525.Az

İran səfiri Azərbaycan prezidentinə təşəkkür edib

[27.12.12]
İran səfiri Azərbaycan prezidentinə təşəkkür edib<b style="color:red"></b>

“Həbsdə olanların azadlığa buraxılması sevindirici haldır. Xüsusilə üç həmvətənim və İran Dövlət Televiziyasının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Anar Bayramlının əfv olunması bizi daha da sevindirdi”.

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxsin əfv olunması haqqında sərəncamına münasibət bildirərkən deyib.
 
M. Pakayin bildirib ki, jurnalist Anar Bayramlı illər boyu öz peşəsini yerinə yetirməklə, iki qardaş xalqın münasibətlərini yaxşılaşdırmağa çalışıb, onun azadlığa buraxılması hər iki xalq üçün müsbət xarakterizə olunan xəbərdir: “Ona görə öz növbəmdə prezident İlham Əliyevə minnətdarlığımı bildirərəm. Təbiidir ki, belə addımlar iki ölkənin münasibətlərinin inkişafına, həmçinin media sahəsində əməkdaşlığa müsbət təsirini göstərəcək. Əfv olunanları, onların ailələrini, o cümlədən Anar Bayramlının valideynlərini də bu münasibətlə təbrik edirəm”. 
 
Qeyd edək ki, sonuncu əfv fərmanı ilə İran vətəndaşları Dirəxşan Haşim Qulaməli oğlu, Əbdi Rza Nemət oğlu, Hüseyn Nijadi Həmid Reza Hüseyn oğlu və İran Dövlət Televiziyasının Azərbaycan nümayəndəliyinin əməkdaşı Bayramlı Anar Bəhman oğlu azadlığa buraxılıblar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.