525.Az

Azərbaycan beynəlxalq təhsil məkanına inteqrasiya yolunda: reallıqlar və perspektivlər

[09.12.12]
Azərbaycan beynəlxalq təhsil məkanına inteqrasiya yolunda: reallıqlar və perspektivlər<b style="color:red"></b>

Müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil hesab edilir. Məhz ali təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, “biliklər cəmiyyətinin formalaşmasında da ən başlıca amil ali təhsildir. “Biliklər cəmiyyətielə bir cəmiyyətdir ki, onun əksər üzvləri yeni biliklər əldə edir, daha çox sayda insanlar isə bu biliklərdən faydalanır, istifadə edirlər. Faktiki olaraq, biliklər insanın yaşadığı inkişaf etdiyi cəmiyyətdə əlverişli inkişafetdirici mühit formalaşdırır.

Təhsil naziri Misir Mərdanov deyir ki, inkişafda yüksək nailiyyətlərin əldə edilməsində insan potensialı həlledici rol oynayır. Biliyə əsaslanan inkişafı qiymətləndirmək üçün BMT XXI əsrin əvvəllərində yeni göstərici olan Texniki Nailiyyətlər Əmsalını (TNƏ) təklif edib. Bu əmsalın hesablanmasında bir sıra göstəricilər, o cümlədən yeni ixtiralar onların xaricdə istifadəsinə görə ölkəyə daxil olan gəlirlər, yüksək ixtisaslı mütəxəssislərin sayı, təbiət texniki ixtisaslar üzrə təhsil alan tələbələrin ictimai elmləri öyrənən tələbələrə nisbəti sair amillər nəzərə alınır. Hazırki dövrdə yeni biliklərin yaradılması, bu biliklərin bacarıqlara çevrilməsi onların əsasında yaradılmış yeni texnologiya məhsulların müxtəlif ölkələrə ixrac edilməsi iqtisadiyyatın çox gəlirli bir istiqamətinə çevrilmişdir. Artıq bir sıra ölkələr öz iqtisadiyyatını bu yolla inkişaf etdirməklə əhəmiyyətli nailiyyətlər əldə ediblər: “BMT hesablamalarına əsasən, TNƏ göstəricilərinə görə dünya ölkələri dörd qrupa bölünürlər: bu sahənin liderləri, potensial liderlər, yeni texnologiyalardan biliklərdən geniş istifadə edən ölkələr bu sahədə geridə qalan ölkələr. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə dünyanın 18 ölkəsi bu sahədə lider hesab edilə bilər ki, onların arasında ABŞ, Yaponiya, Böyük Britaniya, Norveç, İsveç ən qabaqcıl yerləri tuturlar. BMT-nin təsnifatına görə Azərbaycan ikinci qrupa, potensial liderlər qrupuna aiddir. Şübhəsiz, ölkəmizin potensial liderlər siyahısında olması ali təhsilin inkişafı ilə bilavasitə bağlıdır. Bunun üçün, ilk növbədə, təbiət texniki elmlərə diqqət artırılmalı, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssislər hazırlayaraq insan potensialı yüksəldilməli, eyni zamanda ölkədə yüksək texnoloji məhsulların istehsalı ixracdakı payının artırılması istiqamətində daha ciddi addımlar atılmalıdır. Ali təhsil sadəcə yüksək səviyyəli mütəxəssis yetişdirmir, o, həm ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə, insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir. Dövlət, cəmiyyət öz üzvlərini təhsillə təmin etmək üçün sərmayə qoyur, lakin bu xərclər sayəsində onun kapitalı da artır. Beləliklə, təhsil xərcləri nəinki humanist yanaşmanı əks etdirir, həm istənilən digər xərclərdən daha effektivdir”.

