525.Az

Yazıqdı dünya! Utandığından dağılır...

[09.12.12]
Yazıqdı dünya! Utandığından dağılır... <b style="color:red"></b>

Rus yazıçısı Ruslan Kiriyev ötən əsrdə yazırdı ki,  qorxuram elə vaxt gələ , izahlı lüğətlərdə ləyaqət sözünün qabağındaköhnəlibyazalar. Əcaba,  həmin  zaman artıq yetişibmi ? (!)   O gün qonşumuzun kiçik oğlu həyətdə tənginəfəs qabağıma qaçdı  ki, müəllimə, bayaqdan sizi gözləyirəm.  Bəlkə, evdə nəsə olub narahatlığı ilə mən   birnəfəsə”, De görüm, baş verib  soruşdum.  Ləyaqətlə böyüməkmövzusunda inşa veriblər, kömək edin, yazım da. Şükür, hər şey qaydasındadır düşünüb,dedim ki,  sən yaz, mən yoxlayıb, düzəliş edərəm.

 

Heç olmasa başlamağa biriki cümlə deyin.

 

Ləyaqət hər kəsin  dəyəridir, insanlıq sifətidir. Ləyaqətini itirən adam həm dəyərini, həm insanlıq sifətini itirimş olar. Dediyim iki  cümlə balacaya azlıq edirmiş kimi dalımca səsləndi. Nədir axı bu ləyaqət, heç olmasa göstərin görüm , görmədiyim  şeyi necə yazım e. Lap bezmişəm.

 

Yaman tutuldum. Bilmədim,o inşanı tapşıran  müəlliməni qınayım, yoxsa  özümü.  Sözlərimdən utandım. Niyə, axı biz 11 il məktəbdə, sonra ali təhsil müəssisələrində ciddi-cəhdlə  həyata hazırlamağa çalışdığımız şagird tələbələrimizi doğru, dürüst, layəqət ədalət sözləri  ilə yorub əldən saldıqdan sonra ayılırıq ki, gələcəyimizi əmənat edəcəyimiz şəxsləri çeynənmiş sözlərdən  iyrəndirmişik, onların mahiyyətindən . Mənim balaca qonşum kimi  biri soruşanda ki,  nədir axı, doğruluq, ədalət, düzlük Yüz dəfə eşitməkdənsə bir dəfə göstərin görək . (!)  Burada işimiz qəlizləşir. Deyə bilmirik ki, bala,zəmanə dəyişib,ədalətlə davranmaq istəyirsən ədavətə çevrilir,doğru olursan oğru bağrını çatladır,düzlük səni düzdə qoyur. O zaman övladlarımız üzümüzə qayıdar ki, bəs neçə illərdlir niyə boş-boş fikirlərlə başımızı qatırsız ki, yalnız fəzilət doğruluq sayəsində məsud olar bilərik.  Qəflət yuxusundan oyanıban anlamağa başlayırıq ki, həyatın  radio dalğalarının pozuntusunu andıran qatmaqarışıq  simfoniyası qulaqlarımızı batırıb. Biz tale yolunun sürüşkən boşluğunda özümüzlə bərabər övladlarımızı da azdırmışıq. Onların qulaqlarına şirin sözlər asa-asa. Ləyaqət , şərəf qəlbində sıxa-sıxa. Bəs sonra?! Sonra da həyat sıxır ,yazıq edir fidanlarımızı. Sıxıntıdan sümükləri sızıldayır, ilikləri inildəyir. Ruhu donmuş adamların ətrafında həyat da donur ,yaşamaq istəmirsən. Ruhsuz bədənlərə çevrilən miskin varlıqlar isə maddi mənəvi tarazlığın pozulduğu cəmiyyətdə əzilməyə başlayırlar. Deməli, buradan başlamalıyıq. Övladlarımızın gözünü maddiyat parıltısının korluq sindromundan qorumalıyıq. Əvvəllər böyüklərimiz dünya malı dünyada qalar,çalışın halal zəhmətlə yaşayındeyirdilər.

