525.Az

Həşəmətli bir gün - M.Ə. Rəsulzadə

[29.09.14]
Həşəmətli bir gün - <b style="color:red">M.Ə. Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri - V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)  

(
Əvvəli ötən şənbə sayımızda)

(Müsavat məsləkinin elani-zəfəri)      

28 Mayıs.

Üç boyalı bayraqlara örtülmüş dər divar, rəngin zəngin xalılarla bəzənmiş pəncərə balkonlar, sokakları doldurmuş təmənnak gözlər, mütəbəssüm çöhrələr, göylərə inikas edən elektrik ziyalı lampalar, Parlaman qarşısında məhşəri-kübrayı andıran o on minlərcə qəfalı izdiham, hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvarəsi yanında sərbəstliyi bəsait olaraq duran əskərlər, əskərlərin hökumət rəisi təbrikinə müqabilYaşa! Yaşa! Yaşa!” deyə böyük meydanı dolduran möhtəşəm sədaları bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alqışlar, küçələrdə gəzişən izdihama çarşaflarilə lətif hüsn şairanə bir məna verən xanımlar, musiqi tərənnümatına qovuşanYaşasın!” sədaları, natiqlərin same ilə bərabər qəlblərə verdigi həyəcan təhsislər, türk mətbəə işçilərinin tarix təbaəti, aktyorlarımızın da ələlümum mazimizi canlı bir surətdə təşhirlə paytaxt küçələrini gəzişmələri, “kiçikəskərlərinböyüktoplar son sistemlitüfənglə rəfilə etmələri, daha nələr, nələriştə İstiqlal Günü paytaxtımızın aldığı mənzərənin səthi bir surətdə çizilən xütuti-əsliyəsi...

Bakı tarixinin bəlkə bu ana qədər qeyd eləmədigi bu böyük gündə bir çoxları kəndi-kəndilərinə:

Əcəba, bu uykumudur!? – diyordular.

Əvət, bu Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uykuya bənziyordu.

Fəqət bu həqiqəti bundan iki sənə əqəll Mayısın 28- şənglər yapan xəlq bugünki kibi təsəvvür xəyal etməmişdisə , Azərbaycan şüarını ortaya atan firqəmiz istiqbalda böylə bir günə malik olacağımızı heç şübhəsiz ki, təsəvvür eləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır. Milli bayramfikir bayramı!

Bundan bir sənə əvvəl ümum fəlakət anarşi içində olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, etiraf etməlidir ki, xəlqimizdə böyük bir hissiyyat ümid oyatmıyor, hər kəs onu bir növ məcburiyyətlə qəbul ediyordu. Fəqət bir sənə sonra fikri-istiqlalın dərəcədə ümumi milli olduğunu görüyoruz.

Görüyoruz ki, bundan bir sənə əvvəl Tiflisin bir guşəsində qalan Azərbaycan müməssilləri böyük bir vəzifəyi qədər hüsni-ifa etmişlər millətin istədigini dərəcədə doğru olaraq dərk eləmişlərdir.

Mayısın 28- istiqlal bayramını qeyri-qabil təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkmiyəcəklər bütün cahangirlərə dedilər ki:

İstiqlal xanların, bəylərin, ağaların degil Azərbaycan xəlqinin, bütün millətin amalı, ən müqəddəs idealıdır.

Böylə bir hissiyyata malik olan millətin həqqini hər kəs tanımalı, bu milləti bu qədər sevdigi hürriyyət istiqlalını müdafiə üçün mübarizə edə bilər bir halə qoymalıdır.

Növzadi-istiqlal bir yaşına çatdı. Möhtəşəm İstiqlal bayramı ilə bu növzad artıq süddən ayrıldı. Parlaman məbuslarından birisinin dedigi kibidili xörəyə dəyən uşaq artıq süd yeməz!”.

Azərbaycan milləti artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

M.Ə.Rəsulzadə
İstiqlalqəzeti, 31 mayıs 1919, №17

Dərqapı
Rəngingözəl, lətif
Mütəbəssimgülümsəyən
Məhşərqələbəlik
Kübrayiən böyük
Səfbəstəsıraya düzülmüş
Sameeşidən
Təşhirşöhrətləndirmə
Rəbiuca, yüksək
Əqəlldaha az

İstiqlal bayramı

Mayısın 27- daha şəhər bayraqlar ilə müzəyyən edilmişdi. Hər kəsdə bir təlaş görünməkdə idi. Paytaxtımızın yuxarı hissələrində belə alaqapı qayrılmaqda idi. Küçələr boyu məftillər çəkilərək əlvan fanuslar, rəgbərəng bayraqlar asılırdı. Türk ətfalı da işbu bayramın əzəmətini, hörmətini düşündüklərindəndir ki, bir gün əvvəl rəsmi keçidə hazırlanırdılar. Kağız papaqlar, taxta silahlar hazırlanır, dalanlarda təlimat yapılırdı.

