525.Az

“Şair, hökmdarın hüzurundasan...” İzmir hadisələri və Atatürklə yeni qarşıdurma

[10.12.12]
“Şair, hökmdarın hüzurundasan...”  <b style="color:red">İzmir hadisələri və Atatürklə yeni qarşıdurma </b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

Sərbəst Firqənin quruluşu siyasi həyatda köklü dəyişikliklərdən daha çox demokratiya görüntüsünü yaratmağa xidmət edirdi. Dəyişiklik istəyi qətiyyəti aşağıdan, xalqın özündən gəlməli idi. Daha doğrusu, ona öz iradəsini ortaya qoymağa imkan yaradılmalı idi. Yuxarıların istəyi hətta dövlət başçısının səmimiyyət dərəcəsinin aliliyindən asılı olmayaraq nəticə etibarı ilə bəlli bir nöqtədən qabağa getməyəcəkdi. Atatürkün həyatda şöhrətin zirvəsində olduğu 1934- ildə  Əhməd Ağaoğlu  özünün qatıldığı bu siyasi fars illüziya ilə bağlı  fikirlərini daha kəskin, fəlsəfi ümumiləşdirilmiş şəkildə (ilk dəfə 1950-ci ildə, Demokrat Partiyasının hakimiyyəti dövründə çap edilmişdiV.Q.) bildirmişdi:

 

Ah, Şərqin bu riyakarlığı! Sözün altında gizlənərək olmayanı mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək!

 

Bu zavallı ölkənin bütün bəlalarının kökü bu qorxunc ruh xəstəliyindədir.

 

Bizdə Cümhuriyyətdən ən zəif bir nişanə belə yoxdur. Bizdəki rejim tam mənası ilə bir diktatorluqdur ki, bunu da hamı bilir. Ancaq hər şeyə rəğmən hamı hürriyyətdən, Cümhuriyyətdən bəhs edir, hər kəs bizdə azad bir Cümhuriyyət qurulduğunu söyləyir, iddia eləyir.

 

Məmləkətin bir başından o biri başına kimi davam edən qarşılıqlı bir aldatma!

 

Amma eyni zamanda ortada aldanan da yoxdur. Hər kəs içində gülür, həm özünə, həm başqalarına gülür, gülür, gülür! Bütün məmləkət gülür, zarafat edir, özü ilə, rejimi ilə, Cümhuriyyət deyib bağıranlarla zarafatlaşır. Ortada inanan var, iman! doğruluq var, səmimiyyət! Əhval-ruhiyyə boşluğu, qəlb boşluğu, ruh boşluğu işində boş bir varlıq yıxıla-dura sürünür, həyəcansız, zövqsüz, eşqsiz bir halda sürünür. Gərnəşərək, əsnəyərək, yarı yuxulu vəziyyətdə, günləri, ayları, illəri saya-saya sürünməyinə davam edir...”

 

Bütün nüfuz böyüklüyünə baxmayaraq Əhməd bəyin fikrincə Atatürk həm aldadanların, həm aldananların biri, bəlkə birincisi idi. Aldatması özünü demokratiya görüntüsü  naminə nəzarətdə saxlanan çoxpartiyalı rejim yaratmaq niyyətində  göstərirdi. Aldanması isə adı ilə bağlı partiyanın ölkədəki gerçək mövqe vəziyyətindən xəbərsiz olmasında meydana çıxırdı. Amma bir məsələ vardı ki, bu acı həqiqəti söyləyərkən Əhməd bəy özü dünya qədər qədimhökmdar yaxşıdır, ətrafı pissəfsətəsindən uzaqlaşa bilməmişdi. Ya da Cümhuriyyət qurucusunu təmizə çıxarmaq istəmişdi. Ona görə   Aldanan, qəflətdə saxlanan, istismar edilən Odur! – deyə Atatürkü nəzərdə tutaraq yazırdı. – Ətrafında ona daxili səmimiyyətlə bağlı neçə  adam var? O doğru məlumat ala bilmir. Elə düşünür ki, məmləkətə bunca xidmət göstərmiş, milləti əsarətdən qurtarmış, istiqlalını təmin etmiş olan firqə xalqın nəzərində əvvəlki kimi qiymətli əzizdir”.

