525.Az

Qənirə Paşayeva mükafat aldı (FOTO)

[27.12.12]
Qənirə Paşayeva mükafat aldı <b style="color:red">(FOTO)</b>

Millət vəkili Qənirə Paşayeva qanunvericilikdə uğurlu fəaliyyətinə görə "Odlar Yurdu" milli mükafatına layiq görülüb.

  525.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva qanunvericilikdə uğurlu fəaliyyətinə görə "Odlar Yurdu" milli mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində çıxışı zamanı millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarını ilk öncə 31 dekabr - Dünya Azərbaycanlıları Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. "Odlar Yurdu Milli Mükafat"na layiq görüldüyü üçün sorğunu aparan təşkilatlara, onu bu mükafata layiq görən qurumlara öz minnətdarlığını  ifadə edən millət vəkili Qənirə Paşayeva bu mükafatı həm də gənclərin etimadı kimi dəyərləndirdiyini və üzərinə daha da böyük məsuliyyət qoyduğunu söyləyib . Millət vəkili Qənirə Paşayeva   gəncliyi ictimai həyatın bütün sahələrində daha da aktiv olmağa,  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində, öz sahələrində yüksək peşəkarlar olmaqla vətənə və millətə daha gözəl xidmətlər etməyə  çağırıb. O bildirib ki, millət vəkili kimi qanunvericilik sahəsində və digər istiqamətlərdə üzərinə düşən vəzifələri daha yaxşı yerinə yetirməyə çalışmaqla bərabər, bundan sonra da daim gənclərin yanında olmağa çalışacaq.

Qeyd edək ki, "Odlar Yurdu" milli mükafatı Azərbaycan Gənclər Mərkəzi, Turizmə Dəstək Gənclər koalisiyası və digər gənclər təşkilatları tərəfindən bu il təsis edilib və mükafatın təsis olunmasında məqsəd hər ilin sonunda öz fəaliyyət sahəsində fərqlənən hüquqi və fiziki şəxsləri sorğu və monitorinqər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.