Gözlənilən 28 Mayıs günəşi tülu etdi. Artıq paytaxtın bəzəyi on qat artmışdı. Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üç rəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı.

Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, “Yaşasın istiqlal!”, “Yaşasın Azərbaycan!” yazılı bayraqlar millətdə ruhi-vətən millət məhəbbətini layiqincə göstərirdi.

Marşurut qərarı üzrə məktəblərin çocuqları buradan Məclisi-Məbusan (parlaman) qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar rəngbərəng bayraq ilə bəzədilmişdi.

Məclisi-Məbusan bir gün əvvəldən istiqlal bayramı libası geyinmişdi. Damında elektrikdənYaşasın istiqlal!” şüarı yazılmış, böyük qapısı üstündə məşhur türk nəqqaşı Əzim Əzimzadə tərəfindən yazılmış istiqlal embleması elektrik lampaları ilə bəzənmişdi. İşbu rəsm olduqca mənalı calibi-diqqət idi. Bir gün əvvəl buradan keçənlər biixtiyar durub rəsmə baxır, gözəlliyini manidar olduğunu tanımadığı başqa bir tamaşaçıya söyləyirdi.

Bu rəsmdə Azərbaycanın tarixi nümunələri mahiranə bir surətdə təcəmmö etmişdi: Qız qalası üzərində üç rəngli Azərbaycan bayrağı, Suraxanıdakı tarixi Atəşgədə, sentyabr müharibəsində xəsarət almış Yanar Dağ...

Digər tərəfə minarələrində ay-ulduz rəkz edilmiş, Xan məscidlərini tülu etmiş, istiqlal günəşi işıqladır. Zanbaq kimi istiqlal səmasında Vətən, İstiqlaliyyət Məhəbbət nişanı, mülk bütün Azərbaycan üzərində üç rəngli hilal-ulduzluYaşasın istiqlal!” şüarlı bayrağı tutmuşdu.

Həqiqət işbu rəsmi-şayan təhsin idi.

Bələdiyyə idarəsi bayraqlar içində idi. Bir sözlə, bayraqlar, bayraqlar! Yaşıl ot, əlvan parçalardan alaqapılar bəzədilmiş idi. Küçəyə çıxan balkon elektrik ilə çıraqban edilmişdi. Şəhər bağı bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək elektrik ilə çıraqban edilmişdi. Xan sarayları üzərində milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə üzərində iki böyük bayraq rəkz edilmişdi.

Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Bütün paytaxtdakı minarələr elektrik ilə tənvin, milli bayraqlar ilə təzyin edilmişdi.

Dövlət binaları, nazirliklər, xüsusilə Daxiliyyə nazirliyi olduqca qəşəng bəzənmişdi. Bulvardan Daxiliyyə nazirliyinə baxdıqda ay-ulduza bürünmüş işıqlı, bəzəkli bir qala kimi gözə çarpırdı. Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər.

Saat 9 radələrində Məclisi-Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır. Qarşıdakı balkonda məşhur tarzən Şirin, məşhur xanəndə Cabbar Qaryağdı oğlu çalıb oxuyurdu.

Saat 10 radələrində mədən dairələrindənMüsavatHümmətfirqələri tərəfindən təşkil edilmiş fəhlələr bayraq musiqi ilə gəldilər. “Hümmətfirqəsinin bir çox al milli bayraqları ilə bərabər embleması, “Müsavatın bir çox bayraq embleması aralığı təzyin edirdi. Bir az keçmədən minlərlə məktəb şagirdləri havada kiçik milli bayraqları yelləyərəkYaşasın!” sədaları ilə dairəyə gəldilər. Ətfalın səsləri asimanə bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbişə gələrəkYaşa!” – deyə onlara qoşuldular. Tam 15 dəqiqə işbu kütleyi-əzimYaşasın!” sədaları, əl şıqqıltıları bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclisi-Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.