 

Sərbəst Firqənin təşkilinə ölkədəki bələdiyyə seçkiləri ərəfəsində başlanmışdı. Əhməd Ağaoğlu yeni siyasi qüvvənin həmin seçkilərdə iştirakının əleyhinə idi. Bu partiyanın təşkilatlanması, yerlərdə özəklərini yaratması, məqsəd məramı ilə bağlı xalq arasında geniş təbliğat aparması zərurətindən irəli gəlirdi. Təcrübəli qəzetçi kimi Əhməd bəy mətbu orqanın yaradılmasını da vacib sayırdı. Digər səbəb isə çoxları ilə müqayisədə hakim partiyadakı vəziyyətə daha yaxşı bələd olması ilə bağlı idi. Cümhuriyyət Xalq Partiyası funksionerləri cəmiyyətdə o qədər mənfi imic qazanmışdılar ki, Sərbəst Firqəyə yüksək səviyyədə xeyir-dua verildiyi bilinincə, insanlar hər şeyi buraxıb onun arxasınca gedəcəkdi.  Atatürkün ən yaxın adamlarının, xüsusən yeganə bacısının yeni partiyanın rəhbərliyində təmsil olunması xalqın ciddi islahat dəyişikliklərlə bağlı ümidlərini daha da qüvvətləndirirdi. Sərbəst Firqənin meydana çıxması narazı vətəndaşlarda ölkə başçısının etimadı doğrultmayan komanda ilə vidalaşması təəssüratını yaratmışdı. Göründüyü kimi, “Tarix təkrardan ibarətdirdeyənlər əsla yanılmırlar...

 

 

İzmir hadisələri Atatürklə yeni qarşıdurma

 

 

Yeni partiyanın varlığını cəmiyyətə çatdırmaq məqsədi ilə Sərbəst Firqə rəhbərliyi Atatürkün xeyir-duası ilə avqustun sonunda ilk dəfə xalqın arasına çıxdı. Səfər marşrutu kimi mövcud daxili siyasətdən çox da məmnun görünməyən ziyalı potensialı ilə tanınan bir bölgəİzmir şəhəri seçilmişdi. İzmir səfəri Əhməd bəyin qüvvələr nisbətində baş verəcək dəyişikliklə bağlı gümanlarında haqlı olduğunu aşkara çıxardı. Sərbəst Firqə başçılarının gəlişini eşidən on minlərlə şəhər sakini onları sözün əsl mənasında xilaskar kimi qarşılamışdı.

 

İzmirdən xanımına məktubunda Əhməd bəy təəssüratlarını bölüşərək yazırdı: “Dünəndən bəri İzmirdəyik. Xalqın bizi necə qarşıladığını görməli idin! Dəniz sahilinə ən azı qırx min adam gəlmişdi. Gəmimiz hələ uzaqda ikən bayraqlar dalğalanır, “Yaşasın Qazi!”, “Yaşasın Fəthi bəy!”, “Yaşasın Sərbəst Cümhuriyyət!” sədalarından qulaq tutulurdu. Saysız-hesabsız qayıqlar bizə tərəf şütüməkdə idi”.

 

Hakim partiyanın özbaşınalıqlarından bezmiş insanlar hər şeydən öncə ölkəyə Atatürkə kömək məqsədi ilə Sərbəst Firqəyə üzv olmaq istəyirdilər. Şəhərdə çıxan beş qəzetdən dördü dərhal yeni partiyanın mövqelərinə keçmişdi. Adamlar axın-axın otelə gələrək partiyanın yerli özəklərini qurmaq üçün təlimat istəyirdilər. İzmirdə qalacaqları günlər ərzində Fəthi bəy mitinqlərdə çıxış edəcəkdi. Əhməd Ağaoğlu isə siyasi  liberalizm haqqında silsilə mühazirələr oxuyacaqdı.

