525.Az

“Plüralizm, fikir və söz azadlığı baxımından çap mediası nə qədər inkişaf etsə də... - Sabir Məmmədli:

...MƏTBUATIMIZIN İQTİSADİ PROBLEMLƏRİ HƏLƏ DƏ TAM ÇÖZÜLMƏYİB”


[09.12.12]
 “Plüralizm, fikir və söz azadlığı baxımından çap mediası nə qədər inkişaf etsə də...<b style="color:red"> - Sabir Məmmədli:</b>

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Sabir Məmmədli ilə söhbətimizdə onun müasir mətbuatımızın durumu, fikir söz azadlığı, medianın müxtəlif sahələrilə bağlı fikirlərini öyrəndik.

Sabir müəllim, Azərbaycanda çap elektron medianın mətbuatında fikir, söz azadlığını necə qiymətləndirirsiniz?

Bütün sanballı tədqiqatların müəllifləri həmişə xüsusi olaraq vurğulayırlar ki, hər bir ölkənin, cəmiyyətin mediası həmin cəmiyyətin bütün naxışlarını, bütün çalarlarını özündə əks etdirir-istər siyasi, istərsə iqtisadi cəhətdən. Cəmiyyətdə hansı vəziyyət mövcuddursa, o özünü mətbuatda göstərir. Mətbuatın öz strukturunu, meyarlarını, fəaliyyət prinsiplərini sırf cəmiyyət müəyyənləşdirir. Mediamız, əlbəttə ki, birrəngli deyil ola da bilməz. Cəmiyyətimizdə olan çoxrənglilik, bəzən ziddiyyətlər bu gün mediamızda da özünü göstərir. Çap mediası Azərbaycanda kifayət qədər yaxşı inkişaf edib. Fakt faktlığında qalır ki, bu gün qəzetlərdə istənilən fikri söyləmək olur, bunun üçün Azərbaycanda tribuna tapmaq mümkündür. Çap mətbuatında kifayət qədər sərbəstlik var. Amma fikrimcə, elektron informasiya mənbələrində müəyyən qədər məhdudluq diqqəti çəkir.

Sizin fikrinizcə, hazırda Azərbaycan mətbuatı dördüncü hakimiyyət statusunu saxlayırmı?

Çap mətbuatında, məncə, bu status özünü saxlayır. Bugünkü Azərbaycan reallığında qəzetlərdə istənilən fikri söyləmək olur. Bir qəzetdə olmasa da, başqa qəzetdə öz fikrini çatdıra bilərsən, bu da olmasa, özün qəzet aça bilərsən. Buna heç bir məhdudiyyət qoyulmur.  Amma onu da qeyd edək ki, plüralizm, fikir, söz azadlığı baxımından çap mediası qədər inkişaf etsə , iqtisadi problemləri hələ tam çözülməmiş qalmaqdadır. Azərbaycan kiçik ölkədir, reklam bazarı məhduddur. Əgər reklam bazarı inkişaf etsə, print mətbuatı iqtisadi asılılıqdan qurtarsa, hesab edirəm ki, çap mətbuatımızın problemləri həll olunar. Tam müstəqil qəzetlər formalaşar.

Qəzetlərin tam olaraq sıradan çıxacağı ilə bağlı fikirlər səslənir. Bu fikirləri dərəcədə doğru hesab edirsiniz?