Dəstə-dəstə mini-mini çocuqlar antik xalılarda taxta silahlar ilə ağır topxanaları ilə əlam bir əsgər kimi marş oxuyaraq gəzirdilər...

Bir az keçmədənMüsavatın bəzəkli avtomobili, türk mürəttiblərinin avtomobili dairəyə gəldi, türk mürəttibləri doğrudan daəntiqəbəzənmişdilər. İçərisində iki hürufat kassası qoyulmuş, iki nəfər mürəttib əlbisəsində cümlə yığır...

Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək camaatı milli böyük bayram bəxtiyarlıq ilə təbrik etdi: “Bizim düşmənlərimiz, azadlıq istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. İştə camaat, bugünki izdiham, bugünki bəşaşət istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər”. (Xalqın alqışları altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər nitq etdilər...

Azərbaycan”, 1 həziran (iyun) 1919, №192     

İranAzərbaycan

Bu mövzuda qəzetəmiz ilə Tehran mətbuatından möhtərəmİranqəzetəsi arasında bir münaqişə vaqe olduğunu qarelərimiz biliyorlar. İran qəzetəsi cümhuriyyətimizə Azərbaycan ismi vermək həqqində olmadığımızı, biz isək bunun əksini isbat ediyorduq. “İranqəzetəsinin tərəfimdən yazılan son məqaləsinə cavab yazmaq üzrə ikən posta məzkur qəzetənin 454- nömrəsini gətirdi. Bu nömrədəQəzavat tarixiünvanı ilə İsmayıl Əfşar Tarəmi-Azərbaycanı imzasilə müfəssəl bir məqalə nəşr ediyor. “Elmi intiqad azadi mətbuatnaminə dərci təqaza olunan bu məqalə Bakı ilə Tehran arasında olan mübahisəyə iştirak edərək kəndisi iranlı ikən həqqin biz tərəfdə olduğunu tarixi elmi bir surətdə isbat ediyor. Bu müfəssəl məqaləyi tərcümə ilə aşağıya dərc ediyoruz:

İştə İran qəzetəsində mündəric məqalənin eynən tərcüməsi: 439 440 nömrələrinizdə ədibi-maarifpərvər M.Ə.Rəsulzadə əfəndinin qələmi ilə yazılmış Azərbaycan həqqində bir məqalə dərc edilmişdir. İran qəzetəsi dəxi haman məqalənin zeylində bəzi mətləbləri tənqid eləmişdi. Bu münaqişəyə bən iştirak etmək istədim. Fəqət bu iştirakımla bən Azərbaycan hökumətinin İran üzərində siyasi təsiratından sərfi-nəzər yalnız bir həqiqəti-tarixiyyənin kəşfi üçün səy edəcəyəm. Çünki məşhur müvərrixlərdən Qustel Dokulanır der ki, tarixi ehsasati-vətəniyyə ilə qarışdırmaq hər zaman möhlikdir. Onlardan birisi elm, digəri isə fəzilətdir.

      Şərq Qərb müvərrixləri ilə coğrafiyunlarının rəylərinə görə Azərbaycan Zaqafqasiyanın qismi-şərqisindən, İrəvan, Naxçıvan bütün İran Azərbaycanı, bütün Xəmsə vilayətləri, Tarəm, Talış, Gilan həvalisindən bir qismi ilə Həmədan Qəzvindən ibarət olmuşdur. Rzaqulu xan Lələbaşı ki, rus-İran müharibəsinin müasirlərindəndir, Rövzeyi-Lisfanın 10-cu cildində diyor ki:

Azərbaycan keçmiş zamanlarda Bakı bəndərindən Xalxalə qədər tula 95 fərsinin Macirvan qəsəbəsindən Cəbəli-Sinayə qədər ərza 55 fərsinin bir məsahədə vaqe olmuşdur. Eyni məzmunda təfsilat Büstanülsiyahə ilə digər əsərlərdə dəxi məzkur ki, mətləb uzanmasın deyə zikrindən sərfi-nəzər ediyoruz1. Bu həqiqəti-tarixiyyə kəşf olunursa, İran qəzetəsinin vətənlərinin əski nami-müqəddəsini ehya etmələri üçün azərbaycanlıları həqli görəcəgini ümid edərim.

