525.Az

Yaddaşımdan 10 səhifə, yaxud Amasiya xatirimdə necə qalıb?

[13.11.12]
Yaddaşımdan 10 səhifə, yaxud Amasiya xatirimdə necə qalıb? <b style="color:red"></b>

O zaman yaşımın azlığına, ibtidai sinifi yenicə bitirməyimə baxmayaraq, o günləri olduğu kimi xatırlayıram. Heç vaxt da yadımdan çıxmaz. Orada hər şey gözəl idi; kənd , təbiət (sərt olsa belə), insanlar da, məktəb ...

Hamı biri-biri ilə mehriban idi. Hamı biri-birinin üzünə təbəssümlə baxırdı. Şənliklərimiz, toylarımızsa bir ayrı aləmdi. Bizim kəndin insanları qış tədarükünü birgə edərdilər, yay işlərini .

 

Xeyirdə-şərdə həmişə bir yerdə olurdular. Kənddə heç kəs bir-biri ilə dalaşmazdıheç kəs bir-birinin xətrinə dəyməzdi. Bir evin işığı o biri evə düşürdü. Bir evin iti o biri evin qapı-bacasını qoruyurdu. Bu həyətin meyvələri qonşu həyətə yağırdı.

 

Kəndimizin camaatı elə indi mehribandırlar, hərəsi bir bölgəyə səpələnsə ... Araya 24 illik ayrılıq düşsə belə xeyirdə-şərdə həmişə bir yerdə olublar. Onlar bir yerdə olanda o yerlərin ab-havasını duymamaq olmur. Tale onları ayırdı, ancaq illərin sınağından üzüağ çıxdılar. Adət-ənənələrinə sadiq qaldılar, toylarının şahı olan yallını, qayınana-qayınatagüləşməsiniunutmadılar. Ən əziz yeməklərinəxaşıla, əriştəyə, əvəlik, əppək aşına, plova, hastayaxəyanəteləmədilər.

 

Yaddaşımı vərəqləyəndə görürəm ki, cəmi onca səhifədir. Çünki mən o yerlərdə onca il yaşadım. Hərdən öz-özümə fikirləşirəm ki, bəlkə elə 10 yaşım var mənim? Bəlkə o vaxtdan hələ böyüməmişəm, uşaq qalmışam? Ona görə ki, bu yaşa qədər demək olar ki, hər gün xatırladığım o uşaqlıq illəridir. “Uşaq yaddaşı yaxşı olurdeyirlər. Bəlkə ona görədir ki, məktəbimizi divar-divar, kitabxanamızı kitab-kitab, yollarımızı toz-toz əzbər bilirəm. Qonşularımız adam-adam, qəbiristanlığımızı məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb.

 

Bir dəfə Tiflisdən qayıdırdıq. Amasiyaya, doğma kəndimiz Əzizbəyova (1939-cu ilə qədər Qaraçanta) aparan yol Gümrü Cələfdən keçirdi. Dəmiryol vağzalında bir erməni qızı üstümə yeriyibsən türksəndedi. Sonralar sevdalısına çevriləcəyim TÜRK sözünü ilk dəfə o erməni qızından eşitdim. Sən demə, bu ilk deyilmiş, hər dəfə Gümrüyə yolumuz düşəndə bu sözü tez-tez eşidəcəkdim. Hələ pis nəzərləri, soyuq münasibəti demirəm. Biz ermənilərlə bir yerdə yaşadıq, amma heç vaxt onlardan qorxmadıq, mətin, cəsarətli olduq, sözümüzü dedik, haqqımızı tələb etdik. Hətta 1988-ci il hadisələri başlayanda Amasiya rayonu Partiya Komitəsinin I katibi olmuş İldırım Bağırovun işdən azad edilməsinə etiraz əlaməti olaraq, yaşadığımız kənddən üzü rayonaAmasiyaya tərəf yürüş etdik. Əslində bu o zaman böyük cəsarət idi. Çünki hadisələr get-gedə qızışırdı, bir gecənin içərisində məhv olmaq təhlükəsi vardı. Bütün bunlara rəğmən bu cəsarətli addımı atdıq. Həmin vaxt yanımızdan ötüb keçən erməni üzlərini bu gün unuda bilmirəm. Ara durmadan qarışırdı, hər gün bir xəbər eşidirdik. Demək olar ki, hər axşam kəndimizə ermənilərdən məktub gəlirdi: “Sabaha kimi kəndi tərk etməsəniz, bir nəfəriniz sağ qalmayacaq”. Ağsaqqallarımızsa kənd camaatına təmkinli olmağı məsləhət görür bizi inandırmağa çalışırdılar ki, ermənilər yaxınımızda olan Türkiyənin, Qarsın qorxusundan bu addımı atmazlar. Maraqlı idi. Bir tərəfdən ermənilər bizi hədə-qorxu, ölümlə təhdid edir, digər tərəfdənsə can qardaşlarımız bizə qucaq açırdılar.

