525.Az

“İmkan vermək olmazdı ki, hərbi tibb sahəsində çatışmazlıqlar bir az da şaxələnsin”

[30.11.12]
“İmkan vermək olmazdı ki, hərbi tibb sahəsində çatışmazlıqlar bir az da şaxələnsin”<b style="color:red"></b> “Bəzən elə vəziyyət yaranır ki, güzəştə yer qalmır. Son günlər hərbi tibb sahəsində görülən ciddi tədbirlər də məhz buna bağlıdır”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın son zamanlar hərbi tibb sahəsində vəziyyətlə bağlı mətbuatda dərc olunan məlumatlarla əlaqədar sualına cavab olaraq bildirib.
 
E. Sabiroğlunun sözlərinə görə, nazirliyin Hərbi Tibb İdarəsinin apardığı yoxlamalar nəticəsində aşkarlanan bir sıra çatışmazlıqlara yol vermiş şəxslər barədə Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldırılıb və nöqsanları olan hərbi qulluqçular müdafiə nazirinin əmri ilə cəzalandırılıblar: “Burda başqa səbəb axtarmağa ehtiyac yoxdur. İmkan vermək olmazdı ki, çatışmazlıqlar bir az da şaxələnsin. Etiraz edənləri də başa düşürük. Bu mənada bəzi qəzet yazılarına gəldikdə isə deməliyəm ki, bunlar həqiqətdən daha çox, şəxsi təxəyyülün məhsulu kimi diqqəti cəlb edir”.
 
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən çıxarılıb. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov və hospitalın daha bir neçə əməkdaşı tutduqları vəzifədən uzaqlaşdırılıblar. Asif Qurbanov sərəncama göndərilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.