525.Az

Daxili Qoşunlarda hərbi intizam yaxşılaşıb

[10.09.14]
Daxili Qoşunlarda hərbi intizam yaxşılaşıb<b style="color:red"></b> Daxili Qoşunların Baş İdarəsində 2014-cü ildə Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə iclası keçirilib.
 
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak edib.
 
Hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərovun etdiyi məruzədə bildirilib ki, bu il qoşunların şəxsi heyəti ilə tərbiyə işi, qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədən kənar münasibətlərin və xəsarət alma hallarının qarşısının alınmasına yönəlib.
 
Qeyd olunub ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilib, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilib. Baş vermiş ölüm, cinayət, hadisə, kobud intizam pozuntularının və xəsarət alma hallarının statistikasında 2013-cü illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb və bir sıra nöqsanların mövcudluğu nəzərə çatdırılıb.
 
Bir neçə hərbi hissənin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri çıxışlarında nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallara izahat verib, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə ediblər.
 
Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Daxili Qoşunlar ötən müddət ərzindəki fəaliyyəti barədə danışıb.
 
Ş. Məmmədov daha sonra qeyd edib ki, 2014-cü ilin ötən dövrü ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilib, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunub.
 
Ş. Məmmədov vurğulayıb ki, hərbi intizamın möhkəmləndirilməsində 2013-cü illə müqayisədə müsbət nailiyyətlər qazanılıb. Komandan hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədən kənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə  tapşırıqlar verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.