Statistika göstərir ki, inkişaf etmiş ölkələrdə son onillikdə qəzet sferasında azalma müşahidə olunur. Bu, əsasən özünü informasiya cəmiyyətlərində göstərir. Bu gün Avropa ölkələrində, ABŞ-da qəzetlərin sayı çox azalıb. Amma bütövlükdə qəzetlərin səhnədən getməsinə, sıradan çıxmasına inanmıram, ola bilsin ki, bütün qəzetlərin internet versiyası yaranacaq, onlayn qəzetlər artacaq, amma kağız qəzetlər tamamilə yox olmaycaaq. Çünki çap məhsulunun aurası tamam başqadır. Orada çap olunmuş yazıya dəfələrlə baxmaq olar, yadigar saxlamaq olar, kiməsə vermək olar. Bu baxımdan qəzet çox praktikdir klassik variantdır. Kağız məhsulunun özünəməxsus aurasına görə inanmıram ki, qəzetlərdən tam imtina etsinlər. XIX əsrdə RusiyadaSətiraltı fəlsəfəadlı kitab buraxılmışdı. Kitabın üz qabığında adı var idi, amma içərisi tam boş idi. Yəni vərəqlər idi, vəssalam. Bununla bərabər bütün tiraj satılmışdı. İkinci dəfə yenə kitabın bütün tirajları satılmışdı. Hollandiyada bir qəzet bu  eksperimentdən istifadə eləmişdi. Qəzetdə xəbərlərin başlığı var idi, amma xəbərlər verilməmişdi. Amma buna baxmayaraq, bütün tiraj satılmışdı. Psixoloqlar fikirləşdilər ki, insanlar əgər informasiya istəyirlərsə, niyə boş qəzeti alırlar? Bu qənaətə gəlmişdilər ki, bu təkcə qəzet almaq vərdişi ilə bağlı deyil, isə bunun arxasında gizli bir psixoloji səbəb, kağız məhsula olan istək dayanır. Praktiklik baxımından qəzet mövcudluğunu itirməyəcək. Əslində yeni nələrsə meydana gələndə, həmişə ənənəvi mövcud olanı itirməklə bağlı bir qorxu yaranır. Amma bu qorxu əbəsdir. Bir vaxtlar kino yarananda teatrın sıradan çıxacağını deyirdilər. Televizor meydana gələndə kino teatrın öləcəyini proqnozlaşdırırdılar. İndi onlayn jurnalistikanın inkişafı təbii olaraq qəzetlərin, çap mətbuatının ləğv olunması qorxusunu yaradır, amma fikrimcə, əbəs yerə ehtiyatlanırlar. Müəyyən qədər transformasiya gedə bilər, amma əminliklə deyirəm, qəzetlər tam sıradan çıxmayacaq.

Ənənəvi çap mətbuatından danışdınız. Bu gün inkişaf etməkdə olan onlayn media, sosial media  ilə bağlı kimi fikirləriniz var?

Paradoksal səslənsə , subyektiv fikrimdir, deyirəm ki, informasiya sahəsində istənilən yeniliyi müsbət mənada istifadə etmək olar etməliyik. Bəzən sosial medianın mənfi məqsədlər üçün istifadəsini ön plana çəkmək cəhdləri olur, yəni bundan  qaçmaq da çox çətindir. Bu gün onlayn media çox inkişaf edib. O dərəcədə inkişaf edib ki, onun üzərində hansısa nəzarəti həyata keçirmək çətinləşib. Bu texnoloji baxımından da çətindir. Düzdür, onlayn mediaya filtrasiya qoymaq, bir sıra KİV-ləri nəzarətə götürmək olar. Bu, bütün dünya praktikasında mövcuddur, Azərbaycanda isə onlayn mediaya aktiv müdaxilə yoxdur. Amma gəlin böyük dövlətlərdən olan Rusiyaya baxaq. Orada internet mediasına əməlli-başlı nəzarət, hətta müdaxilə var. Rusiyada bugünə qədər  370-dən artıq sayt bağlanıb. Bu yaxınlarda orada bir qanun qəbul olundu. Həmin qanuna görə terroristlərin, dini, etnik fanatiklərin, ekstremistlərin istifadəsini əsas gətirərək saytları bağlayıblar. Rusiya cəmiyyəti buna qarşı böyük bir təpki göstərdi. Ancaq heç bir faydası olmadı. Bu, söz azadlığına birbaşa müdaxilədir. Azərbaycanda isə internet mediaya sadəcə müşahidə mövqeyi var. Bu sahədə söz fəaliyyət azadlığı var. Avropanın bununla bağlı bir sıra konvensiyalarına qoşulmuşuq buna uyğun olaraq addımlar atılır. Bundan başqa Azərbaycan cəmiyyətində Rusiyadan fərqli olaraq güclü ekstremizm, radikalizm ünsürləri yoxdur. Bu gün bizim mətbuatımızda söz ifadə azadlığı sahəsində böyük irəliləyişlər var. İstər ötən illərdə senzuranın ləğvi, istər mətbuat orqanının qeydiyyat məsələlərinin sadələşdirilməsi, istər medianın müəyyən iqtisadi sərbəstliyi bunun sübutudur. Bu kimi amillər artıq həm qanunvericilikdə, həm reallıqda öz əksini tapıb. Mənə elə gəlir ki, bu sahədə yalnız irəliyə addımlar atılmalıdır atılır. Son dövrlərdə tez-tez gündəmə gələnDiffamasiya haqqındaqanunun müzakirəsini bu mütərəqqi addımlardan hesab edirəm. Fikrimcə, gec-tez bu qanun qəbul olunacaq. bundan bizim mətbuatımız yalnız qazana bilər, itirməz. Düzdür, bu qanunla bağlı bəzi paradoksal məqamlar mövcuddur, amma inanıram ki, gələcəkdə bəzi anlaşılmaz nüanslar aradan qaldırılacaq, qanun da qəbul olunacaq. Bu, mətbuatımızın daha da inkişafı üçün zəmin yaradacaq. Demokratik cəmiyyətin inkişafı üçün bu addımların atılması zəruridir.

