525.Az

Jurnalistə 25 sutka həbs kəsildi

[30.10.14]
Jurnalistə 25 sutka həbs kəsildi<b style="color:red"></b>

Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi “Azadlıq” qəzetinin və xaricdən peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə təqsirli bilinib. Ona polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama ittihamı da verilib.

“Media forum” saytına danışan vəkil Bəhruz Bayramov qeyd edib ki, məhkəmə Adil Əliyev və Elnur Qasımov adlı şahidlərin ifadələrinə əsasən belə qərar çıxarıb.

Xalid Qarayev oktyabrın 29-da Bakıda saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.