Əxlaq, adat dil barəsində dəxi bir takım şeylər zikr edilmişdi. Bunun doğru olduğunu dəxi isbatə lüzum yoxdur. Zira Qəzvindən birisi qalxıb da Qubaya müsafirət eləsə yalnız əxlaq, adat dil birligində degil, şivə ləhcənin dəxi eynilə bir olduğunu görər. Bu gün bir tehranlı ilə bir şümranlı ləhcələri arasında fərq vardır, mazandaranlı ilə dəvmandlının şivələrindəki fərq isə daha bəllidir. Bu böylə ikən aya, azərbaycanlıların bir cinsdən bir irqdən olmadıqlarını iddia etmək qabilmidir?

Şimdi görəlim, Amerika İngiltərənin bitərəf üləması bu xüsusda diyorlar.

Professor Nikela Qrabils diyor ki: 1907-ci ildə Amerika asari-ətiqə mütəxəssislərindən bir heyət Azərbaycanı tədqiq üçün getmiş idi. Bu heyət kəndi məruzəsində diyor ki:

Türküstan ilə Kürdüstan arasında Azərbaycan mahallarında çini zürüfat kibi qədim türk asari-ətiqəsinə təsadüf edildi. Hətta bəzi sikkə kətəbələr üsərində uyğurca yazılar vardı”. (Uyğur əski Azərbaycan hökumətinin rəsmi lisanı olmuşdur).

Eyni professor ingilis üləmasının əsərlərindən birisindən nəql ediyor ki:

Turan həqqindəki tədqiqat getdikcə genişləniyor, Asiyasi-vüstanın hər tərəfində bu millətin əsərlərinə təsadüf olunuyor. Burası bizcə mühəqqəqdir ki, İranın ətrafı türklərlə mühat olub qədim iranilərin (arini-qədim) ilk müharibəsi Azərbaycan türkləri ilə vaqe olmuşdur.

Məzkur professor diyor ki, türklərin iranilərdən daha əvvəl Azərbaycanda sakin olduqları adla bir ahin ilə sabitdir. Professor Nikela Qrabilsin təlif elədigiMəsələi-şərqiyyənam kitabında (61-64- səhifələr) arinlərin Azərbaycandakı ərzi ati olduğu həqqində bir çox sübut dəlillər vardır Azərbaycan həmişə türklərin olmuşdur. Bunu tarix asanlıqla isbat edər.

Tarixi-qədimdən əldə mövcud olan varsa yunanlılardan nəql olunmadır. Tövrat ilə bəzi ortadan itmiş İran hind asarından sərfi-nəzər yunanlılar müfrit bir təəssübi-milliyyə bəslədiklərindən şərqi-qədim lisani-tarixiyyəsinin ədəmi-müsaidəsindən dolayı tarixi bir çox əfsanələr yalanlarla doldurdular.

19-cu əsrə qədər tarixi-qədim həqqində yunan asarından başqa əldə bir vəsiqə yoxdur. 19-cu əsrin tülüində bir çox ingilis, firəng alman üləmasının himməti ilə keçmişin ölü dilləri həll olunaraq bu vasitə ilə asari-qədimədən mövcud olmayan bir çox tarixi həqiqətlər açılmış oldu. Kətəbələr kəndisinə heç bir əl sürülmədən samit sabit bir halda qədim dövrlərin sərgüzəştini bizə nəql ediyorlar.

Avropa üləması kəşf olunan bu kətəbələr sayəsində bilmişlər ki, Kildə Assur dövlətlərinin təşkilindən əvvəl aryanilərin qərbə doğru olan hərəkətlərindən daha müqəddəm Orta Asiyada digər millətlər sakin olmuşlardır. O millətlərin dilləri tədqiq olunduqdan türk cinsinə mənsub olduqları bu günlər türklərlə həmcins olduqları aşkar oluyor.

Bu millətlərdən akkad-sumer denilən bir qismi Beynülnəhrində, hitlər Anadoluda, uradhular Azərbaycanda mütəvvətən olmuşlar. Kilikiya, Beynəlnəhrin Azərbaycanda bir çox kətəbələr bulunmuşdur ki, üləma onlardan bəzisini oxuya bilmişlərdir.