 Bəzən bununla bağlı narahatlıq keçirirlər ki, “Diffamasiya haqqında qanunun qəbulu jurnalistlərin daha çox böhtan-təhqir kampaniyasına rəvac verəcək, yəni mətbuat bundan sui-istifadə edəcək. Bu fikrə münasibətiniz necədir?Bununla bağlı narahatlıq keçirirlər ki, bu qanunun qəbulu jurnalistlərin daha çox böhtan-təhqir kampaniyasına rəvac verəcək, yəni mətbuat bundan sui-istifadə edəcək. Bu fikrə münasibətiniz?

Çəkinmələr, şübhələr həmişə olub olacaq. Senzura götürülməmişdən əvvəl narahatlıqlar var idi. Mətbuatda bir özbaşınalığın yaranacağından ehtiyatlanırdılar. Fikirləşirdilər ki, , nələr olacaq, bunun qarşısını kim alacaq? Sonra proses inkişaf etdikcə gördük ki, heç bir hərc-mərclik baş vermir, hər şey öz yoluyla gedir.  KİV haqqında qanun yeniləşəndə bəziləri bunu dünyanın dağılacağı kimi səciyyələndirirlər. Amma mənfi gözləntilər əlbəttə ki, özünü doğrultmadı. Bu cür mütərəqqi qanunlar qəbul olunduqca cəmiyyət , mətbuat da buna adaptasiya etdi, öyrəşdi. 2005-ci ildə Azərbaycandaİnformasiya azadlığı haqqındaçox gözəl, Avropa dəyərlərinə tam uyğun bir qanun qəbul olunub. “Diffamasiya haqqında qanunun qəbulu indi narahatlıqlar doğursa da, bütün mütərəqqi qanunlar kimi cəmiyyət mətbuatımız buna adaptasiya edəcək, özü-özünü tənzimləyəcək.

Bu qanunun qəbulu sizcə, Azərbaycan cəmiyyətinə mətbuatına verəcək?

Diffamasiya problemi xarici ölkələrdə kifayət qədər qarışıq problemdir. Amma bu getdikcə sistemləşir, nizama düşür. Bu qanunda da əlbəttə çatışmazlıqlar var, amma hansısa çatışmazlığa görə bunun müsbət tərəflərindən imtina etməməliyik axı. Mətbuatımızın daha da inkişaf etməsini istəyiriksə, bu qanunun qəbuluna nail olmalıyıq. Jurnalistlərimiz öz peşəkarlığını artıraraq buna uyğunlaşacaqlar. Cəmiyyət necə ki, senzurasız mətbuata uyğunlaşdı, buna da adaptasiya olunacaq. Bu gün hamının bu qanunla bağlı ehtiyatlandığı qarayaxma, böhtan da aradan qalxacaq. Sivil dünya bu yolu keçib, onun bir tərkib hissəsi olaraq biz bunu eləməliyik.

Medianın müxtəlif sahələrindən söz açdınız. Şəxsən siz  informasiyanı hansı mənbədən alırsınız?

Mən daha çox informasiyanı operativliyinə görə internet mediadan alıram. Hansısa köşkə gedincə, tez kompüterin qarşısına keçib informasiyanı alırsan. Müasir dövrdə artıq insanın qidaya, ərzaq məhsulların ehtiyacı olduğu kimi informasiyaya da tələbatı artıb, böyük ehtiyac var. Bu gün az qala internetdən asılı olmuşuq. Biz buradan infarmativ cəhətdənqidalanırıq”.

Sizcə, həddindən artıqqidalanmırıqmı”? Bu bolluq bizdəinformasiya piylənməsiyaratmırmı?

Əslində doğru deyimdir. Avropa ölkələrində belə bir sorğu keçiriblər ki, internet sizin həyatınıza necə təsir edir? Respondentlərin 40 faizdən artığıbu qədər informasiya basqısına görə gələcəyimizdən çəkinirik”-cavabını verib. Digər faizi isə özünü internetsiz təsəvvür belə eləmir, müsbət imkanlarından istifadə edirlər. Yəni burada məsələ birmənalı deyil. Fikirlər müxtəlifdir. Amma əlbəttə ki, hədsiz olan hər bir şey ziyandır. İnternetdən lazımınca istifadə eləmək daha məqsədəuyğundur.

Nəzəriyyəçi jurnalist kimi cəmiyyətimiz üçün yeni olaninformasiya cəmiyyətianlayışının daha geniş izahını  verməyinizi istərdik. Nədir informasiya cəmiyyəti? Biz buna hazırıqmı? Bununla bağlı KİV-lərin üzərinə hansı vəzifələr düşür?

