525.Az

Qarabağ döyüşçüləri şagirdlərlə görüşüb

[27.12.12]
Qarabağ döyüşçüləri şagirdlərlə görüşüb <b style="color:red"></b>

Bakıda 62 saylı məktəb-liseydə  Qarabağ döyüşçüsü, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynovla görüş keçirilib.

525.az-ın məlumatına görə, Vüsal Hüseynovun təşkilatçılığı ilə keçirilən görüşdə  məktəbin müəllimləri ilə yanaşı şagird  heyəti də iştirak edib. Tədbirdə İbad Hüseynovin döyüş fraqmentlərindən ibarət videoçarx təqdim olunub. Şagirlərin görüşünə gələn digər döyüşçülər də  öz xatirələrindən danışıblar.

Görüşdə həmçinin Qarabağ döyüşçüsünə 62 saylı məktəb-liseyin kollektivi tərəfindən  hədiyyə verilib. Göstərilən diqqətə görə məktəb rəhbərliyini təşəkkürünü bildirən İbad Hüseynov sonda şagirlərlə xatirə şəkli çəkdirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.