525.Az

Orta aylıq əməkhaqqı 403 manat olacaq

[13.11.12]
Orta aylıq əməkhaqqı 403 manat olacaq<b style="color:red"></b>

Gələn il orta aylıq əmək haqqı 403 manat olacaq.

Lent.az-ın verdiyi məlumata görə, bunu Mili Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev söyləyib.

İqtisadi inkişaf naziri bildirib ki, 2016-cı ildə orta aylıq əməkhaqqının 512 manata çatdırılması nəzərdə tutulur. Qarşıdakı 3 ildə ölkə iqtisadiyyatına 32,7 milyard manat sərmayə qoyulacaq. Kommunal sahəyə 4,8 milyard manat, sosial proqramların icrasına 5,1 milyard manat, sənaye layihələrinə 5,7 milyard manat, su və irriqasiya layihələrinə 1,5 milyard manat ayrılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.