525.Az

Sinoptiklərdən həftəsonu üçün şad xəbər

[27.12.12]
Sinoptiklərdən həftəsonu üçün şad xəbər<b style="color:red"></b>

Azərbaycanda həftəsonu hava sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildiriblər ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutqalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.