525.Az

“Azərbaycanda belə bir təşkilata ehtiyac yoxdur”

[30.11.12]
“Azərbaycanda belə bir təşkilata ehtiyac yoxdur” <b style="color:red"></b>

BU, ÖLKƏMİZ ÜÇÜN TƏHLÜKƏLİDİR, BİZİM BİRLİK BƏRABƏRLİYİMİZİ POZA BİLƏR

 

Məlum olduğu kimi bir neçə gün öncə Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist Eldəniz Quliyevin həmsədrliyi iləAzərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyiadlı təşkilat yaradılıb. Bu təşkilatın yaradılması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Bir çox siyasi partiya, qeyri-hökumət təşkilatı, digər siyasi təşkilatlar tərəfindən belə bir qurumun yaradılması qəbuledilməz hesab edilir. Bunun nəticəsidir ki, artıq belə bir təşkilat əksəriyyətin qınaq hədəfinə çevirilb.

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə açıqlamasında belə birliklərin şüursuzluqlardan yaradıldığını bildirib. Onun sözlərinə görə, burada digər məqamların da olması da mümkündür: “Əgər Azərbaycanda belə birliklər yaranırsa ya şüursuzluqdan yaranır, ya da ki, kimsə bunun yaratdırır. Mən düşünmürəm ki, Azərbaycanda cəmiyyət tolerant deyil, hansısa insanlara etnik baxımdan ikinci dərəcəli insan kimi baxırlar. Xalqı parçalamaq lazım deyil. Hamısı boş şeylərdir. Onlar düşünürlər ki, guya böyük adamdırlar. Amma bu addımların heç bir əhəmiyyəti olmayacaq”.

 

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə bu addımın ilk növbədə qanunvericiliyə uyğun olmadığını söyləyib. O, hesab edir ki, belə bir təşkilatın yaradılmasına hansısa ehtiyac duyulmur: “Ümumiyyətlə buna ehtiyac yoxdur o baxımdan ki, ümumi vətəndaşlıq problemi var vətəndaşların sosial, mədəni hüquqlarının müdafiəsindən söhbət getməlidir. Bu baxımdan da bu, ancaq başqa məqsədlərlə, xoş olmayan niyyətlərlə yaradıla bilər. Bu ölkəmiz üçün təhlükəlidir, bizim birlik bərabərliyimizi poza bilər. Ona görə bu istiqamətdə məncə həmin xalqların öndə gələn ağsaqqalları, ağıllı insanları, ziyalıları bu məsələyə qarşı öz mövqelərini mütləq qoymalıdırlar”.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə açıqlamasında bildirib ki, yeni yaranan təşkilata Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin adının qoyulmasından bunların səviyyəsi görünür. Onun fikrincə, yeni yaradılan təşkilatın məqsədi məramı dövlətçiliyə zidd ola bilər. O, ölkədə talışların hüquqlarının pozulmadığını deyib: “Azərbaycanda talışların mədəniyyət mərkəzləri cəmiyyətləri var. Ölkəmizdə talış dili, mədəniyyəti folkloruna kifayət qədər şərait yaradılıb. Bilirsiz ki, İctimai Televiziya Azərbaycanda yaşayan milli azlıqların folkloru, mədəniyyəti digər adət-ənənələri ilə bağlı müxtəlif verilişlər hazırlayır”.

 

YAP təmsilçisi sözügedən təşkilatın təsisçilərindən olan Eldəniz Quliyevi sərt tənqid etməkdən çəkinməyib. O, bunları söyləyib: “Bu təşkilatın təsisçilərindən olan Eldəniz Quliyev adını ziyalı qoyub. Bu adamın nəyi ziyalıdır? Onun danışıqlarına səsləndirdiyi ifadələrə fikir versəniz, görərsiz ki, bu adam ziyalılıqdan tamam kənar adamdır. O, adını ssenarist kinorejissor qoyub, amma kinostudiyada çalışan adamlar yaxşı bilir ki, Eldəniz Quliyevin ömrü boyu işi-peşəsi kinosstudiya rəhbərliyindən Mərkəzi Komitəyə material yazmaqdan ibarət olub. Onun həyatında çəkdiyi bir kino olub, o da o qədər bivecdir ki, əgər artistlər yaxşı rol oynamasaydılar, heç kinoya da baxan olmazdı. İndi isə Eldəniz Quliyevcinkimi bu təşkilatdan o təşkilata, o təşkilatdan isə bu təşkilata qaçır. Hara gedirsə, bu adamı qovurlar. Çünki Eldəniz Quliyev demaqoq insandır. Yəni, belə bir insanın hər hansı təşkilatda olması, həmin təşkilata aşağılıq gətirir. Eldəniz Quliyev YAP-in ünvanına da müəyyən fikirlər səsləndirib. Deyim ki, YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq Azərbaycan xalqına Eldəniz Quliyevdən daha çox xidmət göstərib. O, indi Rusiyanın digər yerlərin 5-10 manat pulunu alıb, əlaltılıq etməklə məşğul olur. Bu cür adamların Azərbaycanda olması bir tərəfdən yaxşıdır. Çünki Azərbaycanda belə adamlara baxıb yaxşı ilə pisi seçirlər. Eldəniz Quliyevinipininkimin əlində olması hamıya bəllidir. Onun İranla da əlaqəsi ola bilər. Ayağısürüşkən quşa hərə yerdən dən tökən kimi, bunlar müxtəlif yerlərdən dəstək axtarırlar. Təbii ki, bu şəxslər bu cür hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Bu cür yollarla Azərbaycanda aranı qarışdırmaq mümkün deyil. Azərbaycanda xalqlar bərabər şəkildə yaşayırlar dövlət tərəfindən onlar üçün bütün şərait yaradılıb”.

 

AQİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.