Bu kətəbələrdən sabit olmuşdur ki, məzkur millətlər böyük bir mədəniyyətə malik olmuşlar. Vəqta tarixi müəyyən olmayan bir zamanda övladi-sam cəzirətülərəb akkadsumerə həmlə edib onlarla ixtilat edərək Hammurabi-Akkad mədəniyyətinin əsasını vəz etdilər. O zamanlarda ariya millətləri şərqdən hücum edərək nagəhani bir istila nəticəsində urarduhu heyət millətlərini məhv edərək ermənilər Azərbaycanda, frakiyalılar da Anadoluda sakin oldular. Oksford darülfünununun aliqədr professorlarından Says diyor ki:

Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər bizə ondan böyük yadigarlar qalacaqdı. Fəqət İran istilası bu təməddünü məhv elədi. İranilər ancaq kəndi məmləkətlərində bir əsəri-təməddün göstərə bildilər. Yoxsa mütəvaliyən icra olunan hərblər nəticəsində müştərək bir urarduhu-İran mədəniyyətini vücudə gətirəmədilər2.

Üləmanın bəzisinin əqidəsi bu mərkəzdədir ki, kürd, gürcü, talış urarduhu nəslindəndirlər. Urarduhu ləfzi ilə kürd ləfzi arasında şəbahəti-tammə vardır. Bu millətlər kəndi istiqlaliyyətlərini qeyb etdikdən sonra İran mədəniyyətinin qarşısında duramayıb məhv olmuşlar. Sitlər daima Azərbaycanı fəth eləmək qəsdində olmuş, yeni təərrüzlərdə bulunmuşlar. Onlardan bir qismi Azərbaycana daxil olub İran din əxlaqını qəbul eləmişlərdir.

Bu mütaliədən məlum oluyor Turan millətləri mütəməddin idilər Avropanın məruf üləmasının dediginə görə Babil mədəniyyəti Turan mədəniyyətinin bir surəti-mütəkamili idi. Böylə ikənİranqəzetəsinin bu üstə-vürudi moğoldeyə yazması mucibi-heyrətdir. Görünüyor ki, qəzetə bu xüsusda Mətinülsəltənəyə nəzirə yapmışdır. Mərhum Mətinülsəltənə qeyrətinin şiddətindən xuddarlıq edəməyib vəhşi türklər islamı məhv nabud etdilərdeyə yazmışdı.

Halbuki münsiflər təsdiq etdilər ki, türk millətinin islama olan xidməti heç bir zaman unudulmaz. Türklərin səlibiyyunə qarşı müdafiəsi, Təbristanı islavlardan təmizləmələri (6- əsr Kamil cild, 11 12) (Batu) bu xüsusdakı qəhrəmanlıqları ki, onun sayəsində islavlar bir boyuna 5 yüz sənə artıq hərəkət edəməz oldular. İslam hüdudunun Kiyev, Varşu, Krakov, hətta Vyana hasarlarına qədər dayanması səkkiz milyon hindlilərin müsəlman edilməsi ki, bu gün dəxi onlar müsəlman aləmi həqqindəki dad fəryadlarının dərəcədə müəssir olduğunu görüyoruz, əcəba, bunlar türklərin xidməti degilmidir? Oğuz, Tümən, Atilla, Çingiz, Teymur, Fatih-Səlim, Süleyman, Nadir, Ağa Məhəmməd xan kibi sərdarlar, Çingizin yasası, Teymurun tüzükü kibi qanunlar, səlimlər qanununun əsəri əcəba unudulurmu?

