525.Az

Sabah günəş tutulacaq

[13.11.12]
Sabah günəş tutulacaq<b style="color:red"></b>

Sabah günəş tutulması baş verəcək.

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Bu ayın 28-də qismən Ay tutulması da baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Ay tutulması Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.