 

Bir gün yağış ara vermədi. Elə bil göylər sınıb yerə töküləcəkdi. Kənd ağsaqqalları belə qərara gəldilər ki, qız-gəlinlərimizi Qarsa keçirək, sonrası ola, ola! Üzü Qarsa istiqamət götürdük... Olduğu kimi xatirimdədi, Arpa çayını keçə bilmədik. Yağış imkan vermədi. Elə bil təbiət istəmirdi öz doğma yurd-yuvamızdan getməyi. Geri qayıdası olduq. Tanrının möcüzəsi baş verdi. Hələ dillər əzbəri olan 1988-ci il zəlzələsi nəticəsində bir nəfər azərbaycanlı belə xəsarət almadı. Təbiət yenə bizi qorudu. Ancaq bu hadisədən cəmi 1-2 gün sonra biz doğma yurdumuza, ata-baba ocağımıza əlvida dedik. Ayağımız torpaqdan qopa bilmirdi. O günləri xatırlayanda yadıma düşən bir əhvalat hələ məni kədərləndirir. Köçhaköçdə belə orta məktəbimiz fəaliyyətdəydi, uşaqlar dərsə gedirdi. Məktəbin bir uşaqların dünyadan xəbərləri yox idi. Mən dərsdəydim. 2 mərtəbəli məktəbimizin 1-ci mərtəbəsində, yaraşıqlı idman zalında dərs keçirdik. Niyə belə edirdik? Axı köçəcəyimiz günləri sayırdıq. idi bizdə bu məktəb sevgisi? Bəlkə bu ona görə idi ki, hər il orta məktəbi bitirən uşaqların ali məktəblərə qəbulu 100% olurdu.

 

...Nəhayət həmin gün gəldi. Atam Gəncədən iki ailəyə bir maşın gətirmişdi. Əşyalarımızın az bir qismini maşına yığdıq. Həmin an sanki itimiz, mal-qaramız da dil açmışdı. İtimiz hey durmadan hürürdü, hürürdü yox, bəlkə danışırdı, nəsə deyirdi, qara inəyimizin gözündən yaş axırdı, yaş axmırdı ağlayırdı. Heyvan dilində söz deyirdi. Anlamırdıq. Qonşular bir-biriylə öpüşüb-görüşdü, ermənilərin içərisindən sağ-salamat keçib gedə bilsəydik, Gəncədə görüşəcəkdik. Maşınımız kənddən çıxdı. Əvvəl Amasiyaya, ordan da Gürcüstan yolu ilə Qazaxa keçməliydi. Hamının gözünün ucunda dərin bir kədər var idi. Ancaq üzümüzdə hələ sərin meh əsirdi. Bəlkə bu meh itimiz kimi nəsə demək istəyirdi. Bəlkə mənim yaşıdım olan başqa bir uşaq həmin vaxt kənddən şəhərə getmək sevincini yaşayırdı. Ancaq məndə belə deyildi. Sevinmirdim, gülmürdüm, kəndimizi qoynuna alanHülleydağına (kəndə hamı bu dağaHülleydeyirdi) son dəfə tamaşa edirdim. Dağ elə bil yerindən qopacaqdı, sanki dağ da şəhərə gəlmək istəyirdi. Təbiət arxamızca gəlirdi. Ancaq maşın kənddən uzaqlaşdıqca qalın bir duman dağı görünməz etdi. Bəs niyə belə oldu? Bu dağ niyə görünməz oldu? Bəlkə dağ aşağı əyilib bizə baxır? Bəs o, bizsiz necə yaşayacaq? Axı deyirdilər ki, bu dağ bir nişan simvoludur. Onun başında qalanan tonqal sərhəddin o tərəfinəQarsa  bir işarədir. Bu tərəfdə yaşayan türklərin çıxılmaz durumunun göstəricisidir. Deyirdilər, bu dağın başında belə tonqallar çox qalanıb. Bəs niyə indi biz onun başında tonqal qalamaq əvəzinə ondan uzaqlaşırıq?

 

Artıq Gürcüstana yaxınlaşırdıq. Sürücüsağ-salamat gəldiyimizə görə qurban kəsərsinizdedi. Onun bir sözünü hələ unuda bilmirəm. Qazaxa keçəndə ilk sözü belə oldu. “Baxın, bu insanlar sizlərin Qərbi Azərbaycandan didərgin salındığınızı bilir sevinirlər ki, sağ-salamat gəlmisiniz”. Sürücü maşını Gəncədən aldığımız evin qarşısında saxladı. , bu artıq yeni həyat idi. Alışa biləcəkdikmi? Alışdıq, pənah gətirdiyimiz doğma Azərbaycanımıza öyrəşdik, məktəbin öncüllərindən, sayılıb-seçilənlərindən olduq.

 

24 illik ayrılıq yaman tez keçdi, ancaq xarabalıqlara çevrilmiş evlərimiz, hələ 10 yaşlı addımlarımı qoynunda yaşadan doğma yurd-yuvamın sevgisi ürəyimdə yaşayır. “Hülleydağını heç unuda bilmirəm.

 

Pərvanə İBRAHİMOVA

Pərvanə İbrahimova

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.