lll

Ərəb istilasından sonra Azərbaycan; ərəblərin istilası zamanında Azərbaycandakı türklər sutublarla urarduhu bəqasından ibarət idilər. İran məzhəbi ilə adat əxlaqi onlara nüfuz eləmiş idi. Rəşid Mamun zamanlarında iranilər xüləfa dərbarında böyük nüfuz qazandılar. Bu nüfuz bir dərəcəyə qədər iləriləmişdi ki, əgər Mötəsim tədbir görməsə bütün ərəb hökumətinin iranilərə intiqal etmək qorxusu vardı. Türklərdən ibarət məxsusi bir qoşun təşkil edərək bu vasitə ilə Mötəsim farsların nüfuzunu kəsr eləmişdi. Fəqət ərəblər bundan müstəfid olamıyaraq aralarına əvvəlkindən daha ziyadə bir ixtilal düşdü. Bir dərəcədə ki, türklər istəmədikləri xəlifəni əzl ediyor, yerinə istədiklərini nəsb eliyorlardı. Buna görə xüləfa məcbur oldular ki, türk qoşununu paytaxtdan uzaqlaşdırıb sərhədlərə göndərsinlər. Bunlardan bir qismini islav-qıpçaq qabağını saxlamağa göndərdilər. Bunlardan bir qismi Azərbaycanda qalaraq Xistənyan sairə kibi Azərbaycan hökumətini təşkil etdilər, o zamanlarda səlcuqilər Xorasandan gəlib Azərbaycanı tutdular. Azərbaycan bu sülaləyə intiqal elədi. Səlcuqilərin intiqrazında səlcuq şiələrindən olan Atabəylər Azərbaycanda səltənət etdilər. Ülfi kamil tarixlərindən məlum oluyor ki, Atabəylər zamanında türk xanəvadələrindən bir çoxu Türkistandan Azərbaycana gəlib burada sakin olmuşlardır. Qıpçaq səfərində bu müsəlman olmuş türklərdən bir çoxu ərəb ordusunda idi. Fəqət məlum idi ki, Azərbaycan düşmənləri bulunan ermənilərlə debilməlilərə qarşı müqavimət edəmiyəcəkdi. Bu sıralarda idi ki, Azərbaycan yarlığı Qaani-əzim tərəfindən Hülaküyə vagüzar olundu. Hülakü müxtəlif türk qəbiləsindən 32-ni ayıraraq Bağdad ilə Azərbaycan səmtinə rəvanə qıldı. Bütün Turanda zəfər təranələri çalındı. Car çəkildi ki, Purçəkin xanəvadəsinın ən şücaətli bir cavanı Qərbi Turanı mühafizə eləməgə gediyor. Elxani-əzim Bağdaddan Azərbaycana gəldi. Türk qəbilələrindən ötrü qışlaq yaylaqlar təyin elədi. Bu günlər Azərbaycan milləti təşkilatının ovci-əlaya yetişdigi günlərdi. Elxan Marağada ikən dari-əqbayə rəhlət etdi. Nəvələri Qazan xan ilə İlcaytu Azərbaycan millətinin rüknini möhkəmlədərək onu dini-islamla qüvvətləndirdilər. Xacə Rəşidəddinin yazdığına görə bir dəfə 200.000, digər dəfə 400.000 türk islama müşərrəf oldu. İslavların (rusların), ermənilərin, gürcülərin, sonra da Cəbə Səvidi nam cəngavərlərin istilası ilə hasil olan qətliamlar vasitəsilə Azərbaycanın farsları məhv olmuşlardı. O gündən bu günə qədər bir ovuc ermənidən savayı bütün Azərbaycan əhalisi türk müsəlmandır. Sultan İlcaytu Azərbaycanda bir takım təcəddüdlər vacudə gətirdi. O cümlədən olaraq Azərbaycan paytaxtını Marağadan Soltaniyyəyə köçürtdü. Məəttəəssüf ki, sindibad həvadisə qarşı bu bina davam edəməyib məhv oldu.

Bu gün Azərbaycanın o böyük o paytaxtından bir məzari-qübbə qalmışdır. Bu qübbə illərin təsirinə müqavimət edərək qalmışsa, ixlafın naxələfligi üzündən o əsər dəxi xərabəyə üz tutmaqdadır. Hər sübh günəş o qübbə üzərinə tülu edərək inikasatı ilə bizə türk millətinin fütuhat iftixaratını yad etdiriyor. Azərbaycan Elxanian sülaləsinin inqrazından sonra Çobanian sülaləsinə intiqal ediyor. Bunlar Azərbaycanı idarədən aciz qaldıqlarından qəbilələrdən bir çoxu babalarının qədim yolunu tutaraq Anadoluya köçüyorlar. Teymurun zühuri Anqara vaqeəsindən sonra bu qəbilələrdən bir çoxu təkrar Azərbaycana ovdət ediyorlar. Bədə Şeyx Səfinin irşadati ilə şiə məzhəbi qəbul edib, Anadoludakı qardaşlarını da bu məzhəbə daxil etdiriyorlar.

Şah İsmayılın zühurundan sonra Anadoludakı azərbaycanlılar Şah Abbasa köməgə gəliyorlar. Fəqət Osmanlı hökuməti bunlara mane olduğundan bir qismi Anadoluda qalıyorlar (bu gün Osmanlı azərbaycanlıları Amasiya Anqara vilayətlərində 500.000 miqdarında olub kəndilərinə qızılbaş denilməkdədir). Elxan sülaləsinin inqirazından sonra sonra Şah İsmayıl əfşar qəbiləsini Xəmsə, Marağa, Qarabağ Şirvan vilayətlərinə, qacar qəbiləsini Səlmas, Gəncə İrəvana məmur elədi.

