525.Az

Temperatur düşəcək

[19.12.12]
Temperatur düşəcək<b style="color:red"></b>

Yaxın 2 gündə Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur temperatur dekabrın 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək.

Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 20-də gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 31 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.