525.Az

Qafqaz Universitetində Həmrəylik Günü qeyd olunub

[27.12.12]
Qafqaz Universitetində Həmrəylik Günü qeyd olunub<b style="color:red"></b>

Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü həsr olunmuş bayram tədbiri keçirilib.


Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik etdi. Rektor çıxışında qeyd etdi ki, milli birliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının birliyi, dövlət müstəqilliyimizin dönməzliyi, Vətənin bütövlüyü, mənəvi-əxlaqi dəyərlərə sadiqlik, vətəndaş azadlıqları bu məfkurənin əsaslarındandır.

 

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirdi ki, 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul olunub.


Bu tarixi sessiyadan doqquz gün sonra—dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə sərəncam verib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabrında Bakıda keçirilən I Qurultayından sonra monolit birliyin təmin olunmasında xeyli iş görülmüş, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımız vahid ideya ətrafında birləşiblər. İndi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həmrəylik gününü təntənə ilə qeyd edirlər.

 

Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun  nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç  tərəfindən  millət vəkili Qənirə Paşayevaya təqdim olunub.

 

Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirilib.

 

 Mərasimin sonunda   Qafqaz Universiteti tərəfindən 9 noyabr –Dövlət Bayrağı gününə həsr olunmuş müsabiqənin nəticələri elan olundu və  qalib  olan tələbələr mükafatlandırılıblar.

 

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.