525.Az

Moskvada bomju diri diri yandırdılar (FOTO)

[30.11.12]
Moskvada bomju diri diri yandırdılar<b style="color:red"> (FOTO)</b>

Moskvada neçə vaxtdır, konkret yaşayış yeri olmayan bomj yandırılıb.

Lent.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında sərgərdan həyat keçirən Yuri Yurenko adlı şəxs yandırılıb. Yuri bir neçə ay əvvəl evindən qovulubmuş. Zavalı bir müddət binaların zirzəmisində yaşayıb, özü kimi “bomj”larla dostluq etməyə başlayıb. Yura xırda əlmuzdu müqabilində tez-tez ahıllara kömək edirmiş, onların ağır çantalarını mənzillərinə kimi daşıyırmış.

Soyuqlar düşəndən Yura zirzəmidən çıxaraq binanın bloklarında, pilləkənlərdə gecələyirmiş. Amma qonşular “bomj”un pilləkənlərdə gecələməsinin əleyhinə imiş. Nəhayət, iki gün əvvəl qonşulardan biri sözün həqiqi mənasında vəhşiliyə əl atıb. Pilləkəndə süfrə açıb yemək yeməyə hazırlaşan Yurenkoya yaxınlaşan qonşulardan biri onun üzərinə benzin töküb, kibrit yandıraraq ona tərəf atıb. Alov dərhal Yuranı bürüyüb. Digər qonşular alovu söndürməyə çalışsa da, gec olub…


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.