 

Yenidən hərəkətli, fırtınalı həyata qayıtması onu sevindirirdi. Atatürkün istəyi ilə qoşulduğu hərəkatın ölkənin simasını dəyişməsi, insanları həqiqi azadlığa qovuşdurması ilə bağlı ümidləri qüvvətlənmişdi. “Mən yaxşıyam, lap yaxşıyam, – deyə  Əhməd bəy  xanımına yazırdı. – Mübarizə həyatı məni xeyli gəncləşdirib. Bu hətta Qazi həzrətlərinin gözünə çarpdı son görüşdüyümüz zaman soruşduğuMübarizəniz haldadır?” sualının qarşılığındaƏmr edin, qalaları bir hücumla alaq”-dedim. O, “Bəli, görürəm, cavanlaşmısan. Amma qüvvəni qənaətlə sərf etmək daha yaxşıdır” –dedi təbii ki, biz böyük komandanımızın əmrinə tabeyik”.

 

Lakin bu eyforiya çox tezliklə öz yerini dərin kədər sarsıntıya verdi. İzmir  hadisələri Sərbəst Firqənin həm başlanğıcının sonu, həm sonunun başlanğıcı oldu. Xalqın hakim CXP-na inamsızlığı, məmur ordusuna nifrəti Atatürk daxil hakimiyyət cəbhəsini qorxuya saldı. Fəthi bəy Əhməd Ağaoğlu şəhərə ayaq basdıqları ilk dəqiqələrdən ən müxtəlif maneələrlə üzləşdilər. Onlarla eyni hədəfə vuran müttəfiq partiyanın təmsilçiləri kimi deyil, yad düşmən ünsürlər kimi rəftar olundu. İş hətta İzmir küçələrində qan axıdılmasına, Əhməd bəyin yazdığı kimi, “şekspirvari dramlar yaşanmasınaqədər gedib çıxdı.

 

Çox güman ki, Ankaradan təlimat alan yerli hakimiyyət orqanları Sərbəst Firqə liderləri ilə hər hansı təmasdan yayınırdılar. Vətəndaşların fəallığından qorxuya düşən polis isəAnadoluqəzeti mətbəəsinin önündə toplaşan dinc nümayişçilərə atəş açdı. Nəticədə 14 yaşlı  yeniyetmə öldürüldü. Günahsız uşağın cəsədini otelə gətirən nümayişçilər onu Fəthi bəyin ayaqları altına ataraqAlın, bu da sizə ilk qurban! Amma qurtarın bizi bu zalımların  əlindən!” – deyə  hiddətlərini bildirmişdilər.

 

(Faciəli hadisədən 4 il sonra yaddaşına hopmuş təəssüratları qələmə alan Əhməd bəy yazırdı: “Bilmirəm, Fəthi bəy bu müdhiş hadisəni xatırlayırmı? London səfarətxanasının (Sərbəst Firqə fəaliyyətini dayandırdıqdan sonra o, Türkiyənin Böyük Britaniyada səfiri təyin olunmuşduV.Q.) möhtəşəm salonlarındakı yumşaq kresloda əyləşib Şekspirin dramlarını oxuyarkən bu İzmir faciəsinin xatirəsi onu ara-sıra narahat edirmi? Eyvah! Bu yüksək, ilahi iztirabları duyacaq qəlblərə malik olsaydıq, bizdə o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz süd qardaşlarını bələkdə boğduran insanların yetirmələriyik. O məsumların fəryadları da əvəzində bizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir”).