Nazir bildirib ki, müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya digər ölkələr məhz insan kapitalından böyük gəlirlər əldə etməklə bugünkü inkişaf səviyyəsinə çatmışlar: “Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyiBiz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”, “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardırkimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Tədqiqatlar onu da göstərir ki, insanın inkişafına erkən yaşlardan qoyulan investisiyalar sonradan daha çox gəlir gətirir. Bu mənada biz öz iqtisadi təfəkkürümüzü dəyişməliyik. Dərk etməliyik ki, təhsilə vəsait qoyuluşundan keyfiyyət əldə olunmaqla yanaşı, həm iqtisadi səmərə əldə olunur, gələcək inkişaf təmin edilir. Eyni zamanda həmin iqtisadi səmərəni qiymətləndirməyi bacarmalıyıq. Düşünürəm ki, yüksək təhsilli insan artıq böyük sərvətdir. Öz qarşısına məqsəd qoyub ən təhsilli əhalisi olan ölkəyə çevrilmək milli ideya olmağa layiqdir! Çünki biliklər kultu dirçəldikcə xalqın özünəhörməti artır. Mənə belə gəlir ki, ölkəmizdə vətəndaşların daha keyfiyyətli ali təhsil almasının əhəmiyyəti getdikcə artacaq. Dünya sürətlə dəyişir biz sadəcə öz iqtisadiyyatımızı yenidən qurmaq üçün deyil, həm dəyişikliklərin ön sırasında olmaq üçün kifayət qədər mobil olmalıyıq. Beləliklə, müasir iqtisadiyyatda ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edir”.

 Təhsil nazirinin dediyinə görə, iqtisadi inkişaf üçün təbii istehsalat ehtiyatlarının mühüm olduğu ötən onilliklərdən fərqli olaraq, hazırda ən əsas amil insan kapitalıdır: “İstedadlı ixtisaslı kadrlar varsa, qalan hər şey özü düzələcək. Bu fikir böyük bir alimin məşhur əsərində dəqiq ifadə olunub: “İstənilən cəmiyyətin taleyi, ilk növbədə, onun üzvlərinin xüsusiyyətlərindən asılıdır. Bacarıqsız insanlardan ibarət cəmiyyət heç zaman inkişaf edən cəmiyyətə çevrilməyəcək. Savadsızlar qrupuna isə əla konstitusiya verin, yenə ondan gözəl cəmiyyət yarada bilməyəcəksiniz. Əksinə, istedadlı yüksək təhsilli, iradəli şəxslərdən ibarət cəmiyyət mütləq daha mükəmməl ümumi yaşayış formaları yaradacaq inkişaf edəcək”.

 Hazırda belə bir tendensiya yaranıb ki, qlobal bazar mütəhərrik olduğundan kapital daha çox gəlir gətirə biləcəyi ölkələri axtarır. Buna görə daha yüksək keyfiyyətli işçi qüvvəsinə malik ölkələr resursları cəlb edir daha sürətlə inkişaf edir. Bu səbəbdən təhsil elmdə kritik kütlə effekti vacibdir: bir yerdə qədər çox istedad toplanarsa, onlardan hər birinin məhsuldarlığı bunun sayəsində ölkənin rəqabətqabiliyyəti bir o qədər yüksək olar”.

