525.Az

“Riqoletto” operası Opera və Balet Teatrında

[13.11.12]
“Riqoletto” operası Opera və Balet Teatrında<b style="color:red"></b>

Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.

Dünyanın aparıcı opera teatrlarının repertuarında möhkəm yer tutan və böyük tamaşaçı rəğbəti qazanan bu tamaşada iştirak etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Moldova və Ukraynadan olan vokalçıları dəvət edib.

525.az-ın məlumatına görə Cilda partiyasını Moldova Milli Opera və Balet Teatrının aparıcı solisti, Moldovanın Əməkdar Artisti Liliya Şolomey ifa edəcəkdir. Dünyanın on altı ölkəsində uğurlu qastrol səfərlərində olan L.Şolomey Cilda partiyasının ən yaxşı ifaçılarından biri sayılır.

Hersoq rolunda isə Ukraynanın Əməkdar Artisti, Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Vladislav Qoray çıxış edəcək. V.Qoray opera müğənnisi kimi Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Hollandiya, İsveçrə və Belçika kimi ölkələrdə uğurlu qastrol səfərlərində olmuşdur. 2005-ci ildən bəri o hər il İsraildə “Müqəddəs torpağın üç tenoru” adlı layihədə iştirak edir.

Tamaşada Riqoletto partiyasını Azərbaycanlı opera ulduzu, Xalq Artisti Əvəz Abdullayev ifa edəcək.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

GÜNEL

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.