Şah İsmayıl zamanında Azərbaycan ədəbiyyatı rəvac eləmişdir. Təqribən demək olar ki, Şah İsmayıl Azərbaycan ədəbiyyatının binasını vəz eləmiş kəndi Divani-türkisini yadigar olaraq buraxmışdır. O zamanın böyük şüərası Azərbaycan türkcəsinin ehyasına çalışmışlardır. Füzuli, Məsib xan, Təkəllü Şani, Təkəllü Sadiq Əfşar, Həsən Türkman Yusif Qarabaği o zamanın türkcə yazar şairləridir. (Təzkirə Sadiq ilə Təxfeyi-Samiyə rücu oluna). Azərbaycanlılar səfəviyyə əfşariyyə onlardan sonra zamanında kəndi ədəbi-siyasi təşkilatlarını quruyordular. Bu zamanda rus militarizmi həmlə edərək Azərbaycanın bir qitəsini digərindən ayırdı, möhtərəm şəhid Cavad xan ilə İbrahimxəlil xan, Mirhəsən xan sair bu kibi qəhrəmanların rəşadət müqaviməti istilanı qurtara bilmədi. Azərbaycanın qismi-şimalı yüz sənədən ziyadə rus əsarətində qaldı, tainki hürriyyətin sədayi-fərhəfzası üfiqi-aləmdə tərənnümsaz olub Rusiya militarizmi elani-iflas elədi, bunun üzərinə Azərbaycan məmləkəti təkrar qəddini düzəldərək təmami-aləmə elani-istiqlal etdi. Bu üçüncü dövrədir ki, azəri türkləri kəndi azadlıqlarının binasını qurmaq üçün azadlıq düşməni olan Azərbaycan düşmənlərinin dəfi üçün mübarizə ediyorlar. Əlbəttə ki, edəcəklər kəndi cavanlarının fədakarlığı sayəsində Azərbaycan istiqlalını paydar etməklə müzəffər olacaqlardır.

Azərbaycanlı qardaşımızın tərcüməsi, yuxarıda məzkur bu məqaləsinəİranqəzetəsi uzun-uzadıya cavab veriyor. Bittəbii onun dəlil sübutları ilə müvafiqət edəmiyor. Bu xüsusda ayrı bir vəqt.

M.Ə.Rəsulzadə
Azərbaycan”, 26 həziran (iyun) 1919, №212

Qəzavatdini məhkəmə, qazılıq
Tarəmən yüksək
Təqazalazım gəlmə, tələb, lüzum
Məhlikəqorxulu, təhlükəli
Fəzilətbilik
Zürufqablar
ÇiniÇində düzəlmiş, əla növ saxsı qab-qacaq
Kətəbəkitab, lövhə
Mühatəhatə olunmuş
Təlifyazılmış kitab, əsər
Ərəziəsli olmayıb sonradan əmələ gələn
Atiön, qabaq
Mütəvvətinbir yeri özünə vətən edən, bir yerdə yaşayan
Aliqədryüksək dərəcəli, hörmətli
Mütəvalimütəmadi
Şəbahətoxşarlıq, bənzərlik
Müəssirtəsirli
Kəsrsındırma, qırma
Müstəfidfaydalanan, istifadə edən
İntiqalkeçmə, nəql etmə
Xanəvadənəsil, say
Rəhlətköç, hərəkət, məcazi: ölüm
İnqirazsonu kəsilmə, məhv olma

1)
Bu xüsusda şübhələri olanlar İstaxiri, Müqəddəs, Yaqut, Əbuülqəda, Sədulla, Hafiz, Kitabi-Cəlaliyə rücu buyursunlar.

2) Turanın qədim təməddüni həqqində aşağıdakı kitablara müraciət oluna

Mənzil həcz məsələsi ətrafında

Müsavatfraksiyası rəisi Rəsulzadə Məhəmməd Əminin həcz məsələsi ətrafındakı qeyri-adiliklər münasibətilə Daxiliyyə naziri həzrətlərinə böylə bir məruzə təqdim etmişdir:

Daxiliyyə nəzarəti-cəliləsinə

Həcz məsələsi son zamanlarda əndazədən xaric bir şəkil almış olduğu hər gün vaqe olan müraciətlər şikayətlərlə təsbit olmaqdadır.

