525.Az

YAP Heydər Əliyevin 90 illiyi ilə bağlı konfrans keçirəcək

[27.12.12]
YAP Heydər Əliyevin 90 illiyi ilə bağlı konfrans keçirəcək<b style="color:red"></b>

İdarə Heyəti artıq konfransın mövzusunu təsdiqləyib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin (YAP İH) dekabrın 27-də növbəti iclası keçirilib.

525.az-ın məlumatına görə, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası kimi mötəbər tədbirin Bakı şəhərində keçirililməsini hakim partiyanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.

O, qeyd edib ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir. İdarə Heyətində həmçinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Ulu öndərin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar keçiriləcək konfransın mövzusu təsdiq edilib. 
İdarə Heyətində daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılmış, təklif və tövsiyələr dinlənilib.

VAHAB


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.