525.Az

İlk dəfə ABŞ-ın və İsrailin istədiyi olmadı

Fələstin tarixi uğuru və İsraili narahat edən nədir?


[30.11.12]
İlk dəfə ABŞ-ın və İsrailin istədiyi olmadı<b style="color:red"></b>

Fələstinin BMT-dəki tarixi uğuru bütün dünyada rezonans doğurub.

Avropadan ilk reaksiyanı Belçika verib. Qərarı məmnunluqla qarşıladıqlarını bildirən xarici işlər naziri Didier Reynders səsvermədə tək səs kimi çıxış etməyi bacarmayan Avropa Birliyini tənqid edib.

İngiltərənin xarici işlər naziri isə "Qərarın lehinə səs verə bilmədiyimiz üçün üzüldüm" deyib.

Ən diqqət çəkən açıqlamalar isə ABŞ-dan gəlib. Dövlət katibi Hillari Klinton səsvermədə qəbul edilən qərarı talesizlik adlandırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays isə Fələstin və İsrail arasındakı problemin həllinin ancaq ikitərəfli danışıqlarla mümkün olduğunu bildirərək iki tərəfin liderlərini kompromisə çağırıb. Rays İsrailə dəstəyini təkrarlayıb və bu ölkənin təhlükəsizliyinə qarşı hücumların əleyhinə çıxmağa davam edəcəklərini deyib. ABŞ təmsilçisi BMT-nin qərarının Fələstinin bir dövlət olduğunu təsdiqləməyəcəyini iddia edib.

İsrailin xarici işlər naziri Aviqdor Liberman isə Mahmud Abbası sülhün maraqlandırmadığını söyləyib.

BMT-də keçirilən səsvermə ilə Fələstin müşahidəçi dövlət statusu qazandı. Müşahidəçi dövlət statusu nədir və bu status Fələstinə nə verəcək?

İsveçrənin 1946-cı ildə BMT baş katibi tərəfindən daimi müşahidəçi statusuna qəbul edilməsiylə başlayan bu qayda çərçivəsində Avstriya, Finlandiya, İtaliya və Yaponiya kimi bir çox müşahidəçi dövlət BMT-nin üzvü olub. İsveçrə 50 il müşahidəçi dövlət statusunda qaldıqdan sonra 2002-ci ildə BMT-yə üzv seçilib.

Daimi müşahidəçilər kateqoriyasında üzv olmayan dövlət və təşkilatlarla hökumətlətarası təşkilatlar yer alır.

Bu kateqoriyada Vatikan BMT toplantılarında və sessiyalarında müşahidəçi olaraq iştirak etmək haqqına sahibdir və BMT-nin Baş Qərargahında daimi müşahidəçi missiyası olan üzv olmayan müşahidəçi dövlət kimi qəbul edilir. Vatikan Fələstindən əvvəl BMT-də bu statusa sahib olan yeganə dövlət idi.

Fələstinin müraciəti BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail dövlətinin qurulmasıyla bağlı 1947-ci ildə qəbul etdiyi qərara əsaslanır.

Fələstinin müşahidəçi dövlət kimi qəbul edilməsi BMT-də hüquqi, siyasi və diplomatik səlahiyyətlərə sahib olan dövlət kimi iştirakını təmin etməklə birlikdə üzv dövlət olmaqla bağlı müraciətin də yolunu açır. Fələstin yeni statusu ilə BMT və BMT-yə bağlı olan bir çox təşkilata müraciət etmə haqqı qazanacaq. Bunlardan ən mühümü isə Beynəlxalq Cinayətlərə Dair Məhkəmədir. İsrail Fələstinin bu müraciət haqqını əldə etməsindən narahatdır. Çünki Fələstin yeni statusu sayəsində İsrailin həyata keçirdiyi qətliamlarla bağlı Beynəlxalq Məhkəməyə müraciət edə biləcək.

Fələstinin BMT-yə üzv olmayan müşahidəçi dövlət statusu ilə qəbul edilməsi İsraili qəzəbləndirib.

Fələstinin dövlət başçısı Mahmud Abbasın BMT-dəki çıxışından sonra İsrailin baş naziri Bünyamin Netanyahunun ofisindən sərt açıqlama yayılıb. Açıqlamada "Bütün dünya İsrail vətəndaşlarına və İsrail müdafiə qüvvələrinə qarşı yalan təbliğat, iftira və zəhərlə dolu çıxışı izlədi. Sülh istəyən biri belə danışmamalıdır" deyilib.

Səsvermədən sonra isə Netanyahunun ofisindən ikinci açıqlama yayılıb. Bu açıqlamada qərarın mənasız olduğu, heç bir şeyi dəyişməyəcəyi qeyd edilib: "Baş nazir Netanyahunun da çox açıq şəkildə dediyi kimi, İsrail vətəndaşlarının təhlükəsizliyi təminat altına alınmadıqca Fələstin fövləti qurulmayacaq. İran terrorizminin Qəzza və Livanda olduğu kimi Cudea və Samarya da da olmasına icazə verilməyəcək. Sülh BMT-nin birtərəfli qərarıyla deyil, Qüds və Ramallar arasında birbaşa və ön şərtsiz müzakirələrlə ola bilər. Fələstin İsraillə razılaşmaları pozdu və İsrail buna görə hərəkət edəcək".

İsrailin xarici işlər nazirinin müavini Denni Ayalon isə Təl-Əvivin artıq öz maraqlarına görə hərəkət edəcəyini deyib. O, beynəlxalq birliyi məsuliyyətsizlikdə ittiham edib.

TRT


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.