525.Az

Ermənistan Rusiyadan pilotsuz uçuş aparatları alır

[29.12.12]
Ermənistan Rusiyadan pilotsuz uçuş aparatları alır<b style="color:red"></b>

Rusiya hərbi sənayesi postsovet respublikalarına pilotsuz uçuş aparatlarının (PUA) satışı istiqamətində fəaliyyətə başlayıb.

 APA-nın məlumatına görə, Rusiyanın müxtəlif şirkətləri tərəfindən 2012-ci ildə bu istiqamətdə bir sıra addımlar atılıb. Bu il postsovet respublikalarından ikisi - Ermənistan və Qazaxıstanla PUA-ların satışına dair anlaşma əldə olunub.
 
İmzalanmış müqavilə çərçivəsində 2012-ci ildə Rusiya Ermənistana «Ptero-E5» tipli PUA-ların 4 kompleksini çatdırıb. «AFM-Servers» şirkəti tərəfindən istehsal edilmiş bu pilotsuz aparatlar Ermənistan Fövqəladə Hallar Nazirliyi tərəfindən istifadə olunur. Rusiyanın «Aerokon» şirkəti də Ermənistanla PUA-ların alğı-satqısına dair anlaşma imzalayıb.
 
Qazaxıstanla görüşlərin nəticəsi olaraq bu ölkəyə də «İrkut» tipli PUA-ların 4 kompleksinin satışı planlaşdırılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.