525.Az

Millimiz FİFA reytinqində beş pillə irəlilədi

[19.12.12]
Millimiz FİFA reytinqində beş pillə irəlilədi<b style="color:red"></b>

FİFA noyabr ayı üçün milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi hazırkı reytinqdə 277 xalla 118-ci yeri tutur. Bu da o deməkdir ki, komandamız əvvəlki ayla müqayəsisədə beş pillə irəliləyib.

DÇ-2014-ün seçmə mərhələsində komandamızla eyni qrupda yer alan Portuqaliya 1144 xalla yeddinci (-3), Rusiya 1070 xalla əvvəlkitək doqquzuncu yeri tutur.

454 xalı olan İsrailin də mövqeyi dəyişməyib -78-ci yer. Şimali İrlandiya komandası 367 xalla (+4) 96-cı pilləyə yüksəlib.

Lüksemburq (172 xal) isə dörd pillə geriləyərək eyni sayda pillə geriləyərək 148-ci yerə düşüb.

Qeyd edək ki, siyahıya 1606 xalla əvvəlkitək İspaniya millisi başçılıq edir. Almaniya (1437) ikinci, Argentina isə (1290) üçüncü yeri tutur.

Türkiyə milli komandası (627) iki pillə geriləyib. Hazırda onlar 40-cı yeri tutur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.