Həddi-zatində ali hökumət məmurları ələlxüsus zabitani-əskəriyyə məxsus olmaq üzrə qəbul bir dərəcəyə qədər zəruri dövlət müəssisələrindən ötrü müsəlləm görülən ev, oda həczi o dərəcə ümumiləşmişdir ki, o əmri-məxsusə məmurları, parlaman əzaları degil, hər növ xədaməti-mülkiyyə zabitiyyə üçün ev odaları həcz ediliyor. Hətta vəqt olmuş ki, idareyi-rəsmiyyədə xidmət edən reminqtonistikalar üçün belə ixtiyar bir ailə dışarı çıxarılmışdır.

Həczlər son dərəcədə ədalətsiz bir surətdə icra olunaraq bütün ailəyi adətən küçəyə tökmək surətilə vaqe oluyor. Öylə olmuşdur ki, bir ailə bir məmurun xatiri üçün sokaka atılmış, digər bir xişinin evinə sıxılmaq istədikdə orası da həcz olunaraq iki ailə birdən dışarıda qalmışdır.

Bu surətlə vaqe olan həczlər eyni zamanda ev sahiblərinin bir takım ev icarədarlarının dəxi spikulyasiyasından xaric qalmıyor. Bir kirayənişin əlindəacizqalan ev sahibi əksərən məmurin ilə münasibata girişərək odasınıhəcz etdirməkləticarət ediyor.

Həcz məsələsi o dərəcədə asan bir şəkil almış ümumi bir hala gəlmişdir ki, əksərən məmurlar mənzil sahibi ikən məhzən kəndisinə xoş gələn digər bir mənzilə sahib olmaq üçün həcz vasitəsinə müraciətdən çəkinmiyorlar. Bəzi idarələrin məhzən məmurları kəndisinə yaxın olsun deyə o həvalədəki odaların idarə məmurları üçün həcz edilməsini tələb edərək həcz komisyonuna müraciət elədigi vaqe olmuşdur.

Böylə bir haldan mütəvəllid suyi-müamilənin bu müamilədən doğacaq ümumi mənəviyyətsizligin əfkari-ümumiyyə üzərində kibi bir suyi-təsir hasil edəcəgini xəlqin hissiyyati-hüquqpərvəranəsinə dərəcədə bir xələl verəcəgini əlbəttə təqdir edərsiniz.

Bu son dərəcə müxəlli-hüquq heysiyyəti-dövlətlə namünasib olan əhvalın önünü almaq üçün atidəki tədbirlərin icrası ümuri-alilərinə aiddir.

1- Rəsmi idareyi-əskəriyyə mülkiyyədən başqa bir müəssisə ya şəxs üçün, o şəxs hanki bir məqam məmuriyyəti haiz olsa da ev ya oda həczini qətiyyən mən etmək yalnız nazirlər bu qanundan bəlkə müstəsna tutula bilər.

2- Həcz məsələsi bir zərurət halını aldığı zaman ailəyi tamamilə evdən çıxarmaq degil, heç olmazsa uplotneniye deyilən sıxışdırma üsuluna müraciət edilsin.

3- Həcz olunacaq ev ya odanı boşaltdırmaq yaxud sıxışdırmaq üçün ev ya oda sahibinə 5 gündən 1 aya qədər möhlət vermək lazım.

4- Hər halda bir ailəyi 3 gün ya daha az bir müddət zərfində tərki-məskən etdirmək qədər şiddətli bir tədbirə müraciətdən qismən imtina etmək.

Bu xüsusda sərih bir tədbirin ittixazına lüzum vardır, yoxsa ərkani-hürriyyətdən olan məsuniyyəti-məskən məsələsi Azərbaycan Cümhuriyyəti paytaxtında ənguşt halına gəlmiş bir hal kəsb edərək münafirəti-amməyi mucib olur.

Müsavatfraksiyası rəisi: Məhəmməd Əmin Rəsulzadə
Əslinə mütabiqdir:   katib
imza
Azərbaycan”, 21 ağustos (avqust) 1919, №257

Cəlilhörmət sahibi
Həczmüsadirə
Xişqohum-əqraba
Müxəlliboşaldan, boşaldıcı
Mənqadağa
Ənguştbarmaqla göstərilən
Münafirəmbir-birinə nifrət etmə
Amməkütlə

(Ardı var)

Şirməmməd HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.