525.Az

Dekabr ayının iki tarixi “sürprizi”

[27.12.12]
Dekabr ayının iki tarixi “sürprizi”<b style="color:red"></b>

Milyonlarla insanın azadlığını əlindən alan SSRİ dövləti dekabr ayında yaradıldı. Mövcud olandan 69 il sonra da dekabr ayında dağıldı.

 

Belə demək mümkünsə, bu dövləti quran Lenin, dağıdan isə Qorbaçov oldu. İnsanların nahaq axıdılan qanları bahasına yaranan bir dövlətimperiya yoxdur artıq. XX əsrin iki zərərli ideologiyasından birininbolşevizmin, kommunizmin (digəri, təbii ki, faşizm) əsaslarına söykənən Sovetlər Birliyi artıq tarixə qovuşdu.

 

1922-ci ilin dekabrın 30-da yaranan bu dövlətin ərazisi 22 milyon kv km, əhalisinin sayı isə 300 milyona yaxın  idi. Qırmızı parçanın üstündəki oraq çəkic isə bu dövlətin rəsmi bayrağı idi.

 

Ümumi statistikaya görə isə bolşeviklərin Rusiyada hakimiyyətə gəlişindən – 1917-ci ildənStalinin ölümünə qədərki olan dövrə qədər (1953- il mart) 62 milyon insan bu ideologiyanın qurbanı olub.

 

SSRİ dövləti könüllülük əsasındamı yaranmışdı?

 

Əslində işğalçı mahiyyət daşıyan, xalqların azadlığını əlindən alan SSRİ dövləti bir imperiya quruluşuna malik idi. Bütün göstərişləri yuxarıdanMoskvadan verilən bu imperiyanın qurbanları isə sadə insanlar, vətəndaşlar idi. Yəni, bu, əslində ruslaşma siyasətini gerçəkləşdirən, qırmızı qiyafəli, yeni görünüşlü (mahiyyətcə əvvəlki imperiya siyasətində qalan) Rusiya imperiyası idi. M. Ə. Rəsulzadə nahaqdan yazmırdı ki: “Nikolay Rusiyası ilə, Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi , indiki zəncirlərin rəngi isə qırmızıdır”.

 

Əvvəl 6, sonra 15 “qardaş

 

1922-ci ilin dekabrında SSRİ təşkil ediləndə ümumilikdə 6 respublikadan ibarət idi: Rusiya, Ukrayna, Belorusiya Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan). 1990- ilin dekabrında bu imperiya dağılanda tərkibində 15 respublika vardı. Rəqəmlər göstərir ki, bu dövlət getdikcə işğal dairəsini genişləndirmiş, xalqların azadlığını əllərindən almış, onları əsarətdə saxlamışdır.

 

Bolşeviklərin işğal etdiyi 3- ölkə Azərbaycan olub. 1920-ci ildə onlar Azərbaycan Xalq Cümhuriyyətini devirib, süngü qətliamlar hesabına burada hökmranlıqlarını saxlaya biliblər. Statistikaya diqqət edək: yalnız 1920-ci ilin aprelin 27-dən (işğal günündən) 1921-ci ilin avqust ayına qədər Azərbaycanda 47 min adam qətlə yetirilib. Azərbaycandan sonra Ermənistan Gürcüstan işğal edildi. 1940- ildə 11 qardaşın sırasına daha dördü qatıldıEstoniya, Latviya, Litva, Moldova. Bu isə həmin Sovetlər Birliyi ilə heç bir bağlılığı olmayan Pribaltikanın işğalı nəticəsində mümkün olmuşdu.

 

Bolşeviksözü niyəkommunistsözü ilə əvəz edildi
yeni işğallar
  

 

1952-ci ilin oktyabrında Kommunist Partiyasının qurultayında Stalin çıxış etdi partiyanın adındanbolşeviksözünün çıxarılıb belə adlanmasını təklif etdi: Sovet İttifaqı Kommunist Partiyası (o zamana qədər Ümumittifaq Kommunist Bolşeviklər Partiyası adlanırdı). Stalin belə izah edirdi ki, artıq kommunizm ideologiyası bir ölkənin çərçivəsindən çıxıb bütün dünyaya yayılıb. Əslində o, İkinci Dünya müharibəsindən sonra Şərqi Avropa ölkələrində (Polşa, Macarıstan, Bolqarıstan s.) sosialist rejimlərinin qurulmasını əsas götürürdü. Lakin bir qədər sonra bu ölkələrdə baş verən xalq üsyanları Sovetlər Birliyinin imperiya siyasətinə bir etiraz idi. 1956- ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, bundan əvvəl isə 1920-30-cu illərdə sovet rejiminə qarşı ciddi etiraz üsyanları baş verirdi.

 

SSRİ-nin himnindəki sözlər: “İttifaq dağılan deyil

 

1944- ildə bəstəkarı Aleksandrov olan SSRİ-nin himni bu sözlərlə başlayırdı:    

 

İttifaq dağılmazdır, respublikalar azaddır!

 

1991- ilin dekabrın 26-da SSRİ-nin sonuncu prezidenti sayılan Mixail Qorbaçovun dediyi bir kəlmə ilə SSRİ-nin himnindəki sözlər tarixə qovuşdu.  

Nəsiman YAQUBLU

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.