525.Az

“GUAM üzvləri arasında əməkdaşlıq yetərli səviyyədə deyil”

[19.12.12]
“GUAM üzvləri arasında əməkdaşlıq yetərli səviyyədə deyil”<b style="color:red"></b> "GUAM-a üzv ölkələr arasında əməkdaşlıq yetərli səviyyədə deyil".
 
APA-nın məlumatına görə, bu barədə GUAM Parlament Assambleyasının Bakıda keçirilən 5-ci geniş tərkibli iclasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
 
O qeyd edib ki, GUAM-ın öz fəaliyyətində konkret nəticələrə gəlməsi çox önəmlidir. Onun sözlərinə görə, əməkdaşlıq zamanı siyasi məsələlər nəzərə alınmalıdır: "Üzv ölkələrin çoxunda münaqişələr mövcuddur və birgə fəaliyyət zamanı münaqişələrin həlli məsələsi vacib olmalıdır".
 
A. Əzimov əlavə edib ki, quruma üzv ölkələr arasında ticarət dövriyyəsi, biznes əlaqələri, xüsusilə də turizm sahəsində əməkdaşlıqla bağlı çoxlu görüləcək işlər var: "Bundan başqa biz yeni sahələr də tapmalıyıq, hansı ki o sahələr boş olaraq qalır və işlənilməyib".
 
Nazir müavini deyib ki, Azərbaycan GUAM-a üzvlüyü dövründə bir neçə vacib təşəbbüslərlə çıxış edib, beynəlxalq aləmdə qurumun əlaqələrinin genişlənməsinə çalışıb. A. Əzimov ATƏT-in Minsk Qrupunun münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmadığını da deyib. O 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaq bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.