525.Az

Ölüm xəbəri çıxan İraq prezidentinin vəziyyəti orta-ağırdır

[19.12.12]
Ölüm xəbəri çıxan İraq prezidentinin vəziyyəti orta-ağırdır<b style="color:red"></b>

Qərb mediyasında İraq prezidentinin insultdan komaya düşdüyü haqqında xəbərlər yayıldıqdan sonra bağdadlı həkimlər Cəlal Təlabaninin vəziyyətinin orta-sabit olduğunu və orqanizminin həyati funksiyalarını itirmədiyini açıqlayıb.

Prezidentin hazırda intensiv terapiya keçdiyi bildirilsə də, onun xəstəlik diaqnozu ilə bağlı heç bir məlumat verilməyib. 79 yaşlı prezidentin xəstəxanaya yerləşdirilməsi isə ölkənin siyasi gələcəyi haqqında yeni şübhələrə səbəb olub.

Siyasi səlahiyyətləri ölkə qanunvericiliyinə görə, məhdudlaşsa da vətəndaşların çoxu onu ölkədə davam edən dini və etnik zəminli çəkişmələrdən yüksəkdə duran vahid lider kimi rəğbət bəsləyir.

anspress


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.