525.Az

MİLLİKART-ın Direktorlar Şurasına yeni sədr seçilib

[27.12.12]
MİLLİKART-ın Direktorlar Şurasına yeni sədr seçilib<b style="color:red"></b> “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin müavini, Pərakəndə bank xidmətləri üzrə direktor  Xalid Əhədov “Milli kart” MMC-nin Direktorlar Şurasının sədri seçilib.

Əsas məqsədi Azərbaycanda nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləmək olan “MilliKart” MMC,  bu istiqamətdə üzv banklara  daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.

2006-cı ilin oktyabrından fəaliyyətə başlayan "MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti 18  bank tərəfindən nizamnamə kapitali 4 milyon manat olmaqla təsis edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının "MilliKart"ın nizamnamə kapitalında iştirakı, həmçinin "MilliKart"ın nizamnamə kapitalının 4 mln manatdan 5 mln manatadək artırılması ilə əlaqədar olaraq 07 iyun 2010-cu il tarixində "MilliKart"ın Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyində Dövlət qeydiyyatına alınıb. Avropa Yenidənqurma və İnkişaf Bankı "MilliKart"ın 19 iştirakçısından biri olaraq, " MMC-nini nizamnamə kapitalına 500  min manat qoymaqla 10% iştirak payı əldə edib .
Hazırda "MilliKart" MMC-də 11 banka xidmət olunur. Həmin banklar tərəfindən 250 000-dən artıq ödəniş kartları emissiya edilmiş, 330-dan artıq bankomat və  7000-dən artıq POS-terminal quraşdırılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.