 

Hadisələrin belə şəkil almasıxalqın həm çox sevdiyi, həm çox qorxduğu Qazi” (Əhməd Ağaoğlu) üçün xüsusilə təəccüblü idi. O, gözləmədiyi yerdən zərbə almışdı. Xilaskarı olduğu insanların, qurduğu Cümhuriyyətin vətəndaşlarının bu dərəcədə üzüdönük çıxmasına, ilk fürsətdə onun qurucusu olduğu partiya ilə üzülüşmək istəyinə inana bilmirdi. Əhməd bəyin yazdığı kimi, onun izzəti-nəfsinə toxunulmuşdu. Həm dərindən toxunulmuşdu. (1930-cu il Türkiyəsindəki siyasi qalmaqalı ingilislərin 1946- il parlament seçkilərində İkinci Dünya müharibəsində Britaniyanın qələbəsini təmin etmiş Uinston Çerçilə etimad göstərməmələri ilə müqayisə etmək mümkündür. Qərbdə adi sayılan bu hadisənin şərqli hökmdar üçün qədər sarsıdıcı olduğunu xatırlatmağa isə lüzum yoxdurV.Q.).

 

Əlbəttə, prosesi dayandırmaq üçün Atatürkün bir işarəsi, partiya rəhbərlərinə bir sözü kifayət idi. Lakin o da məhz izzəti-nəfsini qoruduğundan belə addım atmağı ağlına gətirmirdi. Yəqin ki, bunu ən azı zəiflik sayırdı. Bəlkə demokratiya havasına uymuş silahdaşlarının, həmfikirlərinin özlərinin ağıllanacaqlarına, “tövbə yolunaqayıdacaqlarına ümid bəsləyirdi?  Amma İzmirdə baş verənləri eşitdikdən sonra Atatürk hadisələrin çox uzağa getdiyinin fərqinə vatmışdı. Bu da Sərbəst Firqə qurucularının başı üzərində qara buludların sıxlaşmasına gətirib çıxarmışdı.

 

1930-cu il sentyabrın 22- Məclisin fövqəladə toplantısı keçirildi. Diqqəti əsas məsələdən yayındırmaq üçün ölkə iqtisadiyyatında yaşanan tənəzzül valyuta siyasəti məsələsinin müzakirəsi gündəliyə çıxarılmışdı. Əslində isə İsmət İnönü bələdiyyə seçkiləri ərəfəsində hakim Cümhuriyyət Xalq Partiyasının güc birliyini bir daha sınaqdan keçirmək istəyirdi. Bu iclasda Sərbəst Firqə təmsilçiləri millət vəkili həmkarlarının soyuq, hətta düşmən münasibəti ilə üzləşmişdilər. Hətta maliyyə naziri Şükrü Saracoğlu Əhməd Ağaoğluna məclis tribunasından çıxış etməzdən əvvəl türkcəsini təkmilləşdirməyi məsləhət görmüşdü.

 

Həmin günün axşamı Cankaya köşkünə, Atatürkün yanındakı axşam yeməyinə dəvətlilər arasında Əhməd bəy vardı. Siyasi liberalizm ətrafında başlanan söhbət zamanı İnönünün adamı kimi tanınan CXP baş katibi Rəcəb Pekər Sərbəst Firqənin təmsilçiləriniaraqarışdıranadlandırmışdı. Əhməd bəy söhbətə müdaxilə edərək  Atatürkün təşəbbüsü ilə qurulan partiyayaaraqarışdırandeyilməsinin məntiqə sığışmadığını siyasət adamının belə münasibətindən heyrətləndiyini əsəbi tonda bildirmişdi. Atatürk susaraq söhbətə qarışmamışdı...

 

Oktyabrın ilk günlərində keçirilən bələdiyyə seçkiləri hakim CXR-nın qələbəsi ilə başa çatmışdı. Mənəvi üstünlük isə ciddi maneələrlə üzləşən Sərbəst Firqənin tərəfində idi. Digər tərəfdən, hakim partiyanı qalib elan etmək üçün bir çox yerlərdə sınanmış üsuldaninzibati resurslardan, polisin ordunun gücündən istifadə olunmuşdu. Amma istisna hallar da vardı. Samsunda səslərin çoxunu Sərbəst Firqə qazanmışdı. Bu, Atatürkə Əhməd bəyin şəxsində Sərbəst Firqə liderlərinə sataşmaq üçün yeni bəhanə vermişdi.  