 Nazir bildirib ki, ali təhsil sahəsində qloballaşmanın ən nəzərəçarpan təzahürlərindən biri vahid Avropa təhsil məkanının formalaşdırılması olub ki, onun da təməlində Avropada ali təhsilin inkişafının magistral xəttini təşkil edən bir sıra vacib prinsiplər əsasında qurulan Boloniya prosesi durur. Təbii ki, həmin prosesdən özünütəcridetmə mümkün deyil, ona görə ki, bu, ali təhsil sahəsində ciddi geriliyə səbəb ola bilər. Azərbaycan tədricən ümumavropa təhsil məkanına qovuşmaq kursunu götürdüyündən, biz ali təhsil sistemimizdə ciddi keyfiyyət struktur dəyişiklikləri ərəfəsindəyik. Bununla əlaqədar ali təhsil sahəsində mövcud olan başlıca problemlər artıq müəyyənləşdirilib, onların müəyyən hissəsi aradan qaldırılıb: “Azərbaycanda ali təhsil sovet hakimiyyəti illərində müəyyən inkişaf yolu keçib. Həmin dövrdə ali məktəb şəbəkəsinin inkişafı, mütəxəssis hazırlığının genişləndirilməsi, problem laboratoriyalarının, hesablama mərkəzlərinin, elmi-tədqiqat institutlarının təşkili sahəsində bir sıra addımlar atılmışdı. Lakin dünya ali təhsil sistemindən təcridolunma, sərt mərkəzləşdirmə ideoloji müdaxilələr ümumilikdə sovet təhsil sisteminə xas olduğu kimi, Azərbaycanda da ali təhsilin inkişafına mənfi təsir göstərirdi. Müstəqillik illərində, 1993- ildən başlayaraq ali təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarəolunması bir çox digər sahələrdə islahatlarla başlandı. 1997-ci ildə bakalavrların ilk buraxılışı baş tutdu, eyni zamanda həmin il respublikanın 26 ali məktəbində magistr hazırlığına başlanması ilə əlamətdar oldu. Ali təhsildə struktur dəyişiklikləri aparıldı, müəssisələrin şəbəkəsi optimallaşdırıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu. Təhsil müəssisələrinin müstəqilliyi, səlahiyyətləri genişləndirildi, bir sıra ali məktəblərə özünüidarəetmə hüququ verildi. 2001-ci ildən etibarən həmin ali məktəblər dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməyə başladı. Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji metodik ustalığa malik müəllim kadrlarının hazırlığı istiqamətində 2003-2008-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsindəFasiləsiz pedaqoji təhsil müəllim hazırlığının konsepsiya strategiyasıhazırlandı, 2007-ci ildə hökumət tərəfindən təsdiq edildikdən sonra pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanıldı.

 Azərbaycan Boloniya prosesinə qoşulduqdan sonra ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirildi. Buna müvafiq olaraq Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən tədbirlər planı hazırlanıb təsdiq edildi. Tədbirlər planına əsasən, “Bakalavr hazırlığının məzmununa səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturutəsdiq edildi buna müvafiq istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanaraq yeni nəsil dövlət təhsil standartları hazırlandı. Ali təhsil müəssisələrində tələbələrin biliyinin çoxballı qiymətləndirmə sisteminin tətbiqi kredit sisteminə keçilməsi üçün baza rolunu oynadı. Kredit sisteminin tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi