525.Az

Bakıda fantastik park salınıb (VİDEO)

[27.12.12]
Bakıda fantastik park salınıb <b style="color:red">(VİDEO)</b>

Yaz aylarında Gəncə çölündə görməyə alışdığımız lalalər bu dəfə paytaxt Bakıda Heydər Əliyev və Babək prospektinin kəsişməsində, özü də ilin günün bu vaxtında düzə çıxıb. Özü də sakinlərin istifadəsinə veriləcək yeni bir parkda. Buradakı lalələr Gəncə çöllərindəkindən fərqli olaraq işıq dirəkləri kimi gözümüzü oxşayır.

Paytaxt sakinlərinin istirahət məkanına çevriləcək parkda qlobus ekran və fəvvarə də quraşdırılıb. Axşam saatlarında qlobus ekran müxtəlif işıq effektləri ilə işıqlandırılır. Müvəqqəti adı "Lalələr" olan parkda süni işıq lalələrindən başqa bütün bitkilər təbiidir. Parkın maraqlı bir özəlliyi də var ki, burda, alma, armud, nar, əncir kimi müxtəlif növ meyvə ağacları əkilib. Yeni salınmış parkdakı ab-havadan təzə ilin gəlişini də duymaq olurdu.

Belə ki, artıq istirahət məkanının giriş hissəsində hündür, rənəgarəng işıqlarla bəzədilmiş yolka quraşdırılıb. Parka axşam saatlarında xüsusi gözəllik vermək üçün ağacların dibində xüsusi işıq sistemləri quraşdırılıb.

Eləcə də otların arası müxtəlif fiqurlar şəklində işıqlandırılıb ki, bu da parkın gecə mənzərəsini daha da gözəlləşdirir. Qeyd edək ki, hələ 5 ay bundan əvvəl təmir-tikinti işlərinə başlanan parkın dekabrın 31-dək açılışı gözlənilir.

anspress




<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.