525.Az

Yeddi oğuldan biri anıldı

[27.12.12]
Yeddi oğuldan biri anıldı <b style="color:red"></b>

İ.Mehdizadə

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin fakültə kafedraları uzun illərdi bir növ elmi mərkəz rolunu oynayır, 90 yaşlı bu qocaman elm-sənət ocağında zaman-zaman təhsil alan tələbələri müstəqil həyata, çətin olsa da həm gözəl, sirli-soraqlı sənət dünyasına inam arxayınçılıqla yola salır. Doğma universitetlərindən ayrılıb sonradan müstəqil həyata atılan, sənət yollarında rast gəldikləri, birgə çalışdıqları məşhur sənət xadimləri, aktyor, rejissor, rəssamlarla üzləşəndə, onlarla ünsiyyətdə olanda bir daha tələbəlik illərinin xoş xatirələrini yaşayır, o illərdə öyrəndikləri, bildiklərini göz önünə gətirirlər.

 

ADMİU-nun layiqli yetirmələrindən olanSənətşünaslıqfakultəsinin, “Teatrşünaslıq” , “Ədəbiyyat Azərbaycan dili”, “Ekran dramaturgiyasıKinoşünaslıqkafedralarının əməkdaşları yalnız sənət nəzəriyyəsi, onun əsaslarını öz yetirmələrinə tədris etməklə kifayətlənmir, yeri gələndə ayrı-ayrı korifey sənətkarlarla tələbələrin görüşlərini təşkil edir, bir növ nəzəriyyə ilə təcrübənin vəhdətini nümayiş  etdirirlər. Son aylar ərzində ölkə Prezidenti İlham Əliyevin sərəncamlarında adları qeyd olunan Azərbaycanın ünlü şair, dramaturq, ədəbiyyatşünas, rejissor aktyorlarının əlamətdar yubileyləri ilə əlaqədar ADMİU-da dalbadal keçirilən tədbirlər barədə KİV- məlumatlar dərc edilib. sevindirici haldır ki, universitetin Elmi şura zalında, sərgi salonlarında, dəhliz auditoriyalarında keçirilən bu tədbirlər, elmi-nəzəri konfranslar yalnız protokol xatirinə deyil təşkilatçıların qəlb istəyi, könül diləyi kimi meydana gəlir. Dekabrın 25-Kinoşünaslıqkafedrası əməkdaşlarının görkəmli kino aktyoru, Xalq artisti Şahmar Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbiri belə bir istəyin təzahürü idi. “Azərbaycanfilmin istehsal etdiyi 30-dan çox filmdə rol almış, radio efirindən, televiziya ekranlarından sənətsevərlərə yaxşı tanış olan bu istedadlı sənətkara olan xalq məhəbbəti tədbirin elə ilk dəqiqələrindən hiss olunurdu. Şahmar Ələkbərov sənətinin, onun unikal şəxsiyyətinin pərəstişkarı olan sənət xadimləri, tələbə müəllimlər böyük həvəs ehtiramla bu törənə qatılır, həyatdan vaxtsız getmiş, bir sıra kino layihələrini həyata keçirməyə fürsət tapanda bizləri tərk etmiş Şahmar Ələkbərov barədə danışmaq, xatirələrini bölüşmək istəyirdilər. Tədbirin aparıcısı, ADMİU-nunSəhnə danışığıkafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı qonaqları təqdim etdikcə zalda səmimi bir ovqat yaranır, alqış sədaları ucalırdı. Xalq artisti Rafiq Əzimov, tanınmış kinoşünas Aydın Kazımzadə, hələ gənclik illərindəƏhməd haradadırfilmində yaratdığı obrazla milyonların sevgisini qazanmış əməkdar incəsənət xadimi Elxan Qasımov, ekran tamaşaçılarınınBəxt üzüyündən  tanıyıb sevdikləri Xalq artisti Valeh Kərimov uzun illər Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında Şahmar Ələkbərovla birgə çalışmış, bu gün isə ADMİU-nunKinoşünaslıqkafedrasına rəhbərlik edən professor Aydın Dadaşovun aktyor haqqında söyləyəcəklərini gənclər böyük maraqla gözləyirdilər.

 

Tədbiri giriş sözü ilə açanKinoşünaslıqkafedrasının gənc müəllimlərindən olan Samir Musayev Şahmar Ələkbərovun sənətdə, xüsusən kinomuzun inkişafındakı xidmətlərini qeyd etdi.

 

MəşhurYeddi oğul istərəmfilmində qəhrəmanlardan birinin-Qəzənfərin obrazını yaratmış Şahmar barədə ürək sözlərini söyləyən, həmin filmdə Şahsuvar rolunda çəkilmiş Xalq artisti Rafiq Əzimova həyəcansız qulaq asmaq mümkün deyildi.

 

Şahmarın sənət dostu Elxan Qasımov öz çıxışını daha çox mərhum sənətkarın şəxsi keyfiyyətləri, insani məziyyətləri üstə qurdu. Dedi ki, Şahmar heç zaman özünü gözə soxmaz, filmdə rol almaq üçün dəridən-qabıqdan çıxmazdı. Amma qəribə haldır ki, hətta ilk baxışda quru görünən bu adamı hamı çox istər, rejissorlar isə  rol bölgüsündə daim onu önə çəkərdilər. Çünki o, şəxsiyyətinin tamlığı ilə sənətkarlığını eyni tutar, ona tapşırılan işin öhdəsindən gəlmək üçün əsl sənətkar axtarışlarına çıxardı.

 

Kinoşünas Aydın Kazımzadə Şahmarın kinomuzda yaratdığı obrazlar qalereyası ilə məclis iştirakçılarını tanış etdi, onun Azərbaycan ekran mədəniyyətindəki rolunun danılmaz olduğunu vurğuladı. Valeh KərimovsaBəxt üzüyüfilminin çəkilişləri öncəsi Şahmarla rastlaşarkən Moşu obrazı ilə bağlı onun verdiyi tövsiyələri xatırladı. V. Kərimovun Sumqayıt Teatrında qoyulan tamaşadakı həmin işindən xəbərdar olan Şahmar aktyora məsləhət görübmüş ki, nəbadə dublyajda səni başqa aktyorun səsləndirməsinə razılıq verəsən, Moşunun dadı-duzu elə sənin öz səsindədir.

 

Professor Aydın Dadaşov son illər Şahmarın kino rejissorluğuna olan sonsuz marağının hardan qaynaqlanması barədə açıqlamalar verdi təəssüflə qeyd etdi ki, əcəlQəzəlxanfilmi ilə Azərbaycan ekran sənətinə gətirdiyi yeni ovqat, orijinal ab-havanı davam etdirmək üçün Şahmara vaxt vermədi onun bir sıra arzuları kimi rejissor layihələri həyata keçmədi.

 

Tədbirdə Şahmar Ələkbərovun uzun illər Azərbaycan radiosu televiziyadakı xidmətləri çıxış edənlər tərəfindən söylənildi.

 

İsti, səmimi duyğular axını ilə müşaiyət olunan, sənətkar sayğısının əyani görünüşü kimi yaddaşlarda qalacaq yubiley tədbiri barədə son sözü isə ADMİU-nun  Tərbiyə humanitar işlərüzrə prorektoru Gülşən KəngərliƏliyeva dedi. O, aktyorun 70 illiyinə həsr olunmuş tədbirin yüksək səviyyədə hazırlanmasını bunun tələbə-gənclərdə Şahmar Ələkbərovun çoxşaxəli yaradıcılığı barədə dolğun təsəvvür yaratmasını razılıqla qeyd etdi.  


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.