bazanın yaradılması üçün bir sıra xarici ölkələrin təcrübəsi öyrənildi, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnaməhazırlanıb təsdiq edildi, ilkin mərhələdə 10 ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqinə başlandı, 2008-2009-cu tədris ilində artıq 21 dövlət ali məktəbini əhatə etdi. Bundan əlavə, xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirildi, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarına uyğun olaraq Təhsil Nazirliyində Daimi Komissiya yaradıldı. Burada əsas məqsəd, bir tərəfdən, ölkəyə keyfiyyətsiz ali təhsilli mütəxəssis axınının qarşısını almaq idisə, digər tərəfdən, ölkənin əmək bazarının qorunmasından ibarət idi. Avropa Komissiyası, Avropa Şurası UNESCO-nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış diploma əlavənin modeli əsasında ali təhsil haqqında diploma əlavənin nümunəsi hazırlandı ölkənin ali təhsil müəssisələrində tətbiq edilməkdədir. Bu əlavənin tətbiqində məqsəd Avropa ölkələrində diplomların qarşılıqlı tanınması ilə bağlı yaranmış problemləri aradan qaldırmaq, ixtisas dərəcələrinin beynəlxalq tanınmasında şəffaflığı təmin etmək, məzunların akademik əmək bazarında mobilliyinin səviyyəsini artırmaq, diplomların xaricdə tanınmasına şərait yaratmaqdan ibarət olmuşdur. Eyni zamandaAzərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqındaölkə prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamının icrası istiqamətində Təhsil Nazirliyi yeni klassifikatorun hazırlanması üzərində aparırdı. Bu sənədin hazırlanması üçün nazirlikdə xüsusi işçi qrupu yaradılmış, beynəlxalq təcrübə öyrənilmiş, UNESCO digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun yeni siyahı hazırlanmış, bütün ali məktəblərdə nazirlikdə geniş müzakirələrdən sonra hökumətə təqdim edilmişdi. Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı iləAli təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) yeni siyahısıtəsdiq edilmişdir. Yeni ixtisas siyahısının hazırlanması zərurəti bir sıra səbəblərlə bağlı idi. İlk növbədə, qeyd edilməlidir ki, əvvəlki klassifikatorda 515 ixtisas var idi ki, onların da təxminən 386- üzrə kadr hazırlığı həyata keçirilirdi. Bu sayda ixtisasların mövcudluğu şəraitində, nazirlik tərəfindən görülən tədbirlərə baxmayaraq, bakalavr pilləsində genişprofilli mütəxəssis hazırlığına nail olmaq mümkün olmurdu, bir çox hallarda tətbiq sahələri üzrə dar çərçivəli mütəxəssis hazırlığı həyata keçirilirdi. Bu da həm bakalavr hazırlığı qarşısına qoyulan genişprofilli mütəxəssis hazırlığı vəzifəsinin reallaşdırılmasına imkan vermirdi, həm məzunların əmək bazarının sürətlə dəyişən tələbatına uyğun gəlməməsinə səbəb olurdu. Daha bir səbəb onunla bağlı idi ki, ali məktəblərimizdə verilən bir sıra ixtisaslar beynəlxalq aləmdə tanınmırdı. Universitetlərimizdə kadr hazırlığı aparılan beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, qiymətin əmələ gəlməsi, gömrük ekspertizası, beynəlxalq jurnalistika sair bu kimi ixtisaslar dünyada qəbul olunmur.