Hansısa bir prosesə gec qoşulanda narahat olur, geri qaldığımızı düşünürük. Amma hər şeyin bir zamanı var. 1769-cu ildə İsveçdə ilk dəfə olaraq mətbuat azadlığı haqqında qanun qəbul olunub. Azərbaycanda həmin dövrdə hələ xanlıqlar formalaşırdı. Amma informasiya cəmiyyəti anlayışına gəldikdə burala məsələ bir qədər başqadır. Demək olar ki, biz Avropa ölkələri ilə eyni vaxtda bu prosesə qoşulmuşuq.

Dünya Birliyi informasiya cəmiyyətinin təşəkkülü ilə bağlı böyük işlər görüb. Avropa ittifaqı informasiya cəmiyyətinə keçid üçün plan hazırlamışdı. ABŞ da informasiya supermagistralı planını ortaya qoymuşdu. Cənubi Koreya da həmçinin. Planlar fərqli idi, hansına üstünlük veriləcəyi mübahisəli idi. Aparıcı informasiya sahəsində zəngin olan dövlətlər bu qənaətə gəlmişdilər ki, hər biri bu sahədə irəli getsin. Azərbaycan da təbii olaraq bu sahədə olan texnoloji yeniliklərə qoşulub. 2003- ildə Tunisdə, sonra Cenevrədə dünyada qlobal informasiya cəmiyyətinin yaradılması ilə bağlı toplantılarda dövlət səviyyəsində iştirak etmişik. Yəni bu proseslərə qoşulmuşuq. Amma hələ bu bizdə tam təşəkkül tapmayıb. İnformasiya cəmiyyətinin tam düsturu hələ mövcud deyil. Fərqli baxışlar var. Amma bununla belə, bir sıra ümumi xüsusiyyətlər var. Necə ki, aqrar cəmiyyətlərdə toplumu dolandırmaq, ərzaqla təmin etmək üçün lazımi məhsullar istehsal olunurdu, sonra sənaye cəmiyyəti gəldi, burada əhalinin 80-90 faizi sənaye sferasında-fabrik zavodlarda işləməyə başladı. Əhalinin yerdə qalan 10 faizi ərzaq istehsalı üçün yetərli oldu. Yəni toplumunu böyük bir hissəsi sənaye müəsissələrində təmsil olunurdu. Postsənaye cəmiyyətindəyəni inkişaf etmiş sənaye cəmiyyətinin son mərhələsində daha çox elmlə sənayenin sintezi, vəhdəti üstünlük təşkil etməyə başladı. Burada da elmlə istehsalatın birləşməsi prosesi gedirdi. Elmi-tədqiqat institutları yarandı, avtomatlaşdırma sistemi inkişaf etdi sair. Bu cəmiyyətdə artıq sənayedə işləyənlərin sayı da xeyli azaldı. Yuxarıda sadaladıqlarımdan fərqli olaraq informasiya cəmiyyətlərində sonuncunun təbii davamı olaraq əhalinin 60-70 faizi informasiyanın istehsalı, yayımı, informasiya texnologiyalarının, avadanlıqlarının istehsalı, satışı sahəsində təmərküzləşir. Bu gün Estoniya kimi kiçik bir dövlətdə xeyli sayda markada texnoloji avadanlıqlar istehsal edilir. Amma təəssüf ki, hazırda Azərbaycanda elm tutumlu istehsal sahəsində vəziyyət ürəkaçan deyil. Amma bunun üçün əslində geniş bazamız var. Yaxşı olardı ki, gələcəkdə bu sahənin inkişaf üçün dövlət səviyyəsində işlər həyata keçirilsin. Hazırda bizdə bu sahədə idxal var. Yəni hazır hissələr, plato xarici ölkələrdə gəlir, bizdə isə yığılır. Yaxşı olardı ki, mövcud bazadan istifadə edərək hissələrin istehsalı ilə məşğul olaq. Düşünürəm ki, müəyyən sayda alimi bununla bağlı xarici ölkələrə kurslara göndərmək, sonra onların potensialından ölkəmizdə istifadə etmək olar. Kifayət qədər biliyə malik alimlərimiz mövcuddur, sadəcə təkmilləşmə işi aparmaq lazımdır. Cəmiyyətin intellektual potensialını aşkara çıxarmaq, inkişaf etdirmək vacibdir. İnformasiya cəmiyyəti üçündüşünən beyinlərgərəkdir. Buna görə elmtutumlu istehsalata üstünlük vermək lazımdır. Çünki elmtutumlu sahə həm gəlirli, həm perspektivli, həm az əziyyətlidir. İnformasiya cəmiyyətinin inkişafı üçün bu, labüddür.