Traktorçular ,əkinçilər ,bənnalarxülasə alnının təri,əlinin zəhməti  ilə çörək qazananlar könül rahatlığı ilə yaşayırdılar, gözlərində parıltı olurdu, yuxularında şirinlik. İndi isə bəzilərimiz uşaqlarımıza nəsihət verəndə deyirik ?! yolla olursa olsun, pul qazan, gəlir əldə et. Varın varsa, varsan, yoxsa sən yoxsan, heçsən. Uşaqların özlərinə yox,nəfslərinə o qədər diqqət, qayğı sayqı ilə yanaşırıq ki... Bir görürük ki, özləri yox, nəfsləri böyüyüb, “Damoklın qılıncıkimi asılıb  balalarımızın  başının üstündə. Yeniyetmələr kitab-dəftəri tullayıb bir yana, qaçırlar qazanc dalınca .Bu yolda daş atıb, baş tuturlar. Bu daş da çox vaxt irəli deyil, öz ayaqlarının altına düşüb büdrədir,yıxır övladlarımızı. Diqqətin bir məsələ üstundə toplanması isə   passivlik törədir. İnsan mənəvi cismani cəhətdən enməyə,ruhdan düşməyə ,hətta özü hiss etmədən pozulmağa başlayır. Biz uşaqlarımızı bilmədən pozuruq. Özümüzə gələndə ,həmişə gec olur. Hələ bir əsr bundan  əvvəl Viktor Hüqo deyirdi ki, insan biixtiyar öz xoşbəxtliyi ilə bədbəxtliyi arasında gedən oyuna etinasızlıq göstərir. Özü qumara qoyulmuş pul ola-ola, oyunu laqeydliklə izləyir. Çox uzağa getməyin, birinci sinifdə oxuyan bir nəfər belə yazıçı ,müəllim, dərzi,usta olmaq istəmir. Həyat nərdivanın birinci pilləsinə  ya müğənni,ya da biznesmendeyib ayaq qoyurlar. (!) Sonra da təşvişə düşürük ki,dünya dağılır. Dünyanı biz dağıdırıq, öz dünyamızı! Ruhları biz boğuruq, öz ruhumuzu! Mövlana dili ilə desək, ruh duru çayı andırır. Maddi düşüncələr,nəfslə bağlı arzular çayın üstünü örtmüş bir ovuc çör-çöpdür. Əgər ağlın əli o çör-çöpü bir yana itələsə, şəffaflıq özünü göstərər. Əgər heyvani hisslər həddindən artıq olsa, nəfs gülməyə başlar. Nəfsimizi güldürüb, ağlımızı ağlatmayaq. Göz bəbəklərimizi özümüzə sarı çevirməyin vaxtı çatıb,əzizlərim. “Bir mən vardır məndə, Məndən içərideyib ürəyimizə qulaq asaq. Nəfsimizin istədiyini ürəyimizin boynuna atmayaq. Yazıq ürəklərimiz ona görə tez-tez sıxılır. Nəfsimizə hakim ola bilməyəndə axırda da partlayırlar. Onda da təbiəti günahlandırırıq ki,iqlim dəyişib, ekoloji tarazlıq pozulub.Birimiz demirik ki, bəs pozulmuşların nəzminizama düşməsi üçün biz edirik ? Kainat dilə gəlib, min illərin buzları əriyir, qurumuş çaylara su gəlir, yatmış vulkanlar oyanır. Biz qəflət yuxusundan oyanmırıq. Tanrı yaratdığından utanır. Daha göydə yağış,qar qalmadı  ki ,başımıza töksün. Günahlarımız yuyulsun deyə , etsin,  elə gərək kül ələsin ?!... Kəndlərimizdə torpaq ayağımızın altından qaçır,fəryad edir ki, kəndinizə gəlin, adam olun, ey Adəm övladları. “Niyə hey fırlanırsınız bu dünya deyilən şamın ətrafında,pərvanəsinizmi? Onda yandırın qanadlarınızı şamda,təmizlənin”. Təmizlənin Yer kürəsini xilas edin. Yazıqdı  dünya.  Utandığından dağılır, dağılır dünya ?!.   

Elnura CAVADZADƏ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.