 

Seçkilərdən az sonra Cankaya köşkündə təmsil etdiyi  partiya  haqqında tikanlı sözlər eşidən Əhməd Ağaoğlu özünü saxlaya bilməyərək  Həm məğlub olmaq, həm lağ hədəfinə çevrilmək çox acı şeydir, paşam!” – deyə etirazını bildirəndə AtatürkAmma baxınız, Samsunda qazandınızsözləri ilə söhbətin yönünü dəyişməyə çalışmışdı. Dialoqun davamının yaxşı heç vəd etmədiyini bilsə , Əhməd bəy susmamışdı. Tənəli atmacaların müqabilində demişdi:

 

Paşam, əgər bütün məmləkətdə Samsun valisi kimi qanuna hörmətlə yanaşan bir nəfər tapılmasaydı, onda halımıza ağlamaq lazım gələrdi. İdarə məmurları hər tərəfdə belə insanlar olsaydılar, şübhə etmirəm ki, seçkilərdə səslərin dörddə üçünü biz qazanardıq”. Daha sonra isə süfrədə oturan Şükrü Qayanı (1927-1938-ci illərdə Türkiyə Cümhuriyyətinin daxili işlər naziriV.Q.) göstərərək əlavə etmişdi: “Bizim bu dostumuzu görürsünüzmü? O da ustalıqla hərəkət edə bilmədi. Hər tərəfdə polisi, jandarmanı yalnız bizə qarşı çıxardı. Heç olmazsa, tərəfsizlik görüntüsü yaratmaq üçün bir neçə yerdə CXP əleyhinə çıxarmalı idi”.

 

Təbii ki, yumşaq tərzdə deyilsə , hədəfə dəyən bu sözlərdən sonra Əhməd bəyin gözlədiyi vəziyyət alınmışdı. Atatürk hirslənməyə başlamışdı:

 

“-Əfəndi! Hər tərəfdə anarxiya baş alıb gedir, – deyə səsini yüksəltmişdi. –Antalyada komandanın (türkcə orijinaldakomutan”. Çox güman ki, bölgənin jandarma rəisi nəzərdə tutulurV.Q.)  başını skamya ilə vurub əziblər. Bu komandan çox böyük səbrli adammış. Onun yerinə mən olsaydım, bir pulemyot gətirib oradakıların hamısını biçdirərdim. Başqa yerlərdə buna bənzər hadisələr baş verib.

 

Paşam, komandanın seçki məntəqəsində işi vardı?

 

Anarxiyanın qarşısını almaq üçün getmişdi.

 

Xeyr! Anarxiya onun seçki məntəqəsinə gəlişi nəticəsində yaranmışdı. Qazi Mustafa Kamal Paşa  Cümhuriyyət qurub. Bu Cümhuriyyətin əsaslandığı prinsiplər xalqa seçki haqqı tanıyır. Xalq səlahiyyətindən istifadə etmək üçün seçki qutusunun başına gəlir. Amma qarşısında silahlı qüvvələri görür. Çarpışma təbiidir”.

 

Eşitdiyi sözlər Atatürkü haldan çıxarmışdı. Ev sahibi olduğunu unudaraq Əhməd bəyi hiddət qəzəbinin gücü ilə yerində oturtmağa çalışmışdı: “Əfəndi! Anarxiya var, anarxiya! Sizin heç nədən xəbəriniz yoxdur. Qəflətdəsiniz. Hələ üstəlik belə vəziyyətdə məndən tərəfsiz qalmağımı istəyirsiniz!”- deyə bağırmışdı.