Hökumət tərəfindən təsdiq edilmiş yeni siyahı Azərbaycan ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində atılmış mühüm addımlardan biridir. Eyni zamanda bu sənədin qəbul olunması Boloniya Bəyannaməsinin tələblərinə uyğundur. Avropa məkanına inteqrasiyanı məzunlarımızın rəqabət qabiliyyətliliyini təmin etmək məqsədilə Beynəlxalq Təsnifat Strukturuna müvafiq olaraq təsdiq olunmuş yeni siyahıda ixtisas qrupları üzrə 149 ixtisas saxlanılıb. Lakin ixtisasların belə azaldılması heç ixtisaslar üzrə bakalavr hazırlığının ixtisarı kimi qəbul olunmamalıdır, çünki yeni klassifikatorda ixtisasların mexaniki ixtisarı deyil, onların kifayət qədər qruplaşdırılması aparılmışdır. Beləliklə, bu klassifikatora uyğun olaraq, ali təhsilin bakalavr pilləsinin tələb etdiyi kimi, daha genişprofilli mütəxəssis hazırlığı həyata keçiriləcək. Eyni zamanda əvvəlki illərlə müqayisədə bakalavr pilləsinə tələbə qəbulu planının azaldılması da planlaşdırılmır”.

Təhsil nazirinin sözlərinə əsasən, yeni ixtisas siyahısının təsdiq olunması ali məktəblər qarşısında bir sıra ciddi vəzifələr qoyulub. Belə ki, kadr hazırlığı sistemində müvafiq dəyişikliklərin aparılması, yeni standartların hazırlanması, kafedraların sayının optimallaşdırılması, bəzi fakültələrin birləşdirilməsi, bağlanması, ali məktəblərin strukturunun idarəetmənin təkmilləşdirilməsi istiqamətində sistemli aparılmalıdır. İxtisas siyahısının təsdiqi ilə bağlı ayrı-ayrı ixtisaslar üzrə yeni dövlət təhsil standartlarının hazırlanması zərurəti meydana çıxdı. Bununla bağlı ilk addım olaraq nazirlikdə mütəxəssislərin iştirakı ilə ixtisas (proqram) üzrə bakalavr hazırlığının məzmununa səviyyəsinə qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən dövlət təhsil standartının strukturunun layihəsi hazırlanaraq müzakirə üçün ali məktəblərə göndərilib. Ali məktəblərin təklifi əsasında həmin struktur nazirliyin müvafiq əmri ilə təsdiq edilib. Yeni struktur əvvəlkindən fərqli olaraq üç blokdan (humanitar, peşə hazırlığı xüsusi fənlər) ibarətdir. Həmin strukturda seçmə fənlərin çəkisi xeyli artırılmışdır. Belə ki, əvvəlki strukturda onların çəkisi 15,7 faiz idisə, yeni strukturda 27 faiz təşkil edib. Bununla yanaşı, ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısına müvafiq olaraq ayrı-ayrı ixtisas qrupları üzrə nazirliyin müvafiq əmrilə işçi qrupları yaradılıb. İşçi qrupları qarşısında vəzifə qoyulub ki, növbəti tədris ilinin əvvəlinədək yeni struktura uyğun standartlar hazırlasınlar. Yeni standartlar kredit sisteminə uyğunlaşdırılmış formada hazırlanıb: “Son illərdə ölkədə ali məktəblərin maddi-texniki tədris bazasının möhkəmləndirilməsi genişləndirilməsi, müasir avadanlıqlarla təminatı sahəsində ciddi addımlar atılıb, təhsildə müasir texnologiyaların təitbiqi üçün şərait yaxşılaşıb, Avropa ali təhsil məkanına inteqrasiya məqsədilə Boloniya prosesinə qoşulmaq istiqamətində müəyyən tədbirlər həyata keçirilib, təhsilin keyfiyyətinə nəzarətin yeni mexanizmlərinin tətbiqinə başlanılıb, müasir tələblər baxımından normativ-hüquqi baza formalaşıb, dövlət başçısının qərarı ilə ali məktəb işçilərinin əməkhaqqı hissolunacaq dərəcədə artırılıb. İndi hər şey, necə deyərlər, özümüzdən, ali məktəb rəhbərlərindən, fakültə dekanlarından, kafedra müdirlərindən ali məktəblərdə çalışan müəllimlərdən asılıdır. Bütün bunlarla yanaşı, ölkənin ali təhsil sistemində mövcud olan problemlər nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, kadr hazırlığı keyfiyyətinin yüksəldilməsinə mane olur. Hesab edirik ki, bu problem aradan qaldırılmadan ali təhsildə əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq qeyri-mümkündür”.

 Nazir qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması digər məsələləri müstəqil həll etməyə başlayıblar.

 Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib onlar fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir: “PrezidentinAzərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqındafərmanına müvafiq olaraq mülkiyyət formasından tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən Nazirlər Kabineti tərəfindənAli orta ixtisas təhsili müəssisələrinin attestasiyası akkreditasiyası haqqında əsasnamətəsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılıb. Bundan əlavə, 1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlanılıb. Hazırda bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir.

 Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedoqoji metodik ustalığa malik olan müəllim kadrların hazırlığı daim diqqət mərkəzindədir. Bu işin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Belə ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanıb, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb. Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsindəMüəlllim hazırlığıalt komponenti üzrəAzərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil müəllim hazırlığının konsepsiya strategiyası, ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlayıb həmin sənədlər təsdiq olunub. Eyni zamanda, “Təhsilin əsaslarıfənninin dərsliyi tərtib edilib. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqinə başlanılıb.

 Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulub bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturutəsdiq edilib müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamətəsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir. Bundan əlavə, xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin qərarı iləXarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarına uyğun olaraq Təhsil Nazirliyində Daimi Komissiya sektor yaradılıb”.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.