525.Az

Nigar Yaqubluya hökm oxunub

[19.12.12]
Nigar Yaqubluya hökm oxunub<b style="color:red"></b>

 Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, müşavirədən qayıdan məhkəmədə hakim İlham Kərimov Nigar Yaqublu barəsində hökmü elan edib. Hökmə əsasən, Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdə, həmçinin N. Yaqublunun 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edildiyi bildirilib.
 
Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən Nigar Yaqublunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsini istəmişdi.
 
Xatırladaq ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.