 

Göründüyü kimi, Atatürk Sərbəst Firqə ilə bağlı narazılığını növbəti dəfə status baxımından partiyanın daha yüksək rütbəli funksionerləri olan Fəthi Okyar Nuri Conkerə deyil, rəhbər üçlükdə sayılan Əhməd Ağaoğluna çatdırmışdı. Bu rəftar təkcə onun gənclik illərindən tanıdığı silah yoldaşlarının xətirlərinə dəymək istəməməsi anlamında başa düşülməməlidir. Sadəcə, Əhməd bəy aramsız həqiqət axtarışları, doğruluq prinsipiallığı ilə hər zaman atəşi öz üzərinə çəkirdi.

 

Vəziyyətin böhran həddinə çatdığı bu mübahisədə sona qədər getmişdi. Atatürkün ittihamları qarşısında geri çəkilməyərək bir tərəfdən onun özü ailəsi üzərində böyük haqq-sayını etiraf etmiş, digər tərəfdən isə iradəsi ilə qoşulduğu bu siyasi oyundan şərəfini qoruyaraq çıxacağını bəyan etmişdi. “Sərbəst Firqə xatirələriində çoxsaylı qonaqların gözü qarşısında Atatürkə dediyi aşağıdakı sözləri olduğu kimi misal gətirmişdi:

 

Paşam, belə olan halda aramızda dəhşətli bir anlaşılmazlıq var. Məni Sərbəst Firqəyə gətirən zati-dövlətinizdir. Özünüz o zaman dediniz: “Yeni qurduğumuz Cümhuriyyət bir şeyə oxşamır. Mən fani insanam. Ölmədən əvvəl bu milləti həqiqi hürriyyətə alışmış görmək niyyətindəyəm. Bundan ötəri isə müxalif firqənin olması lazımdır. Firqəni inandığım adamların əllərinə tapşırmaq istəyirəm. Amma yazıqlar olsun ki, onlar da tərəddüd edirlər.

 

Nəticədə biz  firqəyə girdik. İndi görürəm məsələni yaxşı anlamamışam. Altmış iki yaşım var. Onun ən azı 40 ilini qüvvəm bacarığım daxilində türk millətinə xidmətdə keçirmişəm. Artıq məzarımla aramda bir neçə addım məsafə qalmışkən bu milləti anarxiyaya sürükləyənlərdən biri kimi qələmə verilirəm.

 

Bundan başqa zatı-dövlətinizi öz xilaskarım sayıram. Məni Malta əsarətindən qurtardınız. Bura gəldim. Sayənizdə məmləkətin sayılan adamlarından biri oldum. Çoluq-cocuğum yeni Vətən tapdı, gələcəklərini təmin etdilər. İndi isə elə təsəvvür yaranır ki, mən həm türk millətinə xəyanət edir, həm   xilaskarıma qarşı çıxıram.

 

Bu vəziyyət mənim üçün çox ağırdır. İcazə verin, özümü qurtarım”.

 

Atatürkxilasyolunun şəkli mahiyyəti ilə maraqlananda Əhməd bəyin peşimançılıq hissi keçirərək aman diləmədiyi, əksinə, yenə əvvəlki mövqeyində qaldığı bəlli oldu: “Əmrinizlə girdiyim yeni Firqədən çıxmayacağam. Belə etsəm bunu öz heysiyyətim üçün bir alçaqlıq sayardım. Amma siyasi həyatdan çəkilərəm. Millət vəkilliyindən imtina edərəm. Sırf müəllimliklə məşğul olaram”.

 

Bu sözlər Sərbəst Firqənin ömrünü daha bir ay uzatmış, ona qarşı çevrilən təhdidləri bir qədər yumşaltmışdı. Atatürk həmin axşam səsinin tonunu növbəti dəfə dəyişərək az qala Əhməd bəyin qarşısında üzrxahlıq etmişdi. “Belə məlum olur ki, mənim verdiyim sözə şübhə ilə yanaşırsan,- demişdi. – Qoy burada oturanlar yenə şahid olsunlar. Fəthi bəyə, Nuri bəyə, sənə, bütün arkadaşlara bir namus borcum var. Eşidirsinizmi? Hamınız şahid olun: namus borcum var! Bir siz etdiniz ki? Sadəcə Vətən qarşısındakı borcunuzu yerinə yetirdiniz. Ona görə tam əmin-arxayın ola bilərsiniz. Seçki zamanı baş verən hadisələrə gələndə isə bu harada olmur? Avropada bundan betərləri olur”.

