525.Az

Oralarda kimlər var: Cavad Zeynal-4

[09.12.12]
Oralarda kimlər var:<b style="color:red"> Cavad Zeynal-4</b>

Yazar,dramaturq alim Aslan Qəhrəmanlı şair Cavad ZeynalınAXŞAM QƏRİBLİYİkitabına  yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyiadlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifinşair nasir Cavad ZeynalınYazıçınəşriyyatında işlədiyi vaxtlar, bir şair Qabilin eyni adlı şeiri düşür:

Gedirsən, deyirsən öz-özünə sən:

Bu səbəbsiz olan qüssəni unut!

Lakin heç qoyarmı qəlbin ola şən

Axşam qəribliyi, bir ki, sükut?!”

...Cavad Zeynalın son zamanlar məhsuldar işləməsi bəzilərini təəccübləndirsə , mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi həddindən artıq mürəkkəb məsələdir. Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar da. Cavad Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan şeirlərinin, hekayələrinin çox böyük hissəsini oxumuşam bəzən fikirlərimi müəllifə bildirmişəm. Nəhayət, haqqında danışdığım kitabın əlyazmasını (yəni kompüterdə yığılmış variantını) görəndə tənqidi qeydlərimi söyləməyi xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə başlamış Cavad Zeynal sonradan nəsrə keçsə , çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir, tez inciyəndir bir az da... bədbindir.Bilmirəm Cavad özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan heç soruşmamışam. Çünki onun cavabı olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”. 

Kitabınıza yazar- dramaturq, alim Aslan Qəhrəmanlı  ön söz yazıb. Mən ön sözlərdən hayıl-mayıl olan adam deyiləm, xüsusilə indiki zamanda. Hardan olub bu yaradıcı ilə yaxınlıq, kimi münasibətləriniz var? Hər halda Aslan müəllim elə şəxsiyyətdir ki,bu ad da oxucuda bir maraq doğurur məncə.

Aslan Qəhrəmanlını 70-ci illərdən tanıyıram. Demək olar ki, həmyaşıdıq o da altmışıncılardandı. İşlədiyimYazıçınəşriyyatına tez-tez gələrdi. Heç vaxt onu qonaq saymazdıq. Redaksiyada elə qaynayıb-qarışmışdı ki, elə bil bizlərdən biriydi. Ədəbi mübahisələrə qoşular, bu ya digər əsər haqqında obyektiv fikrini bildirərdi. Şux da zarafatımız vardı. Tez-tez bir-birimizə sataşardıq heç vaxt da cırnamazdıq.Gözəl nəsri var Aslanın. Hekayələri povestləri ədəbi mühitdə diqqət çəkirdi. Onun riyaziyyatçı olmağına şübhə ilə yanaşırdım. Elə bilirdim ətrafımdakılarla birləşib məni inandırmağa çalışırlar. Sən demə, bu həqiqətmiş.Sonra onun dərin lirizmə malik povesti əsasında məşhurSəni axtarıramadlı teleserial çəkildi. Bu, Aslan Qəhrəmanlının birdən-birə məşhurlaşmasına səbəb oldu biz bundan sevindik. Ancaq Aslan bu məşhurlaşmadan sonra da elə əvvəlki Aslanlığında qaldı. Bir damcı özünü dartdı (bəziləri kimi), seçildi. Yenə həmin doğmalıq, həmin münasibət, həmin lağlağı qüvvəsində qaldı.”525-ci qəzet silsilə şeirlərim, hekayələrim çıxanda zəng vurub fikrini bildirirdi. Demək olar ki, şeirlərin hər biri haqqında sözünü deyirdi. Şeirləri elə gözəl təhlil edirdi, elə açırdı ki, onun şeiri bu dərəcədə həssaslıqla duyması mənə ləzzət eləyirdi. Hətta çapda özünü göstərmiş xırda texniki qüsurları belə diqqətimə çatdırırdı.”Sərçə toyuhekayəmi (qəzetdəKədərə bələnmiş fərəhadıyla getmişdi) tərifləyəndən sonra sonluğa cüzi bir dəyişiklik etməyimi məsləhət gördü. Dedi ki, Şahbaz kişi (oğlu şəhid olmuş ata)  ölmüş sərçə balasını uzağa atmasın (arvadının onu görüb sarsılacağından), onu aparıb bir qıraqda xəzələ, yarpağa büküb qoysun. Belədə oğul itirmiş atanın xarakterinə daha uyğun olar. Ağlıma batdı mən bu dəyişikliyi etdim. Həmkarlarımın deməsinə görə hekayə bundan daha da qazanıbdı.Kitabıma ön söz yazmağına gəlincə, məsələ belə oldu: mən kitabımı kompyuterdə yığdırıb göndərdim ona ki, bəs köhnə dost, sən güzəştə gedən deyilsən, bax gör bunlardan kitab olar, ya yox. On-on iki gündən sonra mənə zəng vurub şeirləri, hekayələri xeyli təriflədi. Povestlər haqqında da xoş sözlər dedi. Mətbəədən bu arada zəng vurub kitabı üç səhifə artırmağımı tapşırmışdılar ki, səhifələr qoşa çıxsın. Mən hansı hekayəni əlavə etdimsə, səhifə düz çıxmadı. Aslana dedim bəs belə-belə, o dediklərini yaz bir yerə, göndər mənə. Dedi neynirsən dediklərimi, dedim kitabda ön söz əvəzi verəcəm. O da yazıb göndərdi. Sağ olsun, gerçəkdən gördüm ki, dedikləri ürək sözüymüş. Ön söz, bax belə yazıldı.