  Sizin tədqiqat sahəniz daha çox xarici ölkələrin jurnalistikası ilə bağlıdır. Bu rakursdan baxdıqda Azərbaycan mətbuatını, xüsusən çap sahəsini başqa ölkələrin mediasından fərqləndirən cəhətlər hansılardır?

Əvvəlcə onu qeyd edim ki, bizim mətbuatımızı xarici mətbuatdan fərqləndirən xeyli nüanslar var. Xarici qəzetlərin həcmi böyükdür, səhifələri çoxdur, mövzu bolluğu var, əksəriyyətində siyasiləşmə demək olar ki, yoxdur, neytrallıq üstünlük təşkil edir. Qəzetlərin həcmi məsələsi ilə bağlı bir amili qeyd etməliyəm. Bəzi mütəxəssislər elə hesab edir ki, bizim qəzetlər çox siyasiləşib. Amma zənnimcə, bu məhz həcmlə bağlı məsələdir. Belə ki, ABŞ Avropada qəzetlərin səhifələrinin sayı o qədər çoxdur ki, cəmiyyətin bütün sferalarına aid xəbərlər orada işıqlandırılır. Bizdə isə qəzetlərin həcmi kiçik olduğundan siyasi xəbərlər daha çox gözə çarpır çap mətbuatımız siyasiləşmiş təsiri bağışlayır.  Bu həm cəmiyyətin tələbatı ilə bağlıdır. Bunu mənfi hal kimi qiymətləndirmirəm. Bəzi ekspertlər mətbuatın siyasiləşməsindən çəkinirlər. Burada narahatlığa əsas görmürəm. Dünyanın inkişaf etmiş ölkələrindən olan İsveç mətbuatı müasir dövrdə ən siyasiləşmiş mətbuat hesab olunur. Amma onu da qeyd edək ki, İsveç cəmiyyəti bu gün dünyada ən yaxşı yaşayan cəmiyyətdir. Deməli, bu amil siyasiləşməyə maneçilik törəmir. Mətbuatda siyasiləşməni normal qəbul etmək lazımdır. Bizim mətbuatımızn ən böyük üstünlüyü jurnalistika sahəsində çalışanların daha fəal, aktiv, enerjili olması olmasıdır. Bizim jurnalistlərimiz inkişafa meyllidirlər, cəmiyyəti irəli aparmağa maraqlıdırlar. Jurnalistlərimizin, xüsusən gənc nəslin timsalında cəmiyyətin inkişaf potensialını görürəm.

Sizcə, bu gün mətbuatımız  hansısa xarici mətbuatın təsirinə məruz qalırmı?

Əgər televiziyalara diqqət yetirsək, onların böyük hissəsi məncə, Rusiya telekanallarının surətidir, bəzən uğursuz surəti. Türkiyə mediasının təsiri elektron mediada hiss edilir. Çap mətbuatında isə hansısa təsiri görmək, açığı, bir qədər çətindir. Bir az hardasa, dizayn baxımından qəzetlərimiz Rusiya mətbuatını xatırladır. Amma çox cüzi şəkildə.  Bizim qəzetlərimiz dizayn, eləcə xarakter baxımından Türkiyə, eləcə Avropa ölkələrinin, lap elə Orta Asiya mətbuatından da kəskin fərqlənir. Məsələn, Orta Asiya respublikalarının mətbuat orqanlarına  diqqət yetirirəm, onları müqayisə eləmək çox asandır. Elə bil Orta Asiya mediasında hələ sovetlər dövrü davam edir. Özbək, türkmən digər bu kimi ölkələrin qəzetləri çox oxşardır, sanki bir-birinin eynidirhəm dizayn, həm tematika baxımından.  Hətta materialların təqdim olunması da standartdır. Elə bil hamısı bir qəlibdən çıxıb. Bizim mətbuatımız onlarla müqayisəedilməz dərəcədə inkişaf edib.  Bizdə həm neytral, həm müstəqil, həm siyasiləşmiş qəzetlər var. Mövzu təqdimetmə rəngarəngliyi mövcuddur. Bizim mətbuatımızın  iqtisadi vəziyyəti stabilləşər, bütün problemləri aradan qalxar. Qəzetlərimizin iqtisadi bazası güclənsə, mətbuatımızda daha sürətli inkişaf olar. 

Mətbuatımızın inkişafı üçün dövlət bir sıra işlər görür. Medianın inkişafı üçün daha hansı addımların atılması zəruridir?