 

Söhbət bu notlar üzərində bitsəydi, yəqin ki, bir millət atası kimi Atatürkün mənəvi qələbəsindən, müdriklik nəcibliyindən danışmaq olardı. Lakin  çağdaş Türkiyənin həyatına gətirdiyi bütün yeniliklərə baxmayaraq onun da daxilində ənənəvi bir Şərq diktatoru uyuyurdu. Bu diktator isə hec vəhclə sözünün qarşısında söz deyilməsinə, kiminsə öz ləyaqət şərəf hissini onun hökmdar iddialarından üstün tutmasına təhəmmül edə bilməzdi. Ona görə istənilən halda son söz hüququnu özündə saxlamalı, sonuncu gülən özü olmalı idi...

 

    

 

Böyük adamın kiçik qisası

 

 

Məhz belə bir düşüncənin təsiri altında o gecə Əhməd Ağaoğlunun da Cankaya köşkündən daxilən rahatlanmış bir halda ayrılmasına imkan verilməmişdi.

 

Bir neçə gün əvvəl (12 oktyabr 1930-cu il) “Yarınqəzetində tanınmış türk alimi, Cümhuriyyət dövründə İstanbul universitetinin ilk rektoru olmuş İsmayıl Haqqı Baltaçıoğlunun (1886-1978) “Bizim tapdığımız Mustafa Kamaladlı məqaləsi çap edilmişdi. İsmayıl Haqqı həm Sərbəst Firqənin İstanbul təşkilatının rəhbəri idi. Çox güman, bu səbəbdən Atatürkü partiya mənsubiyyət maraqlarından daha üstün tutduğunu bildirərəkMən Cümhuriyyət Xalq Firqəsi rəisi Qazini deyil, məmləkəti qurtaran Mustafa Kamalı sevirəm” – deyə bəyan etmişdi. Tərif dolu yazıda xilaskar Atatürk Mikelancelo, Delakrua, İngres kimi yaradıcı şəxsiyyətlərlə müqayisə olunurdu. “Türk qövmünün istiqbalını yaradan Türk istiqbalında Türk millətinə əbədi rəhbər olmaq istedadını qüvvəsini mühafizə edən Mütləq Mustafa Kamalkimi dünya tarixinə düşdüyü bildirilirdi.

 

Qonaqlar süfrə arxasına keçməmişdən əvvəl salonda xarici işlər naziri Tofiq Rüşti Arasla bilyard oynayan Atatürk özünü guya əhəmiyyətsiz bir şeydən danışırmış kimi göstərərək Əhməd bəydən  yazını oxuyub-oxumadığını soruşmuşdu. Həmişəki kimi sözün doğrusunu söyləyən Əhməd bəy oxuduğunu bəyənmədiyini demişdi. Səbəbini isə belə izah etmişdi: “Müqayisələri bəyənmədim. Yan-yana gətirilmələri imkansız olan insanlar arasında müqayisə aparmaqda məna görmədim”.

 

Partiya mövzusundakı mübahisə qurtardıqdan xeyli sonra Atatürk birdən-birə (hərçənd belə şəxsiyyətlər heç nəyi spontan etmirlər, hər şey əvvəlcədən düşünülmüş məqsədə tabe tutulur) İsmayıl Haqqının məqaləsini Əhməd bəyin yazı ilə bağlı mənfi rəyini xatırlamışdı. Sən demə məqalə Qazinin özünün xoşuna gəlməyibmiş.  Onun tarşırığı ilə özəl qələm müdiri Rəşid Qalib bəy (Sərbəst Firqə üzvü idi, 1932-1933- illərdə maarif naziri olmuşduV.Q.) cavab yazmışdı. Lakin İsmayıl Haqqı