Ədəbiyyatdan iddianız idi oldu?

Ədəbiyyatdan iddiam orta məktəb illərində olub. 8-ci sinifdən şeirlərim yerli rayon qəzetiArazda tez-tez çıxırdı. Qohum-əqrəba, müəllimlərim çox sevinirdilər. Rayon məktəbliləri gənclər arasında seçilirdim. Küçə ilə gedəndə bəzən yaşlılar da dönüb mənə baxırdı. Onda yerə-göyə sığmırdım.Elə ki, universitetə sənəd verdim elə ilk imtahandanca kəsildim (o vaxtlar yazıda çoxlu orfoqrafik səhvlər buraxırdım), şaxım sındı iddiam da çəkildi. Sonralar ürəyimdəki arzum məqsədim uğrunda çalışdım. Daha elə bir iddiam olmadı. Sadəcə yazdım, pozdum işlədim.



Nələr üçün darıxırsınız?

Kəndimiz üçün, rayonumuz üçün. Şuşa, Laçın, Kəlbəcər yaylaqları üçün burnumun ucu göynəyir. Qarabağın havasından, sularından, yaylaqlarından heç harda olmaz. Bir ki, ata-anamın, qardaşımın qəbirləri üçün darıxıram. Bərk nigaranam. Deyirəm birdən dağıdılmış olar, ölüb-eləyərəm, onları düzəldən olmaz. İndiki cavanlara o qədər bel bağlamıram.

– “Etirafşeirinizdə bir misra var: “BU ÖMRÜ ƏZƏLDƏN DÜZ QURMADIM MƏN”. Bunun açıqlaması , yoxsa elə-belə şeir olaraq yazmısız?

Yox, sıradan deyil. Lap belə içimdən gəlib. Həyatıma gələnlər, şeirdə dediyim kimi, getməyi heç umamayıblar da. Qalıb ömrümü-günümü, qazandıqlarımı talamaqla məşğul olublar. Axırda da məni borclu çıxarıblar. Həmin şeir o irmaqlardan, həyatımdan süzülüb gəlibdi.

Belə hesab etmək olarmı ki, şeirdəki doyumsuzluq sizi nəsrə müraciət etməyə məcbur edib, yoxsa başqa bir nədən var?

    Nəsrə keçməyim şeirdəki doyumsuzluqdan yaranmadı. Şeirin predmeti başqa, nəsrinki başqa. Bir nəsr əsərinin qayəsini bəzən şeirdə bir beytdə vermək olar. Ancaq bir beytin yaratdığı təfərrüat hara, nəsrdəki epikanın təfərrüatı hara. Misal üçün, yenə Hüseyn Arifdən belə bir beyt alaq:

   

Ağactək böyümək istəyənləri

Payatək torpağa basdırmaq olmaz.

   

Bu, bir hikmətdir. Bu hikməti yalnız aqillər, dünyagörmüşlər duyur təsdiqləyir. Hər oxucu bunun genişliyini, dərinliyini qavramır, axı. Onların qavraması üçün gərək uzun bir yol gələsən. Yəni, tutalım, istedadlı bir gənci kim, yaxud da kimlərsə istismar edir, onu öz mənafeləri üçün aidiyyatı olmayan gündəlik fiziki işlərdə işlədir. Ancaq bu gənc çox istedadlıdır onun istedadına qapı açılsa o, elmə yeniliklər gətirər bəlkə dünyada tanınar. Ancaq onu sıxırlar, əzirlər, məcburi əməyə sövq edirlər. Bax, burada o gəncin iztirabları başlanır. Yəni o gənc bilir ki, onda istedad var, bu məhrumiyyətlər üçün doğulmayıb. Onun sarsıntıları, düşdüyü mühitdən silkinib çıxmaq istəyi, mübarizəsi, sevgisi, nifrəti, ətrafı... bütün bunlar nəsrin malıdı həmin nəsr əsərinintutalım povestin, romanın sonundakı özünü təsdiqi şairin aşıladığı o hikməti doğurur. Piyada oxucular yalnız bu qədər təsvirlərdən sonra o qənaətə gəlirlər.

Mənim nəsrə keçməyimin səbəbi , bax, o piyadalar oldu. Ətrafımda o qədər idilər ki... O qədər oyunlardan çıxırdılar ki, qalırdı bircə qollarından tutub ədəbiyyata gətirmək.

Şayət bilsəydiniz ki, bu dünya şairlərdən həzərdir, o zaman yenədəmi şeir yazardınız? Bəlkə sizin üçün yaşamaq vasitəsi olub şeir?

Şairlər kimlərdi? Allahın seçib göndərdiyi adamlar! Allah təkcə mələkləri seçmir ha. Bəndələri seçir . Şairlik hər adama verilmir ki! Allah şairləri yer üzünə səpib ki, haqqı desinlər. Şairlər Allahın buyurduqlarını qoruyandılar. Əsərlər nəyə xidmət edir? Haqqa! Hər adam şeir yaza bilmir ki! O ilham pərisi ki, var ha, o qdasını aldığım, o misraları şairə pıçıldamasa şair şeir yaza bilər? Ruhu coşa bilər? İrmaqlar sellənə bilər? Əsla!Qaldı dünyanın şairlərdən əlhəzər etməyinə, bu, keçəri şeydi. Şair dünyanın dərdindən, dünyadakıların qayğılarından yazır . Onların hisslərini, duyğularını ifadə edir . Ayrı yazır? Sadəcə öz süzgəcindən keçirir. Ümumiləşdirir, poetikləşdirir dillər əzbərinə çevirir. Əks halda adamlar gərək hissiz-duyğusuz ola. Hissiz, duyğusuz da yaşamaq olar? Onda olarıq robot. Tarixə nəzər sal. Şairi daş-qalaq edənlər, dərisini soyanlar olmayıbmı? Hanı o əlidaşlılar, əli bıçaqlılar? Onlardan biri qalmayıb. Amma o daş-qalaq edilənlər, dərisi soyulanlar yaşayır. Əlhəzər edənlər o daş atanların törəmələridi. Şeir sözdən yaranır. Özü göydən gəlir, axı. Ölər o heç? İnanmıram buna.Sualın ikinci hissəsinə gəlincə, deyim ki, şeirə, hekayəyə heç vaxt qazanc mənbəyi kimi baxmamışam. İşləmişəm, dolanmışam. Qonorar mənim üçün yardımçı vasitə olub. Yazanda yalnız bir sual düşündürüb məni: oxucuya verirəm? Vəssalam. İndiki kitabımı satışa da verməmişəm. Eləcə həmkarlarıma, bir sözə qiymət verənlərə paylayıram.

Sizinlə sorğu aparan hər bir jurnalistdən eşitmək istədiyiniz, ancaq bu günə qədər sizə verilməyən bir sual seçin cavablandırın.

Redaktorluq gündüzünüz, yazıçılıq gecəniz olub. Hansına üstünlük vermisiniz?

Məncə, redaktorluğum yazıçılığımdan öndə olub həmişə.

17.10.2012

abdin[email protected]mail.ru
tofigabdin.com


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.