Fikrimcə, ilk növbədə jurnalist kadrların hazırlanmasında Azərbaycan cəmiyyətinin tələbatına uyğunlaşdırılan sistem tətbiq olunmalıdır. Bu gün jurnalistikaya kənardan kifayət qədər müdaxilələr var. Təhsilsiz şəxslərin jurnalistikada fəaliyyət göstərməsi kimi faktları nəzərdə tuturam. İntellektual baza, bilik bəziləri qəbul etsə , etməsə auditoriya ilə başlanır, təcrübə ilə davam edir. Bu günlərdə magistrlər arasında bir sorğu keçirdim. Jurnalistika üzrə magistr olmaq istəyənlərəjurnalistikaya aid neçə kitab oxumusunuz?” sualı ilə müraciət etdim. Tələbələr 4-5 kitabın adını yazmışdılar, əksəriyyəti kənarda qeyd etmişdilər ki, kitabların adını bilirlər, ancaq özünü oxumayıblar. Bu faktın özü jurnalistika sahəsində təsadüfi şəxslərin çox olduğunu göstərir. Fikrimcə, jurnalistikaya qətiyyən aidiyyəti olmayan şəxslərin mətbuatda fəaliyyəti dövlət tərəfindən məhdudlaşdırılmalıdır. Bu proses hansısa şəkildə nizamlanmalıdır. Bununla bağlı ilk mütərəqqi addım atılıb. Parlamentdə ali təhsili olmayanların qəzet redaktoru olmasını əngəlləyən qanunun qəbulunu nəzərdə tuturam. Bu addımların atılması əlbəttə ki, fikir söz azadlığının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Sadəcə, jurnalistikada pərakəndəlik, xaos yaratmaq istəyənlərin özbaşına fəaliyyətinə son verilməlidir. Bu cür lazımlı işlər həyata keçirildikcə, mətbuatımızda irəliləyişlər olacaq. Biz sadəcə istəyirik ki, hər hansı redaksiyanın kollektivinin heç olmasa yarıdan çoxu jurnalist diplomlu peşəkarlar olsun. Qalan faizi isə istedadı olan, digər ixtisasların sahibləri bölüşsün. İstisna etmirəm ki, digər ixtisas sahibləri- həkim, mühəndis, filoloq, tarixçilərin arasından istedadlı jurnalistlər yetişə bilər. Amma bütün hallarda peşəkarlıq ab-havasını jurnalist diplomu olan professionallar formalaşdırır. Bu faiz mətbuatımızda çoxluq təşkil elədikcə, jurnalistikamızın xeyrinə olacaq. Ümid edirəm ki, dövlətimiz, parlamentimiz bununla bağlı gələcəkdə yeni-yeni mütərəqqi addımlar atacaq.

Jurnalist hazırlığından söz açdınız. Nüfuzlu bir ali məktəbin pedoqoqu kimi jurnalist hazırlığından, gələcəyin jurnalistlərindən razısınızmı?

Tələbələrimiz kifayət qədər enerjili, aktivdirlər. Amma mütaliə etməyə hamısı meyilli deyil. Yəqin bu da ondan irəli gəlir ki, diplomları olsa da, olmasa da jurnalist işləyə biləcəklərini düşünürlər. Bu gün jurnalistikada təsadüfi şəxslərin mövcud olması birbaşa auditoriyadakı əhval-ruhiyyəyə təsir göstərir, tələbələrdə oxumağa marağı öldürür. Auditoriyanın özündə jurnalistikaya təsadüfən qəbul olunanlar az deyil. Bəziləri kortəbii olaraq bu ixtisası seçiblər, bəzilərinin balı hüquqşünaslığa digər ixtisaslara çatmayıb, jurnalistikaya qəbul olunublar sair. Günahın bir hissəsi pedaqoqların üzərinə düşür. Bu gün ali məktəblərdə müəllimlərin bir hissəsinin yeniləşməyə ehtiyacı var. Pedaqoq da zamanın tələbinə cavab verməlidir. Tələbə-müəllim ünsiyyətindən başlamış, yeni informasiya axtarışı, onun təqdimatına kimi hər bir sahədə innovativ texnologiyalar tətbiq olunmalıdır.

Bütün hallarda mütərəqqi qanunların müzakirəsi qəbulu mətbuatımızın inkişafına zəmin hazırlayır. Jurnalistlərin peşəkarlıq meyarlarının yeniləşməsi, cəmiyyətin jurnalistlərə olan tələbatını dərk eləməsi, ümumən dinamik proseslərin getməsi məndə mətbuatımızın inkişaf pilləsi ilə daha da yüksələcəyinə dərin inam yaradır.

Siz informasiyanı daha çox hansı mənbədən alırsınız?

Hazırda informasiyanı daha çox internet portallarından, qəzet-jurnallardan alıram. Demək olar ki, hər gün qəzet oxuyuram.  Dünya mətbuatındanİzvestiya” “Literaturnaya qazeta”, “Arqumentı i faktının daimi oxucusuyam. İKT əlimizin altında olduğu üçün təbii ki, internet medianı yaxından izləmək imkanımız var. Elektron KİV-, müxtəlif telekanallarda xəbər proqramlarını çox ciddi izləyirəm. Hər kanalın təqdimatında təbii ki, sənətkarlıq, peşəkarlıq fərqləri mövcuddur. Tamaşaçı olaraq doğrunu tapmaq baxımından bu proqramları müqayisəli yanaşıram. Özüm bir müddət – 10 ilə yaxın televiziyada çalışmışam. AzTV-Qaynaqlarverilişinin aparıcısı olmuşam.   

Onda bugünkü elektron KİV-ə həm televiziyaçı, həm tədqiqat sahəniz üzrə-tənqidi nöqteyi-nəzərdən yanaşırsınız yəqin.

Doğrudur, bu aspektlərdən yanaşanda adam televiziyada görmək istədiyini axtarır. Amma əlbəttə ki, bunlar sərhədsiz arzular deyil. Biz mətbuatın bütün sahələrində dəqiq konturları müəyyən edilmiş arzuların gerçəkləşməsini istəyirik. Jurnalistika naməlumu məlumetmə, ictimailəşdirmə üsuludur. Məhəmməd peyğəmbərin məşhur bir kəlamı var: mənim düşmənim bilmədiklərimdir. Jurnalistikamız bu baxımdan bu gün bilinməzləri bilik səviyyəsinə gətirməyi bacarmalıdır.

Bu gün mətbuatımızda görmək istədiklərinizi görürsünüzmü?

Dünənlə müqayisədə bu gün jurnalistikamızın səviyyəsi çox yaxşıdır, böyük inkişaf var. Heç şübhə eləmirəm ki, sabahkı jurnalistlər bugünkündən aktiv olacaqlar. O aktivliyi bəyənirəm. Amma aktivlik fikrimcə, keyfiyyət faizinin yuxarı olmasına xidmət eləməlidir. Bütün sahələrdə inkişaf piramida üsulu ilə gedir. Jurnalistikada isə bu fərqlidir. Jurnalistikanın inkişaf mənzərəsi ürəyin kardioqrammasını xatırladır. Mətbuat cəmiyyətə bağlı olduğundan, ictimaiyyətin aynası olduğuna görə onunla həmahəng, həmnəfəsdir. Məhz bu baxımdan dəfələrlə vurğulayıram ki, jurnalistika sosial yaşam tərzidir. Mətbuatın nəbzi  cəmiyyətlə bir vuraraq onun tərəqqisi, inkişafı ilə bağlı olaraq enib qalxan xətlə müşaiyət olunur. SSRİ dağılandan sonra ölkəmizdə müstəqilliyin ilk illərində, ümumilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədərki xaos mətbuatımızda da əks olunurdu. Həmin dövrün ziddiyyətləri-uçurumlar yeniliklər jurnalistikamızda da özünü göstərirdi. Bunu bütün postsovet məkanı yaşadı, o cümlədən biz. Doğrudur, həmin vaxt bir sıra yeni qəzetlər pərvəriş tapdı, mətbuatımızda yeniliklər özünü göstərdi. Amma nəzərə alaq ki, bir güllə yaz açılmır. Bunlar fərdi təşəbbüslər idi. Həmin vaxt ümumi olaraq jurnalistikanın vəziyyəti gərgin idi. Amma həm dediyim kimi gözəl nüanslar da mövcud idi. O mənada ki, mətbuatımızda da müstəqillik iddiası, sərbəstlik sevgisi vardı. Amma bütün bunlarla yanaşı bir qeyri-peşəkarlıq da nəzərə çarpırdı. O xaosdan sonrakı dövrün mətbuatına baxaq, qədər çoxprofilli bir jurnalistika meydana gəldi. Jurnalistikamız  müxtəlif istiqamətlərdəmüstəqil, siyasi, neytral, sivil, ədəbi-bədii, uşaq mətbuatı istiqamətləri üzrə xeyli inkişaf etdi.  Amma indi arzumuz budur ki, böyük media holdinqləri yaransın. Əgər bu gün eynitipli beş mətbuat orqanı fəaliyyət göstərirsə, nəyə görə onlar birləşib holdinq kimi çalışmasınlar? Bu, ümumilikdə cəmiyyətin mətbuatımızın da xeyrinə olar. Peşəkarlıqdan söhbət gedəndəmənəm-mənəmlikdən uzaqlaşmaq lazımdır. Burada bir-birinə güzəştə getməmək ümumi işə ziyandır. Hər kəs özünü fövqə qoysa, alınmayacaq. Media sahəsindəki liderlər özlərinə daha tənqidi yanaşsalar, media holdinqlərin yaranmasına təbii baxacaqlar, bunu istəyəcəklər.

Sizin fikrinizcə, bu qədər çətinliklərə rəğmən, media niyə cəlbedici sahə olaraq qalır?

Azərbaycan cəmiyyətinin tarixinə baxaq. Jurnalistika insanı məşhurluğa apararaq qısa yollardan biridir. Amma anında qaldıra da bilir, endirə . Əgər insan jurnalistikanı potensialına uyğun olaraq seçməyibsə, bu istiqamətdə istedadı yoxdursa, jurnalistika onu qaldırmayacaq, əksinə, yerə vuracaq. Belə insanlar adətən məşhurluğun bu mənfi tərəfi ilə qarşılaşa bilərlər. Azərbaycanda jurnalistika yaranandan üzübəri təxminən 20-30 məşhur imza illər, onillər ötməsinə baxmayaraq bu gün yad edilir, hörmətlə anılır. Jurnalistikanı cazibədar edən məhz belə məşhurların şöhrətinin işığıdır. Bizim jurnalistika tariximiz xronologiyadan ibarət deyil. Canlı, enişli-yoxuşlu həyat yolunun təsviridir. Təyyarələrin istiqaməti zirvələrin hündürlüyü nəzərə alınaraq seçilir, cəmiyyətin irəliyə doğru inkişaf koordinatlarını  isə zirvədə dayanan şəxsiyyətlərə nəzərən qururlar.

Fikrinizcə, mətbuatın bu gün daha çox hansı problemləri nəzərə çarpır, bu problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?

Praktik jurnalistikanın problemlərindən danışarkən əvvəlcə onu qeyd edim ki, hamımız aydın vətəndaşlıq mövqeyimizi ifadə etməyi bacarmalıyıq. O insanlar ki, şəxsi, qrup, firqə, partiya mənafeyi güdürlər, bunlar ictimai fikirdən bir qədər arxa planda dayansalar, yaxşıdır. Mən demirəm ki, kimlərsə mütləq meydandan çıxsın. Amma hər halda vətəndaşlıq mövqeyi ön sırada yer almalıdır. Təbii ki, peşəkarlıq, intellektual səviyyə, elmi erudisiya ilə bir yerdə. Bu ənənəvi deyilsə , hər zaman lazım olan məsələdir. Yəni jurnalistin istedadı yüksək səviyyədə olmaya da bilər, amma o, vətəndaş olmağa məcburdur. Necə ki, Çexov deyirdi, şair olmaya bilərsən, amma vətəndaş olmağa məcbursan. Vətəndaşlığın ölçü meyarı əlbəttə ki, Vətən haqqında böyük  diferambalar, poemalar yazmaqdan ibarət deyil, insan vətəndaş kimi yaşamağı bacarmalıdır. Ola bilər ki, beləsi heç vətəndaşlıqdan danışmasın, amma vətəndaş kimi yaşasın- yalana doğru deməsin, təkcə peşəsində yox, adi məişətdə insani keyfiyyətləri həyat meyarı seçərək yaşamalıdır. Jurnalistikamızda başlıca problem hesab etdiyim məqamlardan biri özünütənqidin olmamasıdır. Mətbuatın icmallarını aparan, televiziya tənqidini inkişaf etdirən müəlliflərin sayının artırılması vacibdir. Bu, varsa da epizodik şəkildədir. Tənqidi, xüsusilə özünütənqidi gücləndirməliyik. İstedadın ənənəsi olduğu kimi, istedadsızlığın da ənənəsi olur. Buna görə istedadsızlığın meydan sulamasına qarşı çıxmalıyıq. Praktik jurnalistikada bu kimi məsələlərin düzgün qoyulmaması KİV-in iqtisadi vəziyyətinə mənfi təsir göstirir. Qeyri-peşəkarlar istedadlıların, professionalların yerini almağa cəhd etdikcə, mətbuatın keyfiyyəti aşağı düşür, mətbuat məhsulu alınmır, oxunmur, bu da təbii ki, medianın büdcəsinə zərərdir. Burada mövzu icad etməyə ehtiyac yoxdur. Adamların əməyi hədəfinə düzgün çatmadıqca qiymətini almır, bu da peşəkar mətbuatın dəyərinin aşağı düşməsinə səbəb olur. Həsən bəy Zərdabinin gözəl bir kəlamı var: “Həqiqət qədər acı olsa da, onu söyləməkdən çəkinmə”. Bu tezisi hazırda jurnalistikamızın şüarına çevirə bilsək, onda mətbuatımızın gələcək inkişafı haqqında inamla danışa bilərik.

Sevinc MÜRVƏTQIZI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.