatılırdı, xallı burnunun ucu tərləyirdi. Bir-birinin lap yanında yerləşmiş iki alov dili kimi oynayan gözlərinin dərin yerindən hərdən bic təbəssüm, hərdən isə ümidsiz kədər boylanırdı. Şəkil elə bir dəqiq nöqtədən çəkilmişdi ki,  guya o da xeyli maraqla yuxarıdan bizim  söhbətimizə qulaq asır.
..........
 … Və elə bu zaman o hadisə baş verdi. Karlik Babacan nə mənə, nə sənə, bir göz qırpımında divardakı öz şəklinin içindən atdanıb düşdü yerə, qaça-qaça gəldi Hənifənin yanına, bacardığı qədər yuxarı tullanıb onun üzünə tüpürmədimi, tüpürdü. Biz ancaq "tfu sənin abırsız, satqın üzüvə!" sözlərini güclə eşitdik. Yenə bir göz qırpımında Karlik artıq  qaça-qaça gedib divardakı şəklinin içinə atdanıb girmişdi, ordan bizə qaşlarını çatıb bayaqkı maraqla baxmağına davam edırdi. Həm maraqla baxırdı, həm də, elə bil, heç nə baş verməmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.