525.Az

“Nur Gallery” fəaliyyətə başlayıb

[13.11.12]
“Nur Gallery” fəaliyyətə başlayıb<b style="color:red"></b>

Paytaxtımızda daha bir rəsm qalereyası - “Nur Gallery” fəaliyyətə başlayıb.

525.az-ın məlumatına görə, yheni rəsm qalereyasının sərgi salonunda Nərminə Vəliyeva, Ərəstun Şahverdiyev və Sabir Hüseynovun ümumilikdə 60-dan çox əsəri nümayiş olunur.

“Nur Gallery”in direktoru Nərminə Vəliyeva bildirib ki, qalereyanın məqsədi gözəl incəsənət əsərlərinin təbliği, tanınmış fırça ustalarının sərgilərinin təşkili və sənət nümunələrinin satışının həyata keçirilməsindən ibarətdir.

Həm sərgi salonu, həm də təqdimatlar mərkəzi kimi fəaliyyət göstərəcək qalereyada, həmçinin sertifikatlı ustad dərslərinin keçirilməsi də planlaşdırılır. Bu səbəbdən də yaxın vaxtlarda “Nur Gallery”inin nəzdində art school fəaliyyət göstərəcək.

Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda “Nur Gallery” yeni layihələrlə sənətsevərləri sevindirəcəkdir.
Tədbirdə çıxış edənlər yeni yaradılmış qalereyanın işinə uğurlar arzulamış və bu sənət məkanının istedadlı fırça ustalarımızın daha geniş şəkildə təbliğinə xidmət edəcəyini vurğulayıblar.

Sonra tədbir iştirakçıları açılış münasibətilə təşkil edilmiş ilk sərgi ilə tanış olublar. Sərgi 3 ay davam edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.