525.Az

Qədim tarix və mədəniyyət abidələrimiz Çexiyada nümayiş olunur (Fotolar)

[19.12.12]
Qədim tarix və mədəniyyət abidələrimiz Çexiyada nümayiş olunur <b style="color:red">(Fotolar)</b>


2012-ci il dekabrın 19-da Ostrava tarix muzeyində (Çexiya Respublikası, Ostrava şəhəri) “Əbədi odlar diyarı – Azərbaycanın minillik tarixi” adlı sərginin açılışı olub.

Muzeyin Xarici əlaqələr və Sərgilərin təşkili şöbəsindən 525.az-a verilən məlumata görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Xalça və Tətbiqi-Sənət muzeyinin kolleksiyalarından ibarət olan sərgi Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur. Sərginin açılış mərasimində AR Mədəniyyət və Turzim Naziri müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava şəhər merinin müavini Simona Piperkova, Ostrava şəhər muzeyinin direktoru Jirina Kabrtova, Sərginin baş kuratoru David Mayer, Çexiya mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin və Xalça və Tətbiqi-Sənət Muzeyinin kolleksiyalarından 220-dən artıq nadir eksponatdan ibarət tarixi - bədii ekspozisiya qurulub.

Ekspozisiyada nümayiş olunan və Qafqaz Albaniyası, Şirvanşahlar, Şəddadilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, həmçinin XVIII- XIX əsr xanlıqlar dövrünə aid qızıl, gümüş və mis pullar Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini nümayiş etdirir. Daş-qaşlarla bəzədilən, mahir ustalar tərəfindən düzəldilən baş geyimləri, kəmərlər, boyunbağılar, sırğalar, qolbağlar və s. zinət əşyaları, tikmələr, təbərzinlər, döyüş baltaları, qılınclar, dəbilqə və zirehlər, tapançalar, tüfənglər qədim və orta əsrlərdə Azərbaycanda sənətkarlığın yüksək səviyyədə inkişaf etməsini bir daha təsdiq edir. Bütün dünyanı fətn etmiş Azərbaycan xalçaları bu dəfə Ostrava sakinləri və şəhərin qonaqlarını valeh edir.

Sərgi  2013-cü il fevralın 28-